“Bu, müharibədəki məğlubiyyətdən doğan və labüd bir prosesdir” - deputat
Tarix: 28-08-2021, 09:56 | Çap et
Ermənistan parlamenti son günlər deputatların davası, bir-birinə qarşı fiziki təzyiq etməsi və təhqir, söyüş və sairlə gündəmə gəlir. Bəziləri bunu demokratiya nümunəsi kimi təqdim etməyə çalışsa da, əslində düşmən ölkənin cəmiyyətində yaranan parçalanmanın, cəmiyyətin böyük məğlubiyyətdən sonra xaosa sürükləndiyinin göstəricisidir. Çünki məğlub xalqlar, məğlub ölkələr satqın, xain axtarışında olur, bir-birilərini ittiham etməyə çalışırlar.
Azərbaycan isə qalib ölkədir, son günlər ölkə gündəminə nəzər salsaq, daha çox müharibə qəhrəmanlarının mükafatlandırılması istiqamətində aparılan işləri, prezident İlham Əliyev tərəfindən hazırda müharibədə fərqlənən hərbçilərə orden, medal, fəxri ad və ev təqdim edildiyini görərik.
Müharibənin qəhrəmanları olduğu kimi, məğlubiyyətin də səbəbkarları, günahkarları, xainləri var və əslində parçalanma da elə buradan doğur.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, demokratik ölkələrdə parlamentdə fikir müxtəlifliyi, debatların, qarşıdurmalar, hətta hədələr, təhqirlər olur, ancaq Ermənistandakı bu davalar demokratiya göstəricisi deyil: “Bu, müharibədəki məğlubiyyətdən doğan və labüd bir prosesdir. Ermənistan indiyə qədər belə bir şok yaşamamışdı və bu şoku yaşayana qədər hər hansı bir dirçəlmə imkanına sahib deyil. Bu da ayrı-ayrı siyasi qüvvələrin fonunda cəmiyyətin necə parçalandığını önə sürür, cəmiyyətdə nə dərəcədə təzadlı və barışmaz münasibətlərin olduğunu göstərir. Parlamentdə baş verənlər demokratiyanın təzahürü sayıla bilməz. Çünki Ermənistanda demokratiya yoxdur. Ermənistanda hərbi diktatura olub, hərbi qənimətlər əldə etmək, hərbi işğalla bağlı hakimiyyət məsələləri həll olunub. İndi isə artıq əhalinin xeyli aktiv hissəsi ölkəni tərk edib. Belə bir vəziyyətdə hakimiyyət məsələsinin həllində daha çox xarici seqment rol oynayır. Ona görə də Qərb və Rusiya qarşıdurması fonunda hakimiyyət məsələsinin çözülməsi daha çox mümkündür”.
Fazil Mustafanın fikrincə, orada parlament davalarına daha çox müharibənin gətirdiyi stress kimi baxılmalıdır: “Çünki psixoloji baxımdan məğlubiyyətlə barışmaz mövqe yaranıb. Kimsə onun səbəbini Mövcud iqtidarda görür, kimi də keçmiş iqtidarda. O səbəblə bugünki iqtidarla keçmiş iqtidar arasında bir-birini ittiham etmə artıq adi bir hala çevrilib, bu da millətin parçalanması deməkdir ki, siyasi qüvvələrin fonunda özünü açıq-aydın göstərir.
Ermənistanın son vaxtlardakı təxribatları da məğlubiyyət sindrimonu aşmaq üçün cəhdlərdir. Ancaq real güc buna adekvat deyil. Ermənistan müharibənin bədəlini təkcə müharibədəki canlı qüvvə itkiləri və ya texnika itkisi ilə deyil, həm də cəmiyyətin demoqrafik və sosial strukturunda olan köklü dəyişikliklərlə ödəyir. Ermənistan cəmiyyətində gələcəyə yönəlik bir inamsızlıq var. Bu inamsızlıq yeni hakimiyyət formalaşandan sonra da Ermənistan cəmiyyətinə hər hansı ümidverici nəsə vermədi. Yeni hakimiyyət o zaman formalaşır ki, revanş götürüb nəyisə geri qaytarsın. Heç nə geri qayıtmayanda cəmiyyət tam pessimist vəziyyətə gəlib çıxır ki, bu da parlamentdəki dava fonunda özünü büruzə verməyə başlayıb".
Politoloq Qabil Hüseynli də bildirdi ki, Ermənistanda Paşinyan hakimiyyətinin qorunması üçün artıq avtoritar rejim qurulmaq üzrədir: “Paşinyan Soros fondunun adamı olduğundan ilk vaxtlar , parlament seçkilərində demokratik şüarlardan geniş şəkildə istifadə edirdi. Vəd verirdi ki, demokratik olacaqlar, hakimiyyətin qolları arasında səlahiyyətləri dəqiq müəyyənləşdirəcəklər, insan haqlarına riayət edəcəklər və sair. Amma 44 günlük müharibə və Paşinyana olan hücumlardan sonra Paşinyan daha yaxşı başa düşdü ki, Ermənistan cəmiyyəti hələ demokratiyaya hazır deyil. Üstəlik hakimiyyətini qoruyub saxlamaq üçün avtoritar metodlardan istifadə etməli idi. Ona görə də ikinci seçkidən sonra Ermənistan cəmiyyətində demokratiyanı Paşinyan və onun komandası boğmağa başladılar. Bu gün Ermənistan cəmiyyətində nə demokratik struktur var, nə parlament özü demokratik qaydalarla işləyir. Çünki bir partiyanın təkbaşına hökumət qurmaq imkanı yarandıqdan sonra, Paşinyana qarşı müharibə məğlubiyyətindən sonra hədsiz dərəcədə təhqirlər, təzyiqlər olduğundan o baş verənlərdən nəticə çıxarıb. Ola bilər ki, haradasa demokratiya görüntüsü yaratsınlar, ancaq Paşinyan yaxşı başa düşür ki, Ermənistan cəmiyyətini yalnız avtoritar metodlarla idarə etmək olar. Bu metodları da o həyata keçirir. Elə parlamentdə davaya çıxan adamlar da onu göstərir ki, müxalifət və iqtidaryönlü partiyaların nümayəndələri bir-birinə düşmən gözü ilə baxırlar”.
Politoloqun sözlərinə görə, elə Ermənistan cəmiyyətinin özündə də bu cür parçalanma var: “Cəmiyyət ən azı 3 qrupa parçalanıb. Əgər birinci qrup Paşinyan , onun kadrları və onu təmsil edən elektoral bazadırsa, ikinci qrup həqiqətən demokratiya istəyən və demokratiya uğrunda mübarizə aparan hissədir. Üçüncü qrupa isə 5-ci kalon da demək olar, onlar Rusiya tərəfdarları və Ermənistanda Rusiyanın mövqeyinin güclənməsini istəyənlərdir. Onların ön cərgəsində Qarabağ klanının adamları dayanır, Sərkisyan, Köçəryan və başqaları. Ona görə də, Ermənistanda rəngarəngliyin və fərqli yanaşmaların mövcud olması cəmiyyəti ideoloji, hətta sinfi əlamətlər üzrə parçalayır, onların hakimiyyət uğrunda mübarizəsini labüd edir. Qarabağ klanı nəyin hesabına olursa olsun Paşinyanı sıradan çıxartmaq və hakimiyyəti ələ keçirməyə çalışır. Ermənistan cəmiyyəti nə demokratik dəyərləri, nə də nailiyyətləri ilə öyünə bilər. Onlar Sərkisyanın dövründə olduğu kimi bir cəmiyyətdir və bu cəmiyyətin hazırda öyünəcək nəyisə yoxdur”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Bu gün, 18:04 |
|
|
|
• Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Bu gün, 18:00 |
|
|
|
• AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Bu gün, 17:53 |
|
|
|
• Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Bu gün, 17:51 |
|
|
|
• Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Bu gün, 17:41 |
|
|
|
• İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Bu gün, 17:30 |
|
|
|
• "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Bu gün, 17:25 |
|
|
|
• Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Bu gün, 17:24 |
|
|
|
• Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Bu gün, 17:22 |
|
|
|
• “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:20 |
|
|
|
• Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Bu gün, 17:18 |
|
|
|
• Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Bu gün, 17:13 |
|
|
|
• Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Bu gün, 17:11 |
|
|
|
• "Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Bu gün, 17:09 |
|
|
|
• Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Bu gün, 17:01 |
|
|
|
• Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Bu gün, 17:00 |
|
|
|
• Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Bu gün, 16:56 |
|
|
|
• “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
Bu gün, 16:52 |
|
|
|
• Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
Bu gün, 16:51 |
|
|
|
• "Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü "qəhrəmanlaşdırma" dönəmi başladı"
Bu gün, 16:39 |
|
|
|
• Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər
Bu gün, 16:38 |
|
|
|
• “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” - deputat
Bu gün, 16:35 |
|
|
|
• Sərhəddə savaş hazırlığı başladı - Ermənilər hücuma keçir?
Bu gün, 16:33 |
|
|
|
• “Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır - İLGİNC...
Bu gün, 16:31 |
|
|
|
• 6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub - Perinatal Mərkəzində yanğınla bağlı sabiq direktor
Bu gün, 16:08 |
|
|
|
• Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... - Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib
Bu gün, 16:07 |
|
|
|
• Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: - "Heç nədən qorxmayın"
Bu gün, 16:01 |
|
|
|
• “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik - İNCƏLƏMƏ
Bu gün, 15:57 |
|
|
|
• Xalq artisti xəstəxanadan EVƏ APARILDI: - “Ümid Allahadır”
Bu gün, 15:52 |
|
|
|
• Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb - AKTUAL
Bu gün, 15:47 |
|
|
|
• Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ
Bu gün, 15:45 |
|
|
|
• Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Ukrayna ordusu əks-hücuma keçib - “Le Figaro”
Bu gün, 15:36 |
|
|
|
• Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:30 |
|
|
|
• Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 15:29 |
|
|
|
• Novruz bayramında əfv olacaq? - Komissiya üzvü danışdı
Bu gün, 15:17 |
|
|
|
• "Mirkamil daşı ətəyindən töksün efirə çıxsın"
Bu gün, 15:14 |
|
|
|
• Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - AÇIQLAMA
Bu gün, 15:09 |
|
|
|
• Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür -İlahiyyatçı
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir
Bu gün, 14:59 |
|
|
|
• Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Bu gün, 14:57 |
|
|
|
• Alimpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib - Əmlaklarını geri istəyir
Bu gün, 14:52 |
|
|
|
• "Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq" - ETİRAZ
Bu gün, 14:49 |
|
|
|
• Güney Qafqazı KİM QARIŞDIRIR: Ruslar, yoxsa?.. - GƏLİŞMƏ
Bu gün, 14:46 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub - FOTO
Bu gün, 14:44 |
|
|
|
• İdman zalındakı qətl tərs baxışa görə baş verib: Mərhum öldürüləndə qardaşı yanında olub - TƏFƏRRÜAT
Bu gün, 14:34 |
|
|
|
• Nikolay Valuyevin Azərbaycana girişə qadağa qoyulub - RƏSMİ
Bu gün, 14:32 |
|
|
|
• RAİL RZAYEVİN ÖLÜMÜNÜ KİM SİFARİŞ EDİB? - Bakının mərkəzində general-leytenanta qarşı terrorun 16-cı ildönümü
Bu gün, 14:28 |
|
|
|
• Sabah pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• Yenə riyakarlıq - Bu dəfə Vaşinqtonda
Bu gün, 14:02 |
|
|
|
|