Ayaz Mütəllibov milləti hərəkətə keçməyə çağırdı - "Sözlə, şüarlarla kifayətlənməyək..."
Tarix: 17-07-2020, 08:13 | Çap et
Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov son günlər Ermənistan hərbi birləşmələrinin dövlət sərhəddimizdə növbəti genişmiqyaslı hücum cəhdindən sonra yaranmış gərgin situasiya ilə bağlı xalqa, siyasi qüvvələrə müraciət edib.
Müraciətdə deyilir:
“Vətənimiz, xalqımız növbəti dəfə ağır bir sınaq, imtahan qarşısındadır. Bir tərəfdən pandemiya - xəstəlik elan olunmamış “müharibə”ni davam etdırir və bunun törətdiyi fəsadlar olduqca ağırdır: istər insan təlafatı, istərsə də iqtisadi zərərləri göz qabagındadır. Digər tərəfdən isə ermənilərin son xain hucumları əsgər balalarımızın, hətta general, polkovnik və mayorlarımızın şəhid olmasına, gərginliyin daha da artmasına gətirib çıxardıb.
Şəhidlik zirvəsinə ucalmış qəhrəman general, zabit və əsgərlərimizin yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlıği verir, “Allah rəhmət eləsin!”, “Vətən sağ olsun!” deyirəm.
Xalqın səbr kasası haqlı olaraq daşıb... Axı nə qədər gözləmək olar? Nə qədər bu təcavüzkar Ermənistanın nazı ilə oynamaq olar?..
Axıdılan qanlara, nahaq qurbanlara görə bütün məsuliyyət işğalçı Ermənistan rəhbərliyinin üzərinə düşür. Erməni siyasətbazları bu vəziyyətdə belə, yenə də öz riyakarlıqlarından əl çəkmirlər. Bütün dünya Azərbaycanın haqq tərəf olduğunu çox gözəl bilir və beynəlxalq hüquq, qanunlar bizim tərəfimizdədir. Amma 30 ilə yaxındı, biz zülm altındayıq, ərazilərimiz işğal olunub. Belə bir vəziyyətdə isə bir sıra təşkilat və dövlətlər bizdən güzəşt tələb edirlər - böyük haqqsızlıqdır. Təcavüzkar tərəf Ermənistandı və onlar dərhal torpaqlarını azad edib öz ərazilərinə çəkilməli və soydaşlarımız öz dədə-baba yurdlarına sahib çıxmalıdır. Çünki xalqımız bu işğalla heç zaman barışmayıb və barışmayacaq da...
Söylədiyim bu fikirləri ölkə rəhbəri olduğum zaman bütün beynəlxalq görüşlərdə vurğulamışdım. Bütün ölkə rəhbərlərini, super dövlətləri Azərbaycan xalqının öz torpaqlarını heç zaman heç kimə güzəşt etməyəcəyi barədə xəbərdar etmişdim. Bu qün qeyrətli gənclərimiz öz əməlləri ilə xalqımızın bu əzmini sübut edirlər...
Son hadisələrə gəldikdə isə onu deyə bilərəm ki, bir nəfər kimi hamı siyasi baxışından, əqidəsindən asılı olmayaraq dövlətin ətrafında sıx birləşməlidir. Düşmən tərəf ilk növbədə bizim milli birliyimizi pozmağa çalışaraq aramıza təxribat, düşmənçilik toxumu səpməyə cəhd edir...
1991-1992-ci illərin hadisələrini yada salsaq, kifayət edər... O zaman da Prezident kimi mən nə qədər çalışsam da, müxalif qüvvələri dəfələrlə müstəqilliyimiz, ərazi bütövlüyümüz naminə dialoqa dəvət etsəm də və bu istiqamətdə konkret addımlar atsam da, faydası olmadı. Hakimiyyətə müxalifyönlü bəzi şəxslər və qruplar xarici mərkəzlərin sifarişi ilə bütün nifrəti erməni təcavüzkarlarının üzərinə yox, Prezidentin hakimiyyətinə doğru yönəltdilər. Halbuki, dövlətin, xalqın, ərazimizin müdafiəsində birbaşa məsuliyyət mənim üzərimdə idi . Qəsbkar qonşularımıza qarşı birgə mübarizə əvəzinə, hakimiyyətlə, Prezidentlə mübarizəni üstün tutub dövləti iflic vəziyyətinə saldılar. Nəticədə xalqla rəhbərlik arasında dərin uçurum yarandı, düşmənə qarşı müqavimətimiz zəiflədi ki, bu da torpaqlarımızın işğalına yol açdı. Bu faktı yanız indi o vaxtkı siyasətçilərin böyük əksəriyyəti qəbul edir. Uzun illər biz o illərin “demokrat” adlanan müxalif qüvvələrinin xain əməllərinin əziyyətini çəkdik və hələ çəkməkdə davam edirik...
Amma bu gün vəziyyət tamam fərqlidir. Məndə olan məlumata qörə, əksər siyasi qüvvələr bu çətin, həssas qünlərdə dövlətin və Prezidentin yanında olduqlarını dilə gətiriblər. Alqışlanmağa layiq bir haldı. Həqiqətən də övladlarımızı itirdiyimiz, şəhid verdiyimiz bir vaxtda öz ambisiyalarını güdmək, bu çətin şəraitdən istifadə etmək Xalqa, Dövlətə qarşı xəyanətdən başqa bir şey deyildir. Öncə dediyim kimi, zamanında mən bu xəyanətlə ağır bir formada üzləşdim. İmkan vermək lazımdı ki, dövlət bütün fikrini, gücünü və potensialını düşmənlə, təcavüzkarla mübarizəyə yönəltsin. Təxribatlar törətməklə, xalqın içində çaxnaşma, panika yaratmaqla düşmənin dəyirmanına su tökmək Vətənə xəyanət kimi qiymətləndirilməlidir!..
Bu qün bizim şox güclü, professional, hazırlıqlı ordumumuz var. Bütün lazımi texnika və silahlarla təhciz olunmuşuq, bir vaxlar biz yalnız bunu arzu edə bilərdik. Tam əminliklə demək olar ki, ordumuz torpaqlarımızı qeri qaytarmağa, bütün ərazimizdə suverenliyimizi bərpa etməyə qadirdir. Üstəgəl dövlət başçısı Prezident İlham Əliyev də bu istiqamətdə qətiyyət nümayiş etdirir. Onun son çıxışlarını izlədikdə bunun şahidi oluruq. Gəlin hamımız bir xalq olaraq dövlətimizin, ordumuzun yanında olaq . Və yalnız sözlə, şüarlarla kifayətlənməyək. Faktiki əməllərimizlə bunun belə olduğunu sübut edək.
Mən də bir eks-prezident, keçmiş dövlət başçısı kimi bir daha bütün xalqı həyati vacib məsələdə dövlətimizə, ordumuza dəstək verməyə, arxa olmağa çağırır, təxribatlara uymamağa, nizam-intizamlı olmağa, ən əsası, olduqca ayıq-sayıq olmağa çağırıram. Sevinirəm ki, bu qünlərdə minlərlə Azərbaycan gənci öz vətənini qorumaq əzmini nümayiş etdirərək könüllü olaraq vahid düşmənimizə qarşı döyüşlərə atılmaq üçün müraciətlər edirlər. Bu artıq bizim qələbəmizdir. Allah bu müqəddəs, haqq mübarizədə Vətənimizi, Dövlətimizi, ordumuzu qorusun və bizi tezliklə Qarabağda qələbəyə nail etsin!..” /Moderator.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Bu gün, 18:08 |
|
|
|
• Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Bu gün, 18:05 |
|
|
|
• USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Bu gün, 18:04 |
|
|
|
• Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Bu gün, 18:01 |
|
|
|
• 59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56 |
|
|
|
• Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50 |
|
|
|
• "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47 |
|
|
|
• Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45 |
|
|
|
• Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37 |
|
|
|
• Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33 |
|
|
|
• Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31 |
|
|
|
• Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28 |
|
|
|
• Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25 |
|
|
|
• Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29 |
|
|
|
• “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26 |
|
|
|
• Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12 |
|
|
|
• ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10 |
|
|
|
• Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02 |
|
|
|
• Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00 |
|
|
|
• “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56 |
|
|
|
• Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53 |
|
|
|
• Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51 |
|
|
|
• İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49 |
|
|
|
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48 |
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47 |
|
|
|
• Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45 |
|
|
|
• "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43 |
|
|
|
• Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40 |
|
|
|
• Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38 |
|
|
|
• Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09 |
|
|
|
• TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06 |
|
|
|
• Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04 |
|
|
|
• “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01 |
|
|
|
• "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59 |
|
|
|
• "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53 |
|
|
|
• Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51 |
|
|
|
• Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50 |
|
|
|
• Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• 1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12 |
|
|
|
• "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10 |
|
|
|
• Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06 |
|
|
|
• Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04 |
|
|
|
• Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57 |
|
|
|
• Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50 |
|
|
|
• Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42 |
|
|
|
• Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:38 |
|
|
|
|