"Bu türkün yox, “CHP-nin yolu”dur, “İran yolu”dur" - Tural Abbaslı
Tarix: 9-05-2023, 09:25 | Çap et
Ağ Partiyanın sədri Tural Abbaslı Teleqraf.com-un suallarını cavablandırıb.
DİA.AZ onunla müsahibəni təqdim edir:
- Türkiyədə seçkilərə sayılı günlər qalıb. Bu günlərdə keçirilən sorğular namizədlər arasında fərqin o qədər böyük olmadığını göstərsə də, Prezident Rəcəb Tayyib Ərdoğanın son İstanbul mitinqi meydanda vəziyyətin fərqli olduğu təəssüratını yaratdı. Siz durumu necə qiymətləndirirsiniz?
- Əvvəlki seçkilərdəki nəticələri də nəzərə aldıqda, deyə bilərəm ki, Rəcəb Tayyib Ərdoğan 51-52 faizlə seçiləcək. Bu dəfə fərq ondadır ki, müxalifətin əsas qüvvəsi vahid namizədlə çıxış edir. Bundan əvvəlki seçkidə müxalifətin ikinci olan namizədi 36-37 faiz səs toplamışdısa, bu dəfə vahid namizədlə seçkiyə gedən əsas qüvvənin 47-48 faiz səs toplaya biləcəyi ehtimalı vardı.
Amma Ərdoğan və AKP-nin son on gündə sosial-iqtisadi sahələrdə atdığı addımlar və gələcəklə bağlı təqdim etdikləri planlar durumu dəyişdi. Cəmiyyətə belə bir mesaj verildi ki, müxalifət daha çox danışır və vəd verir, amma biz həyata keçiririk. Seçkilər yaxınlaşdıqca, insanlar da emosiyaları bir kənara qoyub məntiqlə səs verirlər.
Bildiyiniz kimi, Türkiyədə parlament və prezident seçkiləri eyni vaxtda keçiriləcək, yəni seçicilər həm prezidentliyə namizədə, həm də partiyalara səs verəcəklər. Məsələn, bu durumda bəzi partiyaların üzvləri öz partiyalarına səs versələr də, prezidentliyə namizəd kimi Ərdoğana səs verə bilərlər. Bunun stabillik və sabitliyin qorunması, eləcə də başlanan projelərin həyata keçməsi üçün edəcəklər. Bu birmənalıdır.
Mənə elə gəlir ki, Rəcəb Tayyib Ərdoğan seçkilərin birinci turunda 51-52 faiz səslə qalib gələcək. Bu qalibiyyət Azərbaycan üçün də çox önəmlidir.
- Bizi maraqlandıran məqamlardan biri də mümkün hakimiyyət dəyişikliyində iqtidara gələcək müxalifət izləyəcəyi xarici siyasət kursu ilə əlaqəlidir. Bu baxımdan, müxalifətin namizədi Kamal Kılıçdaroğlunun təqdim etdiyi “Türkün yolu” projesi diqqət çəkdi. Azərbaycanın kənarda qoyulduğu bu proje və bunun müəllifləri ilə əlaqəli nə deyə bilərsiniz?
- Bu türkün yox, “CHP-nin yolu”dur, “İran yolu”dur. Bunun türkün yoluna dəxli yoxdur. Təsəvvür edin ki, cırtdan Ermənistan Zəngəzuru işğal etməklə türk dünyasının ortasında bir sədd çəkib. İndi Kılıçdaroğlunun təqdim etdiyi “türk yolu” İrandan keçir və bu xətt Azərbaycandan tam yan ötür. Bilirsiniz ki, belə layihələr iqtisadi yox, daha çox siyasi xarakterli olur.
Məsələn, Bakı-Tiflis-Ceyhan boru kəməri Gürcüstan üzərindən keçir. Bu, İrandan keçsəydi, məsafə daha qısa olardı. Amma Gürcüstandan ona görə keçdi ki, Azərbaycanın siyasi anlamda İrandan asılılığı olmasın. İndi “Altılıq Masası”sının vizyonu budur. Bu adamlar baş verənləri siyasi baxımdan analiz edə bilmirlər. Bu adamlar hesablaya bilmirlər ki, məsələni təkcə iqtisadi baxımdan dəyərləndirmək olmaz, ortada bir Azərbaycan, türk dünyası faktorları var. Eyni zamanda, bu yolun ancaq türk dünyasından keçməsi amili mövcuddur.
Düzdür, Güney Azərbaycan da türk dövlətidir, amma hazırda fars rejiminin nəzarəti altındadır.
Heç Kılıçdaroğlu və komandasının bu yolu çəkəcək statusu yoxdur. İndi Qazaxıstan, Özbəkistan və digər türk dövlətləri Kılıçdaroğlu ilə hesablaşacaqlarmı? Ortada bir şəxsi nüfuz məsələsi də var. Kılıçdaroğlunun da belə bir nüfuzu yoxdur.
Bu, həm də Azərbaycana münasibətin göstəricisidir. Bu gün Azərbaycanı adi bir quru layihədən kənarda saxlayırlarsa, sabah hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanla Ermənistan arasında mümkün qarşıdurmada nə edəcəklər? Azərbaycanın Zəngəzur dəhlizi iddiası var, onda hansı mövqeyi sərgiləyəcəklər?
Bu baxımdan, Kılıçdaroğlu və “Altılıq Masası”nın seçilməsi qətiyyən Azərbaycana, ümumiyyətlə, Türkiyənin vizyonuna və qarşıya qoyulan hədəflərə sərf etmir.
Türkiyə BMT Təhlükəsizlik Şurasının altıncı daimi üzvü olmaq iddiasındadır. Amma müxalifətin seçkiqabağı təbliğatına və vədlərinə baxın: soğan-kartofun qiyməti, işıqpulu, qazpulu və sair. Yəni ortada bir strateji hədəf və vizyon yoxdur. Əlbəttə, Azərbaycan zəif Türkiyə istəməz, çünki zəif Türkiyə həm də zəif Azərbaycan deməkdir. Bu baxımdan, Ərdoğan və komandasının iqtidarının davamlılığı Azərbaycan və türk dünyası üçün çox önəmlidir.
- Bəs müxalifət daxilində o qədər nüfuzlu siyasətçi varkən, Qərb niyə Kılıçdaroğlunun namizədliyinin üstündə durdu?
- Qərb dünyası düşünür ki, müasir siyasi texnologiyalarla istədiyi adamları seçdirə bilər. Burada şərt deyil, lider xariztamik, güclü olsun və sair. Bir çox yerlərdə peşəkar olmayanları seçdirən Qərb düşünür ki, niyə də Türkiyədə Kılıçdaroğlunu seçdirə bilməsin. Kılıçdaroğlu həm də Türkiyənin ən böyük müxalifət partiyasının (CHP) lideridir. Bu durumda istər-istəməz, partiya daxilində hər kəs öz lideri üçün çalışacaq. Məsələn, Mansur Yavaş və ya Əkrəm İmamoğlu olsaydı, partiya onlar üçün o qədər çalışmayacaqdı. Bundan əvvəlki seçkilərdə Məhərrəm İncəyə qarşı belə münasibət olmuşdu. Nəticədə İncə ortada qalmışdı.
Hesab edirəm ki, bu kimi amilləri nəzərə aldıqda, Qərb məcburən Kılıçdaroğlunun namizədliyi razılaşıb. Düşündülər ki, əllərində bu qədər geniş təbliğat imkanları varkən, hətta Kılıçdaroğludan belə prezident düzəldə bilərlər. Bu yolda müəyyən nəticə də əldə ediblər, təbliğatla, tələlərlə və insanları manipulyasiya çəkməklə, Kılıçdaroğlunun ətrafında müəyyən bir təbəqə formalaşdıra biliblər. Əlbəttə, Ərdoğan və onun 20 illik iqtidar dönəmində gördüyü işlər daha üstündür. Ümid edirəm ki, mayın 15-də Ərdoğanın qalib gəldiyini bir-birimizə deyə biləcəyik.
Avropa və ya ABŞ üçün şəxs önəmli deyil, əsas odur ki, onların dediklərini qəbul etsin, onların cızdığı yol və kursla getsin. Məsələn, sabah Akşənər çıxıb desə ki, sizinlə getməyə hazıram, onun üçün belə qollarını çırmalamağa hazırdırlar – təki Ərdoğan olmasın.
- Bəs Ərdoğanın qarşıdakı mümkün beş ili Türkiyə və türk dünyasına nə vəd edir? Bu dövrdə böyüyən və daha da güclənən bir türk dünyası, Türkiyə-Azərbaycan müttəqiliyi görəcəyikmi?
- Ərdoğan bu dəfə seçilsə, öz gücünün, şəxsi nüfuzunun, təcrübəsinin və iqtidarının pik nöqtəsində olacaq. Qarşıdakı beş ildə həyata keçirdiyi planların nəticələnməsinə çalışacaq. Məsələn, indiyədək Turan Birliyindən, Türk Dövlətləri Birliyindən danışılırdı, artıq beş ildə bu planların icrası yekunlaşacaq. Bu projelər artıq plandan reallığa keçəcək. Deyə bilərəm ki, Ərdoğan beş ildə hakimiyyətdə qalsa, Türk Dövlətləri Təşkilatı Turan Birliyi modelinə keçidə başlayacaq. Bu çərçivədə və qarşıdakı müddətdə türk dövlətlərinin birgə ordusu, parlamenti, gömrüyü və iqtisadiyyatı yarana bilər. Söhbət Avropa Birliyi kimi bir modeldən gedir.
Bütün bunlar Ərdoğanın xarizması, nüfuzu və bu 20 ildə qazandığı təcrübə və dividentləri hesabına həyata keçə bilər. Əlbəttə, bu müddətdə Türkiyənin BMT, NATO, digər beynəlxalq təşkilatlar və dünyada daha da güclənəcək. Amma onun yerinə kimsə gəlsə, nəinki Ərdoğanın cızdığı bu yolu davam etdirəcək, edə bilməyəcək. Çünki buna potensialları yoxdur.
Əminəm ki, bu beş il türk-islam dünyası üçün çox önəmli olacaq. İndiyədək türk dünyası Rusiyanın, digər bölgələr Qərbin nəzarətində idisə, bu gün Türkiyə var. Bu gün Türkiyə ətrafında bir mərkəzləşmə və toparlanma gedir. Ərdoğanın hakimiyyətinin qarşıdakı beş ilində bu proses öz hədəfinə çatacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Bu gün, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Bu gün, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Bu gün, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
|