Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                 

“Bu, ədalətsizlikdir və məsələ tezliklə öz həllini tapmalıdır” - Deputatdan ETİRAZ
Tarix: 19-05-2022, 09:24 | Çap et
“Bu, ədalətsizlikdir və məsələ tezliklə öz həllini tapmalıdır”
Bugünlərdə uzun illərdir Milli Məclisin Aparat rəhbəri postunda fəaliyyət göstərmiş Səfa Mirzəyev vəzifəsindən gedib. Onun yerinə 1989-cu il doğumlu Fərid Hacıyev təyin edilib. 1990-95-ci illərdə deputat olmuş xeyli insan iddia edirdi ki, onların deputat pensiyalarının verilməməsinin, əmək fəaliyyətlərinin düzgün hesablanmamasının səbəbkarı Səfa Mirzəyevdir. Məlum qanun layihəsinin müəllifinin o olduğu deyilirdi.

Bugünlərdə Milli Məclisin sabiq sədri İsa Qəmbərə pensiya verilmədiyi, cəmi 180 manat müavinət təyin edildiyi məsələsinin ortaya çıxması və gündəmin müzakirə mövzularından birinə çevrilməsi həmin deputatların pensiya alması məsələsini aktuallaşdırıb. Bəs Səfa Mirzəyevin vəzifədən getməsi həmin qanunda dəyişikliyə səbəb olacaqmı? Qanunun 1990-95-ci illərdə fəaliyyət göstərmiş deputatlara da şamil edilməsi üçün hansısa addımlar atılması mümkündürmü?

Milli Məclisin deputatı Razi Nurullayev bildirdi ki, 1990-1995-ci illərdə deputat olmuş şəxslərin, xüsusən də istiqlalçı deputatların pensiyası məsələsi ilə bağlı indiyə qədər parlamentdə iki dəfə danışıb, təklif verib: “Bəyan etmişəm və indi də bu mövqedəyəm ki, həmin şəxslərin keçmiş deputat kimi pensiya almaq hüququ tanınmalıdır. O şəxslər deputat olub və qanunvericilikdə dəyişiklik edib onlara kömək etmək lazımdır ki, sabiq deputat kimi pensiya ala bilsinlər. Həmin deputatların bir çoxu çox ağır bir dövrdən, ağır məhrumiyyətlərdən keçərək Azərbaycanın müstəqilliyi üçün qərarlar qəbul ediblər, fəaliyyət göstəriblər. Mən xüsusilə buna görə o şəxslərə pensiya almaları məsələsində dəstək verirəm”.

R.Nurullayev qeyd etdi ki, 1990-1995-ci illərdə deputat olmuş şəxslərə deputat pensiyasının verilməsinin qarşısını kəsən məlum qanunun qəbul edilməsində Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzyevin günahlandırılması düzgün deyil: “Səfa Mirzəyev bu kimi məsələlərdən uzaq adam olub. Eyni zamanda Milli Məclis Aparatının rəhbəri qanun qəbul etmir. Sözügedən məsələ aparat rəhbərindən asılı olan məsələ deyil. Qanunvericilik təşəbbüsü ilə deputatlar çıxış edir. O qərarı Səfa müəllim verməyib, məsələdə siyasi çalar da var idi. Bu baxımdan da düşünmək lazım deyil ki, Səfa Mirzəyev vəzifədən gedibsə, haqqında söhbət gedən məsələ dərhal həllini tapacaq”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirdi ki, qanunun hazırlanmasında hansısa şəxsi günahlandırmaq yanlışdır. Bu cür məsələlər bilavasitə qanunlarla tənzimlənir və qanun layihələrini ya aidiyyəti dövlət qurumları hazırlayır, ya da Milli Məclisin komitələri qanun layihələri hazırlayıb təqdim edir: “Bu məsələdə biz hər birimiz diqqətli olmalıyıq. Bu proses ümumi qanunvericiliyə uyğun olaraq tənzimlənir.

Amma burada bir məsələ var ki, ümumiyyətlə, dövlət qulluğunda işləyən insanların fəaliyyətinin qiymətləndirilməsi, o cümlədən 1990-95-ci illərdə fəaliyyət göstərmiş deputatlarla da bağlı məsələ diqqətdə saxlanılmalıdır. Bizim bəzi həmkarlarımız bu məsələyə toxunublar və mümkün qədər biz bu məsələni nəzərə almalıyıq".

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı isə bildirib ki, deputat statusu və deputat hüquqları ilə bağlı qanunlar nədənsə yalnız konstitusiyanın qəbulundan sonrakı dövrə, yəni 1995-ci ildən sonraya aid edilir. Amma bu insanlar 1990-cı ildə daha çətin şəraitdə Milli Məclisə seçiliblər və o dövrdə parlamentdə çox mühüm qərarların qəbul olunmasında xidmətləri olub: “Mən başqa məsələləri deyə bilmərəm, təbii ki, konstitusiyanın öz tələbləri var və ondan sonra bir çox sahələrdə nizam yaranır. Ancaq Məclis məsələsi tamamilə ayrı məsələdir. Məclisin fəaliyyəti bütün dövrlərdə 1990, 1995-ci il və sonralar da qırılmaz bir xətt üzrə inkişaf edib. Ona görə də 1990-cı ildə seçilən millət vəkillərinin ümumi qanundan kənarda saxlanılmasını, təqaüd məsələsində onların hüquqlarının tanınmamasını düzgün hesab etmirəm. Dəfələrlə demişik ki, deputatların təqaüd məsələsi eyni zamanda 1995-ci ildən əvvəlki milli şuranın üzvlərinə də aid edilsin. Təəssüf ki, bu söz qulaqardına vurulur, ya Cənab Prezidentə çatdırılmır, yaxud mane olan başqa qüvvələr olur.

Bizim bu deputatlara təqaüd verilməsi ilə bağlı qaldırdığımız məsələ, xahişlərimiz havadan asılı vəziyyətdə qaldı. Onlardan neçə nəfər ehtiyac içində dünyasını dəyişdi. Bu gün həmin tərkibdən yaşayan cəmi 4-5 nəfər qalıb. Onlara təqaüd verməklə dövlət kasıblamaz. Bu bir haqqın, ədalətin bərpasıdır. İndiki millət vəkilləri üçün də çox xoş olar. Mənim o dövrkü millət vəkili həmkarlarımın bu gün 180, yaxud 280 manatlıq təqaüdlə sıxıntı içində yaşadığını, amma bizim normal təqaüd aldığımızı eşidəndə mənəvi üzüntü yaşayıram. Bu, ədalətsizlikdir və məsələ tezliklə öz həllini tapmalıdır.

Konstitusiya 1995-ci ildə qəbul olunsa da, dövlətçiliyin bərpası məntiqinə söykənirdi. 1990-cı ildə dövlət müstəqilliyinin bərpası haqqında bəyanat qəbul olunub, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyi bərpa edilib, sonrakı proseslər də müstəqilliyin bərpası və möhkəmlənməsi istiqamətində gedib. Ona görə də o konstitusiya yeni bir sistem, dövlət yaratmır. Əslində əvvəlki dövrün davamıdır. Bu səbəbdən də 1990-cı illə 1995-ci il arasında uçurum yaratmaq, sanki hər şey tamam yenidən başlayıb məntiqi doğru deyil".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru