"Ermənilər bütün xəritələri versələr belə, bu, tam xəritə demək deyil"
Tarix: 4-08-2022, 08:44 | Çap et
Avqustun 2-də Füzulidə 3 nəfər minaya düşüb. Minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı - 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynov ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşüblər. Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.
Ötən həftə isə Kəlbəcərdə briqada komandiri Vüqar İsbəndiyarov minaya düşdü, bir ayağı amputasiya edildi.
Nəzərə çatdıraq ki, 10 noyabr 2020-ci il bəyanatından 1 avqust 2022-ci il tarixədək olan müddətdə ermənilərin mina terroru nəticəsində 102 mülki vətəndaş minaya düşüb, onlardan 32 nəfər həlak olub. Eyni zamanda 124 hərbçi minaya düşüb, onlardan 7-si həlak olub.
Ermənilərin verdiyi mina xəritələri tam olmamaqla yanaşı, təqdim etdikləri xəritələr də maksimum 30 faiz düzgündür. Ötən 2 il müddətində dünya sanki bu mina terroruna kor olub! Qarabağda və Şərqi Zəngəzurda minatəmizləmə işlərinə beynəlxalq təşkilatlar niyə ciddi dəstək vermir, vəsait və böyük kontingent ayırmır? Axı burada söhbət insan talelərindən gedir!
Digər bir narahatedici məsələ odur ki, artıq neçənci dəfədir ki, minaya minatəmizləyənlər özləri düşür. Bu naşılıqdır, yoxsa başqa səbəblər var? Mümkündürmü minadan təmizlənmiş ərazilər sonradan Qarabağdakı erməni silahlı dəstələri, diversiya qrupları tərəfindən yenidən minalansın?
Bu arada Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransanın ölkəmizdəki səfirliyi arasında avqustun 3-də həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə təqdimat mərasimi keçirilib. Bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, agentliyin Horadiz regional mərkəzində baş tutan tədbirdə 25 fevral 2022-ci il tarixli Niyyət Bəyannaməsinə əsasən ANAMA-ya Fransa səfirliyi tərəfindən 130 ədəd minaaxtaran detektor hədiyyə edilib.
Bəs bu kifayətdirmi? Əlbəttə yox. Beynəlxalq qurumlar minatəmizləməyə dəstəyi niyə artırmır? DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı ekspert Azad İsazadə “Yeni Müsavat”a danışıb:
“Beynəlxalq Attava Konvensiyası var, hansı piyada əleyhinə minaları qadağan edən konvensiyadır, Azərbaycan və Ermənistan vaxtilə bu konvensiyaya qoşulmamışdı. Bu da məntiqli idi, çünki müharibə şəraitində yaşayırdıq, bizdə faktiki cəbhə zonası idi və cəbhə zonası minalanırdı. Bu vəziyyət indiyə qədər də qalır, həmin konvensiyaya qoşulmamışıq. Amma konvensiyaya qoşulan ölkələrə kifayət qədər yardım ayrılır, lazımi texnikalar verilir. Biz hələ o qrantları tam formada əldə edə bilmirik. Amma bu o demək deyil ki, ayrı-ayrı ölkələr bizə köməklik etmir. Hansısa formada bəzi ölkələrdən texniki və maliyyə alırıq. Amma konvensiyaya qoşulandan sonra bütün bizə lazımi köməklik ediləcək. Ümid edirəm ki, bu problem tezliklə öz həllini tapacaq və Azərbaycan da həmin konvensiyaya qoşulacaq. Çünki bu problem uzun müddətlidir, yəni on illərlə bu problem öz həllini tapmayacaq. Hətta görürük ki, indinin özündə belə Avropanın hansısa ölkəsində Birinci və İkinci Dünya müharibəsindən qalmış minalar partlayır. Məsələn, təxminən 10-15 gün əvvəl ölkələrin birində meşə yanğınları başlayanda Birinci Dünya müharibəsindən qalan mina və sursatlar partlamışdı. Əsasən də yay mövsümündə təsərrüfat işləri vaxtı yaylağa qalxan çobanlar belə problemlə rastlaşa bilər. Biz sadəcə özümüz üçün müəyyənləşdirməliyik ki, hansı zonalar təhlükəlidir və orada iş aparılmalıdır. Amma bir daha qeyd edirəm ki, periodik olaraq bu problemlə rastlaşacayıq.
Digər tərəfdən, mina xəritələri heç vaxt yüz faiz düz olmur. Bizdə bu məsələ daha mürəkkəbdir. Çünki təxminən 1993-1994-cü ildə iki tərəf minaları basdırmağa başlamışdı. 1993-cü ilə qədər isə basdırılmış minaların, ümumiyyətlə, xəritəsi yoxdur. Ona görə də anlamalıyıq ki, ermənilər bütün xəritələri versələr belə, bu, tam xəritə demək deyil.
Həmçinin minalardan başqa torpaqda partlamamış sursatlar da kifayət qədər var. Onlar minadan heç də az təhlükə yaratmır. Belə ki, onlar torpağa düşür, partlamır, daha sonra üzərini ot basır və nə vaxtsa kimsə orada kənd təsərrüfatı işi aparanda partlayır. Deməli, burada təkcə təmizlik deyil, maarfiləndirmə, izahat işləri aparmalıyıq, əsasən də kənd yerlərində. Doğrudur, bu işlər Qırmızı Xaç Komitəsi tərəfindən aparılır, amma lazımdır ki, daha geniş aparılsın.
O ki qaldı minadan təmizlənmiş ərazilərin sonradan Qarabağdakı erməni silahlı dəstələri, diversiya qrupları tərəfindən yenidən minalanmasına, bu məsələni istisna etmirəm. Çox güman ki, bu baş verir, baxmayaraq ki, əlimizdə fakt yoxdur. Bir şeyi başa düşməliyik ki, minalar uzunmüddətli təsirə malikdir. Deməli, minanın dünən, yoxsa 10 il öncə basdırılması əsas deyil, əsas odur ki, o, nə vaxtsa partlaya bilər. Başa düşməliyik ki, düşmən bütün fürsətlərdən istifadə edəcək. Ona görə də həmin minaları axtarıb tapmalı, təmizləməliyik. Yeni basdırılan minaları daha rahat tapmaq olur, nəinki köhnələri, çünki onlar paslanmış olur və tapmaq çətinləşir. Bəzən isə birinci toxunmadan partlamaya bilir, bu zaman insanlar arxayınlaşır ki, ərazidə heç nə yoxdur. İkinci, üçüncü toxunuşdan sonra mina partlamış olur və belə bir fikir yaranır ki, yəqin mina yenicə basdırılıb".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Dünən, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Dünən, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Dünən, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Dünən, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Dünən, 16:02 |
|
|
|
|