"Azərbaycanın beynəlxalq hüquqa uyğun mövqeyini hamı qəbul edir" - deputat
Tarix: 18-07-2023, 09:07 | Çap et
İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü oldu. Görüş 3 saata yaxın davam edib. Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Danışıqlarda Qərbi Azərbaycan icmasının qayıdış məsələsi də müzakirə edilib. Brüsseldə keçirilən danışıqlar Vaşinqton görüşünün davamı kimi qiymətləndirilib. Üçtərəfli görüşün nəticələri ilə bağlı bəyanatla çıxış edən Şarl Mişel görüşün məhsuldar keçdiyini vurğulayıb. Onun sözlərinə görə, görüş zamanı iki ölkə lideri 1991-ci il Almatı Bəyannaməsinə, eləcə də ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini təsdiqləyiblər. Liderlər komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəliblər: "Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma tələb edir. Lakin bu mövzuda indi mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır". Ş.Mişel vurğulayıb ki, sülh və normallaşma danışıqlarına lazımi şəraiti təmin etmək üçün zorakılıq və sərt ritorika dayandırılmalıdır. Ekspertlərin sözlərinə görə, Mişelin görüşün yekunları ilə bağlı bəyanatında diqqətçəkən məqamlar var. Məsələn, Avropa İttifaqı dəmiryolu əlaqəsinin bərpası üçün maliyyə yardımına hazırdır. Deməli, yaxın zamanlarda Azərbaycan əsas ərazisi ilə Naxçıvan yenidən quru nəqliyyat vasitəsi ilə birləşə bilər. İlk dəfə olaraq Qarabağda yaşayan ermənilərə Ağdam vasitəsilə humanitar təminatın həyata keçirilə bilməsi qeyd olunur. Bu isə o deməkdir ki, Brüssel birmənalı şəkildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır və ölkənin digər bölgələri ilə kommunikasiyanın yaradılmasında maraqlıdır. Həmçinin ilk dəfə olaraq Avropa İttifaqı "Laçın yolu" terminindən istifadə edir. Laçın vasitəsilə Ermənistan ilə Qarabağda yaşayan ermənilərin əlaqələri xüsusi statuslu nəqliyyat ilə deyil, suveren hüquqlar çərçivəsində sadəcə yol ilə qurulacaq. Eyni zamanda açıqlamada "keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti" terminindən istifadə edilir. Bu o deməkdir ki, "muxtar vilayət" Avropa İttifaqı üçün də artıq keçmişdə qalıb. Yəni müzakirələr Azərbaycanın ərazisi olan Qarabağ ilə bağlıdır.
DİA.AZ-ın məlumatına görə, millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Brüssel görüşündə sülhlə bağlı ayrı-ayrı detallar geniş müzakirə olunub. Deputatın sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel konkret rəqəmlər ifadə etməklə tərəflərin qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanıdıqlarını bildirib. Bu, öz-özlüyündə müəyyən çərçivə yaradır: "Danışıqların aparılması, xüsusən liderlərin bir araya gəlməsi sülhə doğru gedən yolda mühüm addımdır. Daha ciddi nəticələrin əldə olunmamasının əsas səbəbkarı Ermənistandır. İrəvan hökuməti ənənəvi erməni diplomatiyasına sadiq qalaraq hər görüşdən öncə müəyyən təxribatlar törədir və pozucu hərəkətləri masaya daşımağa çalışır. Azərbaycanın üzərində təzyiq qurmağa səy göstərir. Lakin bu artıq mümkün deyil. Ermənistan diplomatiyası başa düşməlidir ki, səmərəsiz metodlardan imtina etmək vaxtıdır. 30 il müddətində olduğu kimi yenidən bənzər hadisələr törədib onları Azərbaycanın ayağına yazmaq qeyri-mümkündür. Dünya ictimaiyyəti bölgədə gedən proseslərdən xəbərdardır. Azərbaycanın beynəlxalq hüquqa uyğun mövqeyini hamı qəbul edir". Parlament üzvü vurğulayıb ki, nə qədər ki, Ermənistan sülh danışıqları prosesində səmimi deyil, sülh olmayacaq: "İrəvan sülh istəyində səmimi olduğunu sübut etmək üçün Üçtərəfli bəyanatın əsas müddəalarını təcili şəkildə yerinə yetirməlidir. Onlardan biri hələ də Azərbaycan ərazisində olan erməni terrorçularının dərhal torpaqlarımızdan çıxarılmasıdır. İkincisi, Zəngəzur dəhlizi dərhal açılmalıdır. Təkcə dəmiryol nəqliyyatı üzrə deyil, bütün kommunikasiya xətləri fəaliyyətə başlamalıdır. Üçüncüsü isə Azərbaycana qarşı təxribatlara son qoyulmalıdır. Bu məsələlər həllini tapdıqdan sonra Ermənistanın sülhdə səmimi olduğuna inanmaq olar. Ona görə də Brüssel görüşündə bir sıra önəmli faktorların rəsmi şəkildə bəyan olunması yüksək qiymətləndirilməlidir. Belə görüşlər sülhə xidmət edir. Liderlərin təması o deməkdir ki, ordular, silahlar yox, siyasət və diplomatiya danışır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
|