"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                     Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj .....                     “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” .....                     "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." .....                     Trampın Güney Qafqaza marağı... .....                     "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." .....                     Ermənistanı revanşizmə həvəsləndirən Makrondur .....                     İrəvan “d” deyir, “dəhliz” demir .....                     Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? .....                     ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... .....                     Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA .....                     Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə görə... .....                     Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... .....                     ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib .....                     “Baydenin dövründə Azərbaycan 4 il itirdi” .....                     Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? .....                     Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb .....                     London Kiyevə yeni hərbi yardım paketi ayırır .....                     “Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı .....                     "Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" .....                     Tramp-Putin razılaşması Bakıdan necə görünür .....                     Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar .....                 

“Söyüşün, təhqirin meydana çıxma səbəblərini aradan qaldırmaq haqda fikirləşmək lazımdır” - Partiya sədri
Tarix: 19-09-2020, 09:14 | Çap et
“Söyüşün, təhqirin meydana çıxma səbəblərini aradan qaldırmaq haqda fikirləşmək lazımdır”
Azərbaycanda ayrı-ayrı deputatlar sosial medianın fəaliyyətini buxovlamaq üçün elə absurd, ağılasığmaz ideyalar, təşəbbüslər irəli sürürlər ki, adam nəinki mat qalır, bunun hansı təfəkkürün məhsulu olduğunu aydınlaşdıra bilmirsən.

Dünya sosial şəbəkənin artıq bir hadisə, yeni media olduğunu qəbul edib, gündən-günə fərqli trendlər meydana gəlir, süni intellekt üzərində alimlər baş sındırır və bizim deputatlar ibtidai, kustar təkliflər irəli sürməkdə davam edirlər.

Onlardan kimisi facebook-a daxil olmaq üçün şəxsiyyət vəsiqəsindən istifadə etməyi tələb qoyur, kimisi bütövlükdə sosial medianı bağlamağa çağırır, bəziləri qanunvericiliyə dəyişiklik edərək şəbəkələrin fəaliyyətini tənzimləməyin tərəfdarıdır.

Kəsəsi, ifadə azadlığının ən əlverişli məkanı olan sosial şəbəkələri məhdudlaşdırmaq, ölkəni İran, Şimali Koreya, Türkmənistan yoluna dəvət etmək anormal yanaşmadan başqa heç bir əhəmiyyət kəsb etmir.

Heç bir ölkə internetlə mübarizə aparmır, yalnız düşüncə azadlığına qarşı gedənlər sosial şəbəkələri düşmən görürlər.

Azərbaycan Prezidenti İlham Əliyev internetin ölkədə azad olduğunu söyləyib. Di gəl, bəzi deputatlar, sonuncu dəfə Jalə Əhmədova facebook-a pasportla girməyi təklif etməklə bizi hansı geriliyə aparmaq istədiyini fikirləşməyib.

Sözsüz ki, sosial şəbəkəni çayxanaya çevirən, əndazəni aşan çıxışlar edən, istədiyi zaman facebook üzərindən canlı yayıma çıxaraq izləyicilərinə, müəyyən auditoriyaya qeyri-səhih informasiyalar ötürən istifadəçilər də az deyil.

Deputat Elman Nəsirov “Sosial şəbəkələrin tənzimlənməsi haqqında” qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu bildirib:

“Sosial şəbəkələr bu gün cəngəllik qanunları ilə idarə olunur. Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı dinləmələr keçirilə bilər”.

Amma mübarizə üsulu şəxsiyyət vəsiqəsi tələbi, yaxud sosial şəbəkənin fəaliyyətinə məhdudiyyət qoymaq olmamalıdır. Daha maarifçi xətt götürülməlidir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının da fikrincə, maneələr artdıqca sosial medianın texnoloji imkanları da genişlənəcək. “Yeni Müsavat”a bu mövzuda danışan deputat hesab edir ki, külli halda məhdudlaşdırmalar ciddi nəticə verməyəcək.

S.Rüstəmxanlı çıxış yolunu cəmiyyətin mədəni səviyyəsinin yüksəlişində görür: “Sözün qədrini bilməklə, məsuliyyət hissini artırmaqla, qarşılıqlı hörmətlə, həmvətənlərinə qiymət verməklə bu işlər düzəlir. Nöqsanlar var, müxtəlif fikirdə olmaq mümkündür, amma narazılıq ədəb-ərkan daxilində ifadə olunmalıdır. Mübarizə aparmaq olar, ancaq əxlaqı pozan yox, normal mətnlərlə sosial şəbəkədə fikirlər deyilə bilər.

Bəzi adamların mətbuat, sosial media nə üçündür bilmədən əlinə telefon alıb ortalığa düşməsi, ağzına nə gəldi deməsi, qulaq şahidi olduğu sözlər əsasında nüfuzlu adamların cəmiyyətdəki mövqeyinə zərbə vurması sosial media azadlığı deyil".

Deputatın sözlərinə görə, bu, sosial medianın qaragüruhudur: “Ona görə hətta demokratik ölkələrdə sosial şəbəkələrlə bağlı müəyyən nizam yaratmağa çalışırlar. Məsələn, Türkiyədə də qərar qəbul olundu.

Nə dərəcədə effektli olacağını bilmirəm. Bizdə də tətbiq edilsə necə olar, deyə bilmərəm. Lakin müəyyən sərhədlər qoyulmalıdır, ölçü-biçi yaradılmalıdır.

Sadəcə, bu işdən xəbərsiz, cahil məmurların öhdəsinə qoymaq olmaz. O zaman “qurunun oduna yaş da yanacaq”.

Yəni hansısa cəza tədbirləri, cərimələr mexanizmləri olmalıdır ki, hər kəs sözünün sərhədlərini bilsin".

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, sosial şəbəkə hakimiyyətin təsirlərindən kənarda qalmalıdır.

Onun fikrincə, insanların bu seqmentdə özlərini sərbət hiss etməsi gerçəklikdir: “Başa düşürəm ki, bəzən bundan sui-istifadə edilir, şayiə və yalan xarakterli məlumatların yayılmasına yol verilir. Bu da istər-istəməz dövlət rəsmilərində qıcıq doğurur.

Amma o anlama gəlmir ki, sosial medianı qadağan etməliyik, fəaliyyət dairəsini məhdudlaşdırmalıyıq. Əksinə, söyüşün, təhqirin meydana çıxma səbəblərini aradan qaldırmaq haqda fikirləşmək lazımdır".

Q.Əlibəylinin sözlərinə görə, sosial mediada yalan informasiya və təhqiramiz ifadələrlə bağlı istifadəçi məsuliyyətə cəlb edilə bilər, amma ümumilikdə şəbəkənin həlqəsini daraltmaq düzgün yanaşma deyil.

Sosial şəbəkədə yayımlanan “Qırmızı xətt” verilişinin aparıcısı, media eksperti Seymur Kazımov deputatların çıxışlarında təəccüblü hal görmür.

Onun sözlərinə görə, elə millət vəkilləri var seçicidən daha çox, inzibati resursların yanındadırlar:

“Onsuz da, bundan öncə iki dəfə Milli Məclis internet, sosial şəbəkə istifadəçilərinin fəaliyyətini bu və ya digər formada məhdudlaşdıran qərarlara imza atıb. Görünür, üçüncü dəfə də hansısa məhdudiyyətlərin şahidi olacağıq”.

Jurnalist xatırlatdı ki, ilk dəfə 2013-cü ildə Milli Məclis Cinayət Məcəlləsinə böhtan və təhqir maddələrinə dəyişiklikləri qəbul edib:

“Bununla internet istifadəçiləri də ictimai formada təhqir və ya böhtana görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Amma aydın göstərilmirdi ki, dəyişikliklər internetin hansı qoluna aiddir, mediaya, yoxsa sosial şəbəkələrə...

KİV haqqında qanuna edilmiş əlavəyə görə, internet də kütləvi informasiya vasitəsi hesab olunur.

Konkret olaraq, bu qanunun təsdiqindən öncə - hakimiyyət senzuraya rəvac verən və bununla da ifadə azadlığını məhdudlaşdıran diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədi ilə qanunvericiliyi təkmilləşdirməyi öhdəsinə götürmüşdü.

Bunun üçün hətta “Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyət Proqramı” da hazırlanmışdı. Nəticə isə yuxarıda yazdıqlarım kimi oldu".

S.Kazımov bildirdi ki, 2017-ci ilin mayında İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın mühafizəsi haqqında Qanuna edilmiş əlavə və dəyişiliklər saytların bloklanması üçün əsas oldu:

“Bunlar nədən ibarət idi: böhtan, təhqir, dini ayrı-seçkilik, terror və narkomaniyanın təbliğatı və s.

Əslində əsas problem həm də budur ki, sözügedən qanun daha çox texniki xarakter daşısa da, ona məzmun dəyişikliyi edildi.

Qanunun bu müddəası ilə KİV haqqında qanunun 7-ci maddəsi ziddiyyət təşkil edir. Belə ki, 7-ci maddə konkret olaraq, senzuranın yolverilməzliyini deyir.

Həm də, “İnformasiya Əldəetmə haqqında” qanunda da “qadağan olunmuş informasiya” söhbəti deyilən bir anlayış yoxdur".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36
Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47
"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43
Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28
Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22
Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Bu gün, 00:15
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Bu gün, 00:12
Zelenski Trampla danışıqlarını açıqladı: - SENSASİON DETALLAR
Bu gün, 00:01
“Kiyevdə dəhşət, Moskvada sevinc” - ABŞ-ın Ukrayna siyasətində dramatik dönüş
Dünən, 23:57
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 22:27
Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Dünən, 22:09
MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Dünən, 22:04
Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Dünən, 21:18
“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Dünən, 21:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru