Partyaların üzv yoxlanışı: Kimləri və niyə narahat edir? - AKTUAL
Tarix: 17-07-2023, 17:58 | Çap et
“Siyasi partiyalar haqqında” Qanun müasir standartlara cavab verir və partiyaların fəaliyyətini tənzimləməklə yanaşı, onların güclənməsinə, dövlətlə münasibətlərin yeni mərhələyə keçməsinə şərait yaradacaq.
Təbii ki, 31 il bundan öncə qəbul edilən qanun müasir dövrün tələblərinə və standartlarına cavab verə bilməzdi. Ona görə də yeni qanunun qəbul olunması zərurət idi. Yeni qanun ekspertlər, siyasətçilər və ayrı-ayrı ictimai-siyasi fəallar tərəfindən müsbət dəyərləndirilir.
Qanun qüvvəyə mindikdən sonra ölkədəki siyasi partiyalar bundan sonrakı fəaliyyətlərini bu qanuna uyğunlaşdırır. Qanunun tələblərinə uyğunlaşa bilməyən bir neçə partiya artıq fəaliyyətini dayandırıb. Digərləri isə tələblərə uyğun olaraq, sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Hazırda təqdim edilən sənədlər və üzvlər Ədliyyə Nazirliyi tərəfindən araşdırılır.
“Siyasi partiyalar haqqında” Qanunun tətbiqi partiyalarda ikiüzvlük və saxta üzvlük problemini aradan qaldırmaqda əhəmiyyətli rol oynayacaq və bununla da vətəndaşların siyasi mənsubiyyəti ilə bağlı aydınlıq yaranacaq. Təəssüf ki, qanunun tələbindən irəli gələn bu araşdırma bəzi partiyaları və onların rəhbərlərini narahat etməyə başlayıb. Ancaq bu şəffaf araşdırma prosesindən o partiya və şəxslər narahat olurlar ki, özləri də sənəd və ya üzv sayındakı problemləri yaxşı bilirlər.
Bununla bağlı artıq sosial şəbəkələrdə bir sıra məlumatlar yayılır. Siyasi təşkilatların adı dövlət reyestrinə daxil edilən üzvlərinin Ədliyyə Nazirliyi tərəfindən yoxlanılması zamanı bir şəxsin eyni zamanda iki partiyanın sıralarına daxil olduğu haqqında müəyyən məlumatlar müxtəlif sosial platformalarda yer alıb. Nəticədə bəzi partiyaların üzvlük fəaliyyəti ilə bağlı ciddi qanun pozuntusuna yol verdiyi aşkara çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, dövlət reyestrinə təqdim olunan siyahılara üzvlükdən çıxaraq partiyaya qoşulanların, istefa verərək siyasi fəaliyyətini dayandıranların və hətta dünyasını dəyişmiş şəxslərin adları da daxil edilib. Bu isə onu göstərir ki, səhlənkarlığa yol verən partiyalar və üzvlər arasında siyasi, ideoloji bağlılıq hələ də yoxdur.
Siyasi partiya üzvlükdən çıxmış şəxsin adını siyahıya daxil etməklə təkcə qanunu və nizamnamə qaydalarını pozmuş olmur, həm də özünün qeyri-ciddi obrazını yaratmış olur.
Necə olur ki, partiya rəhbərliyinin istefa vermiş üzvlərin sayından xəbəri yoxdur və ya bu istefalar rəsmiləşdirilməyib? Bu baxımdan istefa vermiş şəxsin məlumatlarını üzv kimi siyahıya daxil etmək həmin siyasi təşkilatın strukrurlarının da fəaliyyətsizliyinin göstəricisi sayıla bilər.
Ədliyyə Nazirliyinin araşdırması nəticəsində Respublikaçı Alternativ Partiyasında bu kimi bir sıra hallar ortaya çıxıb. Bu səbəbdən də ReAl-ın təqdim etdiyi 5 min üzvlük sənədi qəbul edilməyib. Partiyanın sədri İlqar Məmmədovun sosial şəbəkələrdə paylaşdığı məlumata görə, Ədliyyə Nazirliyindən reyestrdə adları göstərilən üzvlərlə əlaqə saxlanılıb. Həmin şəxslərdən 986 nəfər ReAl-a üzv olmadığını bildirib.
Daha 1058 nəfərin telefon nömrəsi kimi partiyanın ofisinin nömrəsini göstərilib. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmayıb. Nəhayət, 68 nəfərin adı təkrar gedib, üzv siyahısında adı olan 16 nəfər isə ölüb. Bu statistik məlumatları İlqar Məmmədov özü paylaşıb və bu paylaşımda həm də bir etiraf var. İndi Ədliyyə Nazirliyi nə etməliydi? Araşdırmadan 5000 nəfərin üzvlüyü barədə sənədi qəbul etməli və partiyanı qeydiyyata almalıydı? 5000 nəfər real üzv tapa bilməyən ReAl bu halda nazirlikdən razı qalacaqdı?
ReAl-ın üzvlük problemi və bütün bu faktlarla bağlı neçə günlərdir ki, sosial şəbəkələrdə sabiq ReAl-çılar tərəfindən də paylaşım edilir, əksər sosial şəbəkə istifadəçiləri bu faktlardan xəbərdardır. Nəzərə alaq ki, ReAl müvafiq sənədlərin təqdim edilməsində üzv sayı ilə bağlı problem yaşadığını dəfələrlə sədr səviyyəsində etiraf etmişdi. Hətta partiya sədri İlqar Məmmədov bütün sosial şəbəkələrdə canlı yayıma çıxaraq üzv axtarışı elan etmişdi. Yəni üzv problemi ReAl üçün qlobal problem idi və nəticə gözlənilməz olmadı.
Baş verənlərin təkcə ReAl partiyası ilə bağlı deyil, digər partiyalarla bağlı yaşanacağı da gözləniləndir. Bu isə partiyalardan dəqiqlik və ciddi fəaliyyət, üzvlərlə bağlı dəqiq siyahı hazırlanmasını tələb edir. Adı reyestrə təqdim edilmiş şəxslə telefon əlaqəsi saxlanılması və ondan həmin partiyanın üzvü olub-olmamasının soruşulması adi, sadə bir prosesdir. Bu tip sorğulara etiraz edilməsinin məntiqi əsası yoxdur.
Qanunvericiliyə görə, siyasi partiya üzvlərinin reyestri onun adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsi göstərilməklə aparılır. Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin bu məsələdə yanaşması çox obyektivdir. O bildirir ki, Ədliyyə Nazirliyi patiyalara üzv olanların həqiqi üzv olub-olmadığını yoxlamalıdır. Bir nəfər bir neçə partiyanın üzvü ola, yaxud adı özündən xəbərsiz hansısa partiyanın siyahısına daxil edilə bilər.
Buna görə də Ədliyyə Nazirliyi tərəfindən aparılan yoxlama prosesi normal hesab olunmalıdır, üstəlik vətəndaşın da hüququnun qorunması deməkdir. Çünki üzvlük fərdi xarakter daşıyır, buna görə də fərdin özündən soruşmalıdırlar, hansısa dövlət orqanından yox. Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Qanunla şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər. Həmçinin, şəxs öz ərizəsinə əsasən siyasi partiyanın üzvlüyündən çıxdıqda, partiyadan xaric olunduqda, vəfat etdikdə onun təşkilatdakı üzvlüyünə xitam verilir. Ancaq indiyə qədər bir sıra partiyalar və üzvlər bu hüquqi prosedurlara əməl etməyib. Üzvlərin istefası daha çox siyasi bəyanatlar və açıqlamalar verməklə həyata keçirilib, sənədləşdirilməyib, ad siyahıdan silinməyib.
Siyasi partiyaların bu məsələ ilə bağlı cavab addımı isə məsələyə bəyanat şəklində münasibət bildirməklə yekunlaşıb. Nəticədə, partiyaların üzvlərinin sayı ilə bağlı dəqiq rəqəmlər yoxdur və bu sahədə xaotik vəziyyət yaranıb. Hazırda bu xaotik vəziyyətin aradan qaldırılması ilə bağlı ciddi və şəffaf bir proses başlayıb. Buna görə də ondan narahat olmaq yox, prosesə qanunun tələbi və vətəndaşın hüququnun qorunması kimi yanaşılmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
|