Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                 

"Hər halda, nazirlikdən və Bakı Şəhər İcra Hakimiyyətindən soruşa bilərsiniz" - Həyat yoldaşı vəzifəyə gedən deputatdan MÖVQE
Tarix: 3-08-2022, 08:17 | Çap et
"Hər halda, nazirlikdən və Bakı Şəhər İcra Hakimiyyətindən soruşa bilərsiniz"
Təhsil eksperti Kamran Əsədov keçmiş Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki qohumbazlıq siyasətini “Facebook” hesabında sərt tənqid edib: “Dostumun dostu, qohumumun qohumu, tanışımın tanışı?! Bakı Şəhəri üzrə Təhsil İdarəsində qohumluq, tanışlıq və dostluq zəminindəki təyinatlar barəsində ona görə təkrar danışmağa dəyməz. Zatən Təhsil Nazirliyi strukturunun bütünlüklə bu sindromdan əziyyət çəkdiyi barədə ətraflı yazmışdıq.

Bir dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadənin özəl kursdan birbaşa təhsilin keyfiyyətinə cavabdeh sahəyə rəhbər təyin edilməsini qınadıq. O və keçmiş kurs yoldaşları gəlib paylaşmanın şərh hissəsində bizi qərəzli olmaqda ittiham etdilər. Biz hələ onun məhz BŞTİ müdiri ilə qohum olması barədə bir kəlmə yazmadıq, o isə özünün təhsil üzrə böyük mütəxəssis olduğunu yazıb bizi borclu da çıxartdı".

Ekspert əlavə edib: “Xəyalə Əhmədzadə ailə münasibətləri zəminində nazirliyə tabe məktəbə direktor və bir müddət sonra Bakı kimi şəhərin təhsil idarəetmə orqanına müdir müavini gətirilib. Heç kim şübhə etmir ki, təyinat zamanı müsahibə mərhələsi mənzillərində həyata keçirilən bu şəxs tezliklə BŞTİ müdiri təyin ediləcək. Bu azmış kimi, onun təhsilə bağlılığı məlum olmayan qardaşı da artıq nazirin müşaviri postuna təyin edilib. O da heç kimə sirr deyil ki, nazirin müşaviri postu hərbiləşmiş qurumlardakı sərəncamda olmaq kimi bir şeydir. Yəni ya adamı yüksək vəzifəyə gətirmək üçün bir müddət müşavir saxlamaqla ona təhsil işçisi imici qayırırlar, ya da ki, adama heç bir vəzifə vermək istəməyəndə müşavir adlandırıb, adamı bu vəzifə ilə yola verirlər. Lakin bu təyinatlarda şübhəsiz ki, bu bacı-qardaşın daha yüksək vəzifələrə gətirilməsi hədəflənir”.

“Ümumtəhsil sahəsində heç bir fəaliyyəti olmayan, yalnız icra hakimiyyəti sistemində çalışan Günay Qurbanova birdən-birə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri təyin edilib. İşi, sənəti sosial şəbəkə hesabında belə öz selfilərini və deputat ərinin fotosessiyalarını qoymaq olan bu adamı birdən-birə təhsili inkişaf etdirmək kimi ciddi vəzifəyə təyin etməyin arxasında nə dura bilər?

Göründüyü kimi, artıq qohum, dost və tanışlarını bitirib, dostlarının dostlarını, qohumlarının qohumlarını və tanışlarının tanışlarını vəzifəyə gətirirlər... Vallah buna da etiraz etməzdik. Heç olmazsa, belələrini mühüm əhəmiyyətli vəzifələrə gətirib xalqın genefondunu məhv etməyin!", - deyə K. Əsədov fikrini yekunlaşdırıb.

Məlumata görə, nazirin vəzifə verdiyi xanım deputat Sadiq Qurbanovun həyat yoldaşıdır. O, Bakı Şəhər İcra Hakimiyyətindəki vəzifəsindən bu ilin iyun ayının 3-də istefa verib. Günay Qurbanova cəmi bir neçə gün işsiz qaldıqdan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib. diaaz.space xəbər verir ki, məsələ ilə bağlı Günay Qurbanovanın mövqeyini öyrənə bilməsək də həyat yoldaşı Sadiq Qurbanov bu haqda “Yeni Müsavat”a danışıb: “Mənim həyat yoldaşım təxminən 10 ildir ki, bu sahədə çalışır. Peşəsi də təhsillə bağlıdır. Haqqında o cür məlumat yayanlar, sadəcə, bundan xəbərsiz olanlardır. Günay Qurbanova təkcə bu gün deyil, əmək fəaliyyətinə başlayandan təhsil sahəsində çalışıb. Daha sonra isə Bakı Şəhər icra Hakimiyyətində 3 il Məktəbəqədər Təhsil İdarəsində çalışıb. Sonradan isə dövlət qulluğuna daxil olub. Onun haqqında yalan yazanların məqsədi nədir bilmirəm, amma hamı kimi o da dövlət qulluğunda çalışır və bu, normal haldır. Hər halda, nazirlikdən və Bakı Şəhər İcra Hakimiyyətindən soruşa bilərsiniz, Günay Qurbanova təhsildən təhsil idarəçiliyinə gəlib”.

“Sizcə, niyə Günay Qurbanovanın vəzifəyə təyinatı etiraz doğurdu” sualımıza isə deputat bu cür cavab verdi: “Cəmiyyətdə bəziləri çalışır ki, yeni kadrlar haqqında müəyyən məlumatlar yaymaqla gündəmə gəlsin, gündəmdə qalsın. Yəni yeni adamlar tapmaqla, əslində özlərini gündəmdə saxlamaq istəyirlər”.

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib: ““Favoritizm” qohum, dost və tanışlıq zəminində bir şəxsə və ya qrupa xüsusən səlahiyyətli şəxslər tərəfindən göstərilən ədalətsiz dəstək mənasındadır. Onun dar forması olan nepotizm “bacıoğlu” (nephew) sözündən gəlib, xüsusilə işə qəbul zamanı ailə fərdləri lehinə qərar vermək, digər dar forması “kronizm” isə dostlara birincilik vermək mənasındadır. Bizim xalqımızın ifadə etdiyi “day-dayı” söz birləşməsi bu anlayışları özündə tam etiva edir.

Təhsil Nazirliyi son illər öz bütün siyasətini məhz favarotizm əsasında həyata keçirdir. Nazirlikdə təyinat alan dostlar, tanışlar və qohumlar da öz növbəsində dostlarını və tanışlarını, imkan olarsa, qohumlarını da vəzifəyə gətirməkdə davam edirlər. Bu təyinatlar zamanı ən maraqlı cəhət isə Təhsil Nazirliyinin bütün rəhbər kadrlarının özəl kurslardan işə götürülməsidir. Ümumtəhsilə rəhbərlik edən şəxslərdən bir neçəsi “Kaspi” Təhsil Mərkəzindən, nazirliyin informasiya siyasətinə cavabdeh şəxslər “Mədəd Azərbaycan”, “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzindən, təhsilin metodik təminata və məzmuna cavabdeh şəxslər isə “TAİM”, “Hədəf”, “Türk” və “Araz” kurslarından nazirliyə və onun strukturlarına gətiriliblər. Primitiv özəl təhsil kursları rəhbərliyində çalışanların və elementar repetitorların artıq mərkəzi və yerli təhsil idarəetmə orqanlarına başçılıq etməsi təhsilimizin dərin böhranlı durumda olmasının səbəbinə tam aydınlıq gətirən faktordur.

Vəzifəyə təyinat alan bu kadrların pedaqoji staja və təhsilə malik olmamaları bir yana, onların sırf iqtisadi sahədə işləmələri diqqəti çəkir. Təhsil Nazirliyi açıq-aydın elan edir ki, təhsilin təşkili və idarə olunması pedaqogikaya daxil olsa da, bu, iqtisadiyyatın bir sahəsidir. Əvvəllər nazirin heç olmazsa bir müavini pedaqoqlardan təyin edilsə də, hazırda onun bircə müavini belə təhsil sistemindən bu vəzifəyə təyinat almayıb. Bu azmış kimi, nazirliyin aparat rəhbəri də pedaqoji təhsilə və staja malik deyil. Eləcə də nazirliyin nəinki şöbələrinin və sektorlarının müdirləri, hətta onların müavinlərindən biri belə pedaqoji təhsilə və staja malik deyil. Bircə nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu pedaqoji təhsilə malikdir, lakin o da ömründə məktəbdə sinif rəhbəri belə olmayan primitiv bir təlimçidir. Nazirliyin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev pedaqoq olsa da bu vəzifə ona həvalə qaydasında müvəqqəti verilib. Nazirin müşavirləri də qeydsiz-şərtsiz eyni meyarlar əsasında işə təyinat alıblar.

Təhsilin idarə edilməsi və təşkilində hüquqşünasların, iqtisadçıların və sair peşə sahiblərinin iştirakı, şübhəsiz, mümkün və zəruridir. Lakin bu zaman bilərəkdən pedaqoqların bir qayda olaraq vəzifədən uzaqlaşdırılması, hətta təhsilin məzmununa cavabdeh şöbə və sektorlara qeyri-pedaqoqların kütləvi təyinatı yalnız ölkə təhsilinin diz çökməsi ilə nəticələnəcək və nəticələnir. Qərbdə təhsil alan ölkəyə qayıdıb “day-dayı” olursa, onda burada təhsil alanın “nephew” olmaqdan başqa yolu yoxdur. İngiliscə bilən nepotist və kronist təhsil idarəçiləri bu əməlləri ilə ölkə üçün vətəndaş hazırlayırsa, onda vay bu xalqın halına! Beləliklə, rüşvətxorluqdan daha böyük bəla - favoritizmlə üz-üzəyik. Hansı ki, favoritizm korrupsiyanı daha da dərinləşdirən mühüm faktordur".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru