Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                 

“Hesabatda obyektiv yanaşmaya daha az yer verilib” - deputat
Tarix: 7-06-2022, 08:08 | Çap et
“Hesabatda obyektiv yanaşmaya daha az yer verilib”
İyunun 2-də ABŞ Dövlət Departamenti dünyada dini dözümlülüyün vəziyyəti haqqında hesabat dərc edib. “2021-ci ildə dünyada dini etiqad azadlığı haqqında məruzə” ABŞ Konqresinə təqdim olunan illik sənəddir ki, burada dünyanın təxminən 200 ölkəsində dini etiqad azadlığının vəziyyəti işıqlandırılır. Ölkələr üzrə bölmələr internetdə yer alıb.

Azərbaycana həsr olunmuş bölmədə deyilir ki, ötən ilin iyununda Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna 14 düzəliş imzalayıb. Digər məsələlərlə yanaşı, yeni düzəlişlər uşaqların dini ibadətə məcbur edilməsini qadağan edir, dini ekstremizmin təbliğini qadağan edir, dövlət qulluqçularının dini fəaliyyətlə məşğul olmasını qadağan edir, rəsmi dini mərkəzlərə dini titulları mənimsəməyə müstəsna hüquq verir və dövlət tərəfindən təsdiq olunmuş dini lider olmadıqda dini icmalardan fəaliyyətini dayandırmağı tələb edir.

“Hökumət düzəlişləri təhlükəsizliyin zəruriliyi ilə əsaslandırıb. Vətəndaş cəmiyyəti təşkilatları bildiriblər ki, dəyişikliklər din məsələlərini tənzimləyən dövlət orqanına, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə dini qruplar üzərində daha çox nəzarət verib”.

ABŞ səfiri və səfirliyin digər əməkdaşları Azərbaycanın hökumət məmurlarına müraciət edərək vətəndaş cəmiyyəti qruplarının iddialarına əsasən dini əqidəsinə görə həbs edilmiş şəxslərin azad olunmasını xahiş ediblər.

Onlar həmçinin hökumət məmurlarını kiçik dini icmaların qeydiyyatı prosesi ilə bağlı uzunmüddətli problemləri həll etməyə və konstitusiyada nəzərdə tutulduğu kimi, dini etiqadına görə hərbi xidmətdən imtina edən şəxslər üçün alternativ mülki hərbi xidmət tətbiq etməyə çağırıblar.

Bu hesabat ədalətli, obyektivdirmi?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinim üzvü Azər Badamov “Yeni Müsavat”a açıqlamasında hesabatda obyektlivliyə çox az yer ayrıldığını söylədi: “Bu hesabatda dünyanın 200-ə yaxın ölkəsində din etiqad azadlığı vəziyyəti işıqlandırılıb. O cümlədən Azərbaycanla bağlı da xüsusi bölüm hesabatda öz əksini tapıb. Hesabatda ölkəmizdə “Dini etiqad azadlığı haqqında” qanunda edilən dəyişikliklərə toxunaraq ümumi vəziyyəti düzgün şəkildə qeyd olunmuş və Azərbaycanda yüksək dini tolerantlığın olduğu haqqında danışılır. Amma ermənilər tərəfindən dağıdılmış və vandalizmə məruz dini abidələr haqqında xüsusi açıqlama verilməyib. 1988-1990-cı illərdə azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması və Ermənistanda islam dininə aid abidələrin, azərbaycanlılara aid mədəni irsin məhv edilməsi ilə bağlı hesabatda yazılmır. Həm də 1991-1993-cü illərdə torpaqlarımız işğal edəndə ermənilər tərəfindən dağıdılmış və təhqir olunmuş 65 məscid barəsində ətraflı qeyd olunmur.

Torpaqlarımız işğal altında qaldığı 30 il ərzində Azərbaycan dəfələrlə YUNESKO-ya müraciət edərək həmin ərazilərdə ermənilər tərəfindən dağıdılan dini abidələrimizə baxışın keçirilməsi və hesabatın açıqlanması üçün müraciət edib. Amma YUNESKO-dan bu təşkilatın siyasətlə məşğul olmadığı bildirilib. İndi ərazi bütövlüyümüz təmin olunandan sonra YUNESKO-ya dəfələrlə müraciət etməyimizə baxmayaraq hələ də öz nümayəndələrini işğaldan azad olunmuş ərazilərimizdəki dini və mədəniyyət abidələrinin mövcud vəziyyətinə baxış keçirilməsinə dəvət etməyimizə baxmayaraq hələ də öz münasibətini bildirməyib.

Hesabatda hər iki ölkənin tarixi, mədəni abidlərinin dağıdılması barədə məlumatlar yer alıb. Amma burada konkret şəkildə ermənilərə məxsus abidələrin azərbaycanlılar tərəfindən dağıdılmaması haqqında yazılmır. Fakt odur ki, həm Ermənistanda, həm də işğaldan azad olunmuş ərazilərdə dağıdılmış dini və mədəni abidələr azərbaycanlılara məxsusdur və ermənilər tarixi alban abidələrini özününkiləşdirməyə çalışıblar.

Hesabatda Ermənistan Apostol Kilsəsinin yepiskopuna istinadla bildirilir ki, Azərbaycan hökuməti ötən ilin mayından erməni zəvvarları 2020-ci ildən öz nəzarətinə qaytarılmış ərazidəki monastıra buraxmır. Hesabatda bu məsələyə birtərəfli münasibət bildirilib. Halbuki erməni zəvvarların getmək istədiyi məkan müstəqil Azərbaycanın ərazisidir və ölkəmizə giriş-çıxış beynəlxalq hüquq normalarına uyğun aparılmalıdır. Bunun üçün Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını almalı olduğunu və iki ölkə arasında sülh müqaviləsinin bağlanmasının vacibliyi haqqında hesabatda danışılmır. O cümlədən Ermənistanda olan tarixi dini-ibadət yerlərimizə soydaşlarımızın gedə bilməməsi ilə bağlı danışılmır. Həm də hesabatda düzgün olaraq qeyd olunub ki, azərbaycanlılar müharibədən sonra minalı ərazilərdə çoxsaylı məscidləri və dini məkanları ziyarət edə bilmirlər.

Yəni ümumi şəkildə götürüləndə hesabatda obyektiv yanaşmaya daha az yer verilib. Hesab edirəm ki, beynəlxalq səviyyəli hesabatlarda ölkələrə qarşı münasibət daha obyektiv və həqiqəti özündə əks etdirən olmalıdır. Növbəti hesabatlarda qeyd etdiyim məsələlər də geniş şəkildə öz əksini taparsa, daha doğru olardı".

AĞ Partiya başqanının dini və ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov heç kəsə bu və ya digər məsələlərdə əsas verilməməsinin vacibliyini vurğuladı: “Bu hesabatların obyektivlik faizi siyasi konyukturaya bağlı olur. Ona görə də bu cür hesabatlara bu şəkildə baxmaq lazımdır. Amma bu hesabatlar daha sonra müvafiq ölkələrin xarici siyasi kurslarında istifadə edilə bilir. Ona görə nə bu hesabatları tam inkar etmək, nə də təsdiq etmək olar. Əgər burada düzgün qeydlər varsa, dini siyasətin yaxşılaşdırılmasında istifadə etmək olar. Eyni zamanda buradakı həqiqət payını bilmək üçün ölkə dindarından soruşmaq lazımdır: “Eloğlu, nə deyirsən bu haqda?" Bu isə öz növbəsində milli kriterləri nəzərə alan, amma açıq bir cəmiyyət tələb edir. Bu zaman biz qeyd edilən hesabatın obyektivlik faizini çıxara bilərik. Biz heç kimə əsas verməməliyik ki, xüsusilə dini hesabatlarda biz nəsə aşağı keyfiyyət faizi alaq".

Dini ekspert Kənan Rövşənoğlu bu hesabatı əvvəlkilərə nisbətən yumşaq sayır: “Bu, illik hesabatdır, hər il Dövlət Departamenti tərəfindən hazırlanan sənəddir. Azərbaycanla bağlı hissədə əsasən son bir ildə dini qanunvericiliyə edilən əlavə və dəyişikliklər əksini tapıb. Belə görünür ki, ABŞ hökumətinin Azərbaycan hakimiyyəti tərəfindən dini qanunvericiliyə edilən əlavə və dəyişikliklərin səbəbinə iradı yoxdur. Çünki açıqlamada deyilir ki, bu dəyişiklikləri hökumət təhlükəsizlik zəruriliyi ilə əsaslandırıb. Nəticə etibarilə dəyişikliklər dini fəaliyyətlər üzərində dövlət (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin) nəzarət imkanlarını daha da artırıb. İki nüans var, birincisi, dini əqidəsinə görə həbs olunanların azad edilməsi və ikincisi dini etiqada görə hərbi xidmətdən möhlət hüququnun tanınması. Bu mövzu uzun illərdir davam edir. Bilindiyi kimi, bəzi xristian sektaları hərbi xidmətdən imtina edir və üzvləri orduya çağırışdan yayınır. Azərbaycan qanunvericiliyində isə inancla əlaqəli möhlət hüququ verilmir. Həbs olunan dindarların məsələsi isə məlumdur, bu barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatları var, Azərbaycanda çoxlu sayda dindar həbsdədir. Ümumilikdə son illərdə Azərbaycanda dini fəaliyyətlər üzərində dövlət nəzarəti daha da artırılıb. Bunu da təhlükəsizlik mövzusu ilə izah edirlər. Belə görünür ki, bu izah artıq Qərb ölkələrini qane edir. Çünki ciddi dəyişikliklərə baxmayaraq, bu mövzuda hər hansı tənqidi mövqe nümayiş etdirilməyib. Əvvəlki illərlə müqayisədə daha yumşaq bir sənəddir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru