Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                 

“Kaş, Bərzani ilə Bakıya türkmən nümayəndələr də gələydi” – Kürdüstanın türkmən naziri danışdı
Tarix: 23-07-2023, 06:32 | Çap et
“Kaş, Bərzani ilə Bakıya türkmən nümayəndələr də gələydi”
İyulun 18-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycana rəsmi səfəri başa çatdı. Bəs rəsmi Ərbil və Bakı arasında aparılan danışıqlar Kürdüstanda yerli vətəndaşlar, ələlxüsus etnik icmalar tərəfindən necə qarşılandı?

DİA.AZ bildirir ki, pressklub.az bu və mövzuya dair digər suallara İraq Kürdüstan Regionunun Etnik Azlıqlarla İş üzrə Dövlət naziri Aydın Marufdan cavab alıb. Əslən İraq türkməni olan Aydın Maruf Bərzani və Prezident İlham Əliyev arasındakı görüşün Kürdüstan regionunda böyük sevinclə qarşılandığını bildirib:

“Doğrusu, Cənab Neçirvan Bərzani ilə cənab Prezident İlham Əliyev arasında baş tutan görüş Ərbil hökuməti olaraq xarici əlaqələrimizdə yeni bir səhifənin açılmasına səbəb oldu. Cənubi Qafqaz bu gün dünyanın ən əhəmiyyətli regionlarından biridir. Bu regionun əsas aparıcı dövləti sayılan Azərbaycanla qurulan münasibətlər gələcəyimiz üçün böyük perspektiv vəd edir. Həmçinin deyə bilərəm ki, diplomatlar və dövlət rəsmilərindən savayı, xalqımız da rəsmi Bakı və Ərbil arasında siyasi əlaqələrin intensivləşməsindən çox məmnundur. Ələlxüsus da türkmənlər. İraq türkmənləri üçün Türkiyə və Azərbaycan qardaş dövlətlərdir. Türkmənlər bu dövlətləri həm də öz dövlətləri hesab edir. Bu baxımdan, İraq türkmənləri Azərbaycan və Türkiyənin rəsmi Ərbillə əlaqələrini genişləndirməsini özləri üçün böyük fürsət hesab edirlər”.

Aydın Maruf həmçinin Bakı ilə Ərbil arasındakı münasibətlərin şaxələndirilməsinin zəruri olduğunu söyləyib:

“Keçən günlərdə biz Azərbaycanın Bağdaddakı səfiri ilə görüşüb, qarşılıqlı əlaqələri müzakirə etdik. Orada da vurğulandı ki, Bakı ilə Ərbil arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə böyük ehtiyac var. Kürdüstanda yaşayan xalqlar azərbaycanlılarla qohum xalqlardır. Xüsusilə türkmənlər azərbaycanlılarla eyni soydandır. Bu, ikitərəfli münasibətlərin inkişafı üçün münbit şərait yaradır. Bu baxımdan, düşünürəm ki, xüsusilə Bakı və Ərbil arasında iqtisadi və təhsil sferalarında yeni bir əməkdaşlığın əsası qoyulmalıdır. Bizim gənclərimiz Bakıda, öz qardaşlarının yurdunda, öz türkcələrində təhsil alıb vətənə qayıtsalar, gələcəyin naziri, bürokratı, millət vəkili kimi yetişsələr, bu, qardaş xalqlar arasındakı əlaqələrin bünövrəsinin qoyulmasına mühüm töhfə verə bilər. Eyni zamanda, azərbaycanlı investorların ölkəmizə gəlişi, azərbaycanlı şirkətlərin yeni infrastruktur layihələrini həyata keçirməsi zənnimcə, bağlarımızı daha da möhkəmləndirər.

Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Neçirvan Bərzaninin Bakı səfəri bizi həyəcanlandırdı və gələcəyə dair ümidlərimizi artırdı. İnanırıq ki, danışıqların intensivləşməsi nəticəsində ən qısa zamanda biz Ərbildə Azərbaycanın baş konsulluğunun açılmasının şahidi olacağıq. Biz türkmənlər o günü səbirsizliklə gözləyirik”.

Müsahibəsinin sonunda cənab Maruf səfərlə bağlı arzusunu da dilə gətirib:

“Kaş, bu səfərə yerli türkmənləri təmsil edən bir nümayəndə də qatılsaydı. Biz türkmənlər hər zaman dialoqdan, sülhdən tərəfik. Səbirsizliklə Kürdüstanın istər Azərbaycan, istərsə də Türkiyə ilə münasibətlərində açar ünsürə çevrilmək arzusundayıq. Ələlxüsus, Azərbaycanla İraq Kürdüstan Regionu arasındakı münasibətlərdə türkmənlərin təmsilçiliyi çox mühüm bir məsələdir. Hazırda türkmənlər Azərbaycanla birbaşa təmaslar qurmanın arzusundadır. Düşünürəm ki, bu, mütləq baş tutacaq. İraq türkmənləri üçün Türkiyə və Azərbaycan ana vətəndir. Ona görə də Bakı və Ankara nə qədər Yaxın və Orta şərq regionunda güclü və təsirli olsalar, bu həm İraq, həm də Suriya türkmənlərinin problemlərinin həllinə müsbət təsir göstərəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru