“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                     Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                     Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                     Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb .....                     Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... .....                     Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor .....                     "10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                 

Konstitusiya referendumuna doğru: - bu payızın “isti” olacağı, çox şeyin dəyişəcəyi gözlənilir
Tarix: 22-07-2023, 08:17 | Çap et
Konstitusiya referendumuna doğru:
Azərbaycanda payızda konstitusiya referendumu keçiriləcəyi ilə bağlı qeyri-rəsmi məlumatlar səngimək bilmir. Ehtimalları gücləndirən amillərdən biri də bu ilin büdcəsinə dəyişiklikdə seçkilər üçün vəsaitin artırılmasıdır. “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə əsasən, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat - 8,3 faiz artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılıb. Büdcə dəyişikliklərində seçkilərlə bağlı xərclər isə 50 faiz yaxın artırılaraq 46,7 milyon manata çatdırılıb. Mütəxəssislər ehtimal edirlər ki, seçki xərclərinin artırılması payızda refendum keçiriləcəyindən xəbər verir.

Bu günlərdə REAL Partiyasından olan deputat Erkin Qədirlinin açıqlaması da referendum keçiriləcəyinə inamı artırıb. Millət vəkili qeyd edib ki, bu ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir. Deputat xatırladıb ki, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib: “Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar”.

Deputat bir qədər dəqəqləşdirərək vurğulayıb ki, referendum konstitusion islahatlarla bağlı olacaq: “Belə ki, referendumla icra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq. Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Gördüyünüz kimi, bu təsisat indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə, yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır”.

“Seçki sistemində önəmli dəyişikliyin olacağı – proporsional seçkinin bərpası gözlənilir. 1995-2002 illərdə bizdə proporsional seçki olub. Milli Məclisin 125 deputatının 25-i proporsional qaydada seçilirdi. 2002-də keçirilmiş referendumda onu ləğv etdilər. İndi yenidən qaytarılacağı söhbəti vardır”, – Erkin Qədirli sosial şəbəkə hesabında yazıb.

Deputat iddia edib ki, Nazirlər Kabinetinin strukturunda da dəyişikliklər olacaq. Yerli ekspertlər də hesab edirlər ki, ya Nazirlər Kabinetinin səlahiyyətləri genişləndiriləcək, ya da ümumiyyətlə, Kabinet ləğv ediləcək, vitse-prezident institutu gücləndiriləcək, Prezidentin xüsusi nümayəndələrinin funksiyaları daha da artırılacaq.

Payızda referendum keçirilməsini hökumət mənbələri təkzib edib. “Qafqazinfo”nun hakimiyyət mənbələrindən əldə etdiyi məlumata görə, referendumun keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Bu barədə hər hansı bir plan, perspektiv nəzərdə tutulmayıb.

Mənbənin sözlərinə görə, deputat Erkin Qədirlinin referendumun keçiriləcəyi və baş verəcək dəyişikliklərlə bağlı iddiaları onun şəxsi mülahizələridir. Belə bir məsələ yoxdur.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı digər deputat Vahid Əhmədov AYNA-nın suallarını cavablandırarkən bildirib ki, referendumun keçirilməsi mümkündür:

Ümumiyyətlə, bununla bağlı çoxdan söz-söhbətlər var. Mətbuatda da referendumla bağlı xeyli yazılar dərc edilib, təkliflər səsləndirilib. Bizdə də müəyyən məlumatlar var. Biz struktur dəyişikliyi aparacağıqsa, buna gedilməlidir. Cənab Prezidentin təyin etdiyi xüsusi nümayəndələr hesab edirəm ki, özünü doğruldur. Bu istiqamətdə ciddi işlər gedir. Bu proses baş verəcəksə, əlbəttə, referendum mütləq olmalıdır”.

“Milli Məclisə seçkilərlə bağlı da söhbətlər var, proporsional sistemin bərpası, mojaritar sistemin qalması, qarışıq sistem, deputat sayının artırılması və s. ola bilsin ki, bu da baş versin. Mən Erkin Qədirlinin o fikirlərini oaxudum, ola bilsin ki, dedikləri məsələlərin bəziləri doğrudur. Amma ola bilər ki, dediyi məsələlərin içərisində həqiqət olmayanlar da var. Amma referendumun keçirilməsi vacibdir”, - deputat əlavə edib.

Nazirlər Kabineti ilə bağlı məsələyə gəlincə, V.Əhmədov qeyd edib ki, bu barədə zamanında təkliflər səsləndirib: “Hesab edirəm ki, vitse-prezidentlik institutu tam gücü ilə işləməlidir. Birinci vitse-prezident var, yaxşı da işləyir. Digər vitse-prezidentlər də olmalıdır ki, müəyyən sahələrə baxsınlar. Nazirlər Kabineti paralel strukturdur. Nazirlər Kabinetinin yüksək səlahiyyəti də yoxdur ki, bu, müəyyən problemlər yaradır. Ya prezident vitse-prezidentlik institutunu gücləndirmək lazımdır, Nazirlər Kabinetini də ləğv etmək lazımdır, ya da ki, Nazirlər kabinetinin səlahiyyətlərini artırmaq, onu möhkəmləndirmək və saxlamaq lazımdır”.

“Referendumun keçirilməsi çox vacibdir. Çünki bu dəqiqə yerli icra orqanları özünü doğrultmur. Baxın, son illərdə neçə icra başçısı həbs olundu, neçəsi vəzifədən çıxarıldı, cinayət işi açıldı. Eləcə də icra başçılarının bəzilərinin vətəndaşlarla davranışları yerində deyil. Bunlar sual doğuran məsələlərdir. Prezidentin səlahiyyətli nümayəndəsi institutu özünü doğruldubsa, icra başçılarına nə ehtiyac var. Azərbaycanda olan 14 iqtisadi rayona Prezidentin xüsusi nümayəndəsi təyin edilməli, icra başçısı strukturu ləğv edilməlidir. Əvəzində bələdiyyələrə müəyyən səlahiyyət vermək lazımdır ki, onlar işləsinlər, xalqın sosial vəziyyəti ilə məşğul olsunlar”, - deyə Əhmədov fikrini tamamlayıb

DİA.AZ-ın məlumatına görə, Siyasi Menecment İnstitutunun rəhbəri, analitik Azər Qasımlı AYNA-ya bildirib ki, referendumun keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır: “Hesab edirəm ki, hökumətin nəzərdə tutduğu dəyişiklik siyasi sistemin özündə dəyişiklik aparmağa hesablanıb. Bura ölkədə proporsional seçki sistemini bərpa etmək kimi məsələlər daxildir. Mən deyə bilmərəm ki, bunu payızda edəcəklər, gələn il, yoxsa beş il sonra. Bu, siyasi qərardan asılıdır. Amma referenduma gedilməsi zərurəti var və hökumət də bunu anlayır”.

“Konstitusiyaya dəyişikliyə gəldikdə isə ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan Konstitusiyası sıfırdan yazılmalıdır. Azərbaycanda siyasi sistemdə köklü dəyişiklik olmalı, kiçik ərazilərdə yerli özünüidarəetmə orqanlarının, yəni ki, bələdiyyələrin imkanları artırılmalıdır. Böyük şəhərlərdə isə seçkili orqan olaraq mer idarəetmə forması qurulmalıdır”, - deyə analitik fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru