"Bu cür tədbirlərlə əsəblərimizlə oynayırlar" - deputat
Tarix: 25-05-2022, 10:28 | Çap et
Bir neçə gün əvvəl Rusiya mediasında belə xəbərlər yayıldı ki, Moskvada akademik Andrey Saxarovun heykəli yoxa çıxıb. Maraqlı informasiya idi, akademikin heykəli niyə qəhətə çıxıb? Sonradan məlum olub ki, heykəl abidənin müəllifinə ötən ilin payızında təhvil verilib, amma parka qayıtması üçün heç bir tarix göstərilməyib. Abidənin müəllifi heykəltəraş Qriqori Pototskidir. Daha maraqlısı isə bundan sonra baş verib. Belə ki, ötən həftəsonu erməni KİV-ləri Xankəndində Saxarovun abidəsinin açılışı haqda xəbər yaydılar. Qeyd olunurdu ki, abidənin quraşdırılması Saxarovun anadan olmasının 101-ci ildönümünə həsr olunub.
Maralıqdır ki, separatçı rejimin “dövlət naziri” Artak Beqlaryan “Saxarovun abidəsinin məhz bu vaxt “artsax”da ucaldılması rəmzidir”, deyib. Tədbirdə iştirak edən Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin mayoru Vitali Fomin isə vurğulayıb ki, A.Saxarov öz adını dünya elm tarixinə qızıl hərflərlə yazıb. Yeri gəlmişkən, Xankəndindəki məktəbin yaxınlığında qoyulmuş heykəlin üzərində “Cəsarətli olun, ermənilər, işiniz haqq işidir” yazısı var. Heykəlin forması isə sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib. Misal üçün, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz sosial şəbəkə hesabından yazdığı statusda Saxarovun abidəsinə maraqlı ad tapıb: “Saxarov Xankəndi səmasında uçan ”Bayraktar"ı seyr edir". Məlumdur ki, Saxarov erməni Yelena Bonnerlə evli olub. Onun təsiri ilə də Qarabağ münaqişəsində ermənilərin tərəfində durub.
Saxarov SSRİ-də insan hüquqları müvəkkili, nüvə fiziki və islahatçı kimi tanınıb, kommunist olmayan dövlətlərlə iqtisadi və siyasi sahədə əməkdaşlıq əldə olunmasının tərəfdarı imiş. 1975-ci ildə isə Nobel Sülh Mükafatını qazanıb, amma mükafatı almaq üçün ölkədən çıxmasına icazə verilməyib. Həyat yoldaşı Yelena Bonner onun adından mükafatı qəbul edib. İndi isə akademikin Moskvada itib, Xankəndində bitməsi maraq doğurur. Məlumata görə, Rusiyada fəaliyyət göstərən “Taşir” fondunun dəstəyi ilə onun abidəsinin Xankəndində açılışı olub. Saxarovun daşını Moskvadan Xankəndinə kim daşıyıbsa, xalis təxribatçıdır. Buna şərait yaradan sülhməramsızlar da eyni sözə layiqdirlər. Saxarov hara, Xankəndi hara?
Əlbəttə, burada məkrli niyyət də var - bir müddət əvvəl Xocalıda rus siyasi xadimlərinin abidəsi ucaldıldı, sülhməramlı heykəli qoyuldu, son günlərdə Qarabağda “Rus icması” yaradılması üzrə işlərdə fəallıq hiss olunur, indi də ermənipərəst Saxarovun itmiş heykəli Xankəndində “zühur” edir, deməli, Kremldə bölgənin “ruslaşdırılması” ssenarisi işə salınıb. Gələcəkdə Donetsk, Luqansk kimi bu yerlərdə də 5-10 rus tapıb Moskvaya müraciət yazmağa məcbur etsinlər ki, guya Azərbaycan onları sıxışdırır, biz Rusiyaya birləşmək istəyirik. diaaz.space-ın məlumatına görə, deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, bu cür tədbirlərlə əsəblərimizlə oynayırlar: “Həmçinin Rusiyanın bölgədə maraqları da var. Amma gərək sülhməramlılar 9 mayda faşist Njdenin heykəlinə də gül qoyardılar, düz eləmədilər. Ukraynada guya faşizmə qarşı mübarizə aparırlar, amma erməni faşist Njdenin heykəlinə susurlar. Bir azdan ermənilər rus uşaqları doğmağa başlayacaqlar”.
A.Abbas hesab edir ki, Rusiyanın bütün bu cığal davranışlarına baxmayaraq, şimal qonşumuz Ukraynada düşdüyü vəziyyətə görə ağır məğlubiyyət yaşayacaq: “Hətta hərb meydanında qalib gəlsə də, yenə iqtisadiyyatı dağılacaq. Rusiyanı kim müdafiə edir? Yalnız ermənilər. Erməni ilə NATO-ya qalib gələcəksən? Bu gün hansı rus efirini açırsan, ermənilər danışır. Bütün ixtiyarı verib onlara, informasiya təbliğatını onlarla qurublar. Ancaq Putinin Ukrayna müharibəsinə görə vəziyyəti heç də yaxşı deyil. İndi gəlib Saxarovun heykəlini qoyurlar. Bununla bizim əsəblərimizlə oynayırlar, guya məzələnirlər, amma bu zarafatın axırı pis qurtaracaq. Ermənistan artıq sülhlə bağlı bizim 4 maddəni qəbul edib, erməni xalqı da sülh istəməsə, Paşinyana seçkidə səs verməzdi, ona görə Saxarovun heykəlini qoymaqla, belə addımlarla heç nəyə nail ola bilməzlər”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının fikrincə, ermənilər rusların rəğbətini qazanmağa çalışırlar: “Reallıq ondan ibarətdir ki, Rusiya Xankəndi daxil olmaqla, bu ərazilərdə mövcudluğunu artırır, regiondan çıxmaq istəmir. Bu səbəbdən gah abidə qoyur, gah tədbir təşkil edir. İstisna deyil ki, Rusiya Donbas, Abxaziya kimi Qarabağda da təhlükəli oyunlar apara bilər, ona görə ayıq-sayıq olmalıyıq. Görünən budur ki, Rusiya problemi tam həll etmək istəmir. Azərbaycan isə Rusiyanın və Ermənistanın planlarını görür, Türkiyə ilə birlikdə gücünə güc qatıb öz siyasətini davam etdirir. Bununla Rusiya da, Qərb də hesablaşmağa məcburdur”. QAT sədrinin sözlərinə görə, Rusiya rəhbərliyinə rəsmi qaydada, eləcə də Azərbaycan cəmiyyətindən müraciətlər olmalıdır, fikirlərimizi çatdırmalıyıq: “Rusiya bu etirazlarımızı görməlidir. Saxarovu indi kim tanıyır və orada heykəlinin nə işi var? Sadəcə, məqsəd bizi qıcıqlandırmaqdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
|