"İsrail İrana qarşı hücuma hazırlaşır" .....                     Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! .....                     Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                     Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? .....                     Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu .....                     Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR .....                     Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? .....                     Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı .....                     "Məni 3 dərəcə aşağı çilingər göndərirlər" .....                     "Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." .....                     Bizim QUMARIMIZ da ədalətsizdir... .....                     Azərbaycanda 100 min manatlıq şirkət .....                     Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır .....                     Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası .....                     Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj .....                     “Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” .....                     "İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." .....                     Trampın Güney Qafqaza marağı... .....                     "Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." .....                     Ermənistanı revanşizmə həvəsləndirən Makrondur .....                     İrəvan “d” deyir, “dəhliz” demir .....                     Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? .....                     ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... .....                     Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA .....                 

“Sosial məsafə saxlamaqla, maska taxmaqla dərslərin sayını artırmaq lazımdır” - deputat
Tarix: 22-09-2020, 08:30 | Çap et
“Sosial məsafə saxlamaqla, maska taxmaqla dərslərin sayını artırmaq lazımdır”
“Neçə gündür ki, məktəb açılıb, amma mənim uşaqlarım hələ də onlayn dərslərə qoşula bilməyib. Yalnız həftədə iki dəfə məktəbdə nə öyrədirlərsə, onunla kifayətlənməli oluruq. ”Teams" proqramı telefonuma yüklənmir. Telefonumda artıq nə varsa silmişəm, yenə də alınmır. Bunun üçün daha bahalı mobil telefon lazımdır, almağa imkanımız çatmır".

Övladı 4-cü sinifdə oxuyan Fidan Əliyeva bu sözləri “Yeni Müsavat”a deyib. Onlayn təhsillə bağlı şikayət edən valideyn məktəblərdə əyani təhsilin tam bərpa olunmasını istəyir.

Nəvəsi 3-cü sinifdə oxuyan Səkinə Məmmədova da oxşar problemlə üzləşib: “Dərslər məktəbdə keçirilməlidir. Onlayn dərsə qoşulmaq olmur, internet tez-tez kəsilir. Nənə-bala bilmirik nə edək, necə düzəldək. Müəllim dərsi başa salandan sonra qoşuluruq, onda da gec olur. Zülm çəkirik, belə təhsil olarmı, əsəblərimiz lap korlanıb”.

Sevda Ziyadovanın isə iki övladı ibtidai sinifdə oxuyur və onlar onlayn dərsə qoşularkən problemlə üzləşirlər: “Oğlum 3-cü sinifdə, qızım da 4-cü sinifdə oxuyur. Hər ikisinin dərsi eyni vaxtda başlayır. Bizdə isə bir telefon var. Nə etməliyik, ancaq biri qoşula bilir. Uşağımın biri dərsdən geridə qalır”.

Valideynlər həmçinin onlayn dərslərə bir çox müəllimlərin ciddi yanaşmadığını, bəzilərinin isə yaranmış fürsətdə fərdi hazırlığa meyllənməsi kimi halların olduğunu bildirirlər...

Göründüyü kimi, orta məktəblərdə dərslər açılar-açılmaz narazılıqlar da yaranıb. Bəs görəsən, distant təhsillə bağlı yaranan bu problemi necə həll etmək olar? “Yeni Müsavat” məsələ ilə bağlı ictimai-siyasi xadimlərdən münasibət öyrənib.

“Heç bir təhsil forması əyani təhsilin yerini verə bilməz”

Bizimlə söhbətdə millət vəkili Fazil Mustafa bildirib ki, burada başqa cür tənzimləmə mexanizmini tapmaq çətindir: “Pandemiya dövründə digər ölkələrdə də eyni çətinliklər yaşanır. Sadəcə, orada internet sistemi yaxşı qurulub. Yəni təchizat məsələsi normaldır deyə, belə şikayətlər də olmur. Bizdə insanların yaşayış səviyyəsi aşağı olduğuna görə bir çox hallarda adi internet, telefon şəbəkəsini həyata keçirmək imkanları olmur. Amma bütün hallarda çalışmalıyıq ki, bu vəziyyəti düzəldək. Məncə, daha çox məktəbdə təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Sosial məsafə saxlamaqla, maska taxmaqla dərslərin sayını artırmaq lazımdır. Heç bir təhsil forması əyani təhsilin yerini verə bilməz. Distant təhsildə həm texniki çətinliklər var, həm də əqli, fiziki baxımdan da dərsi mənimsəmək çətindir. Müəllimlər üçün də çox ağırdır, bir neçə yükü üzərlərinə götürürlər. Amma bundan sonra insanlar nə dərəcədə qaydalara əməl edəcəklər, bu özü problemdir. Hamıdan eyni məsuliyyəti gözləyə bilsəydik, dərslərin canlı olması daha faydalı olardı. Amma bunu təmin edə bilmirik. Səmimiliklə söyləyirəm ki, vətəndaşın xeyli hissəsinin buna əməl edəcəyinə bir zəmanət verilmir. Təhsil Nazirliyi tam olaraq əyani təhsilə keçsə, yoluxma sayı artarsa, səbəbkar onlar olacaqlar. Burada valideynlərin əməl etməsi məsələsi çox önəmlidir. Bu məsələdə valideynləri, ümumilikdə insanları məsuliyyətli olmağa cəlb edə bilsəydik, ölkədə virusla bağlı təhlükə də bu qədər olmazdı”.

“Yeni tədris ili ötənilki qaydada başlaya bilməz”

Təhsil Eksperti Kamran Əsədov yeni təhsil ilində köhnə qaydalardan yararlanmağı düzgün saymır: “Pandemiya səbəbindən mart ayından tədris prosesi dayandırıldı. Həmin dövr üçün yeganə alternativ yol onlayn dərslərin keçirilməsi idi. Buna görə də Azərbaycanda qısa müddətdən sonra ”Teledərslər", “Virtual məktəb” layihəsi həyata keçirildi. Ardınca isə şagird və müəllimlərin “Zoom” “Skipe”, “Teams” proqramlarından istifadə etməklə dərsləri keçirildi. Həmin dövr üçün bu yeganə vasitə idi, hansı yolla olursa-olsun şagirdlər dərs almalı idilər. Amma həmin üsul və vasitələr yeni təhsil ilində şagirdlərdə zəruri bilik və bacarıqların formalaşmasına imkan vermir. Ona görə ki, 2019-cu ildə şagirdlər dərslərə ənənəvi qaydada başlamışdılar. Mart ayına qədər çox böyük bir məsafə qət etmişdilər. Lazım olan bilik və bacarıqların böyük əksəriyyətini ənənəvi qaydada öyrənmişdilər. Ona görə də onlara tədris ilinin qalan hissəssini onlayn qaydada keçirilməsi o qədər də itkiyə məruz qoymadı. Amma yeni tədris ili həmin qaydada başlaya bilməz. Ona görə ki, Azərbaycanda təsdiq edilmiş proqramlar 34 həftəlik, yaxud 210 günlükdür. Dərslərin həftədə 2 və ya 3 gün keçirilməsi həmin mövzuların mənimsənilməsinə imkan verməyəcək. Digər tərəfdən, Azərbaycanda hazırda 1.6 milyon şagird təhsil alır, onun 1 milyon 200 min nəfəri regionların payına düşür. Regionlarda isə təhsil alan şagirdlərin interneti, kompüteri, planşeti yoxdur. Eyni zamanda 30 mindən çox ailədə təhsil alan şagirdlərin sayı 2 və daha artıqdır. Onlar eyni saatda, eyni vaxtda dərsə qoşula bilmirlər. Bu zaman dərsdən yayınma, dərsdən geridə qalmaq kimi ciddi problemlər ortaya çıxır".

“Şagirdlər planşetlərlə təmin olunmalıdır”

Təhsil eksperti bir neçə təklif irəli sürüb: “Problemin həllinin bir neçə yolu var, birinci yol dövlət büdcəsinin vəsaiti hesabına şagirdlərin planşetlərlə, internetlə təmin edilməsidir ki, təhsilin əlçatanlığı təmin edilsin. İkinci atılması vacib və zəruri addım ondan ibarətdir ki, mütləq şəkildə dərs cədvəli fərqli olmalıdır. Çünki ailələrdə iki və artıq uşaq eyni vaxtda oxuyursa, onlar eyni vaxtda dərsə qoşula bilməyəcəklər. Çünki maksimum ailədə bir kompüter, bir telefon olur. Bu necə ola bilər? Məsələn, ibtidai siniflər saat 8-də, 2-ci siniflər saat 10-da, 3-cü siniflər saat 12-də onlayn tədrisə qoşulmalıdırlar.

Digəri isə keyfiyyət məsələsidir. Etiraf edək ki, onlayn dərslər ənənəvi dərslər qədər keyfiyyətli deyil. Nəinki şagirdlər, heç müəllimlərin proqramla işləmək imkanları yoxdur. Ona görə də valideynlər haqlıdırlar. Çünki müəllimlər dərs bölgüsündə problem yaşayırlar. Qruplarda artıq şagirdlərin sayı çoxalıb. Və onlara tam şəkildə dərs keçməyə imkan vermir. Yeganə həll yolu isə dövlət büdcəsinin vəsaiti hesabına bütün şagirdləri geri qaytarmaq şərtilə planşetlərlə təmin edilməsi, eyni zamanda ənənəvi dərslərin sayını artırmaq lazımdır. Şagirdlər iki gün deyil, dörd gün məktəbə gedərlərsə, bu problemlər az yaşanacaq".

“Teledərs”ləri nə üçün edirik?!"

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da məsələyə münasibətini bildirib:

“Bizim teledərslərimiz də yayımlanır. Valideynlərə də tövsiyə etmişik ki, baxsınlar. Teledərslərin baxılmama imkanı yoxdur, çünki həm televiziya vasitəsilə, həm də saytda yerləşdiririk. Bəli, bəzən internetlə bağlı problemlər olur. Bununla bağlı işlər gedir, amma indiki halda bunu dəf etmək mümkün olmur. Bir müddət sonra yəqin ki, mümkün olacaq. Amma bu o demək deyil ki, biz bütünlüklə yalnız onlayn tədrisə önəm verməliyik. Bununla bərabər teledərslər var. Təhsil Nazirliyi bunu təşkil edir, gün ərzində 8 saat olmaqla, Azərbaycanın ən yaxşı müəllimləri səhər saat 10-dan axşam saat 6-ya qədər dərslər verirlər. Bəs biz bunu nə üçün edirik?!”

C.Valehov valideynlərin teledərsləri tənqid etməsinə də münasibət bildirib:

“Baxan var, əsasən bölgələrdə daha çox tələbat var. Biz bu gün ideal dərsdən danışa bilmirik, bütün dünya pandemiya şəraitində dərs keçir. Bu şəraitdə bizə daha uyğun imkanlardan danışırıq. O ki qaldı əyani dərslərin sayının artırılmasına, indiki halda heç nə deyə bilmərəm. Çünki bu qərarı Operativ Qərargah verə bilər. Doğrudan da bu sahədə problem olarsa, bu qurum da hansısa qərarı verə bilər. Amma bu olacaq, olmayacaq, bir söz deyə bilmərəm, çünki bu məsələ mənim səlahiyyətimdə deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Moskvadan Bakı və İrəvana ikibaşlı mesaj - həm vasitəçilik istəyir, həm də...
Bu gün, 09:17
“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 09:14
"İlk dəfə mən demişdim ki, təyyarə qəsdən vurulub..." - Deputatlarımız Rusiyadan qorxur?.. yoxsa Rusiyaya işləyir?
Bu gün, 09:11
Trampın Güney Qafqaza marağı... - demək olar ki YOXDUR...
Bu gün, 09:09
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Bu gün, 09:04
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur - FAKT BUDUR!
Bu gün, 09:01
İrəvan “d” deyir, “dəhliz” demir - Bakının səbri tükənir...
Bu gün, 09:00
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır? - AKTUAL
Bu gün, 08:59
ABŞ-ın Azərbaycan nefti ilə bağlı qərəzli proqnozu: 2025-ci ildə... - ARAŞDIRMA
Bu gün, 08:55
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Bu gün, 08:52
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ... - İLGİNC İDDİA
Bu gün, 08:36
Gecə vaxtı yerinə yetirilən işlərə görə... - Ekspert danışır...
Bu gün, 08:28
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47
"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru