"Mən bunu həm ata, həm millət vəkili, həm də partiya sədri kimi doğru qəbul etmirəm" - Razi Nurullayev
Tarix: 8-01-2024, 08:18 | Çap et
Ötən həftə Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması xəbəri bütün ölkəni silkələdi. Az sonra azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edildi. DİN-in yaydığı məlumata görə, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Mətbuatda gedən məlumatlara görə, Mübariz Quliyev öz həyat yoldaşı ilə də erkən nikaha girib. Belə ki, onlar evlənəndə hazırkı həyat yoldaşının 14, M.Quliyevin isə 28 yaşı olub. Hazırda M.Quliyevin 46, həyat yoldaşının isə 32 yaşı var. Onların üç uşağı var, böyük oğlu 17 yaşındadır.
Bu hadisənin ardınca Masallı rayonunda da IX sinifdə oxuyan məktəbli qızın nişanlanmaya məcbur edildiyi haqda məlumat yayıldı. DİN bu barədə məlumat yayaraq bildirib ki, məsələ ilə bağlı dərhal müvafiq araşdırma aparılıb:
“Həmin ailə müəyyən edilib və qızın valideynləri Masallı Rayon Polis Şöbəsinə dəvət edilib. Polis əməkdaşları və Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşı tərəfindən qızın valideynləri ilə izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri ona izah edilib.
Qızın valideynləri sözügedən məsələ ilə bağlı hər hansı mərasimin keçirilmədiyini, sadəcə gələcəkdə evliliyin baş tuta biləcəyi ilə bağlı qonşuluqda yaşayan ailə ilə aralarında razılıq olduğunu bildirib. Həmçinin, araşdırma zamanı azyaşlının dərsə davamiyyətinin də qaydasında olduğu müəyyən edilib".
DİN-dən qeyd edilib ki, sözügedən məsələ, o cümlədən yeniyetmənin təhsilinə davam etməsi mütəmadi şəkildə diqqətdə saxlanılacaq.
Beləliklə, son vaxtlar 12-14 yaşda qız uşaqlarının məcburən nişanlanmaya cəlb olunması xəbərləri artıb. Bu da cəmiyyətdə ciddi narahatlıq doğurur. Bəzi mütəxəssislər bu cür halların qarşısının alınması üçün qanunvericilikdə dəyişikliklərə ehtiyac olduğunu, qanunun evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilməsini, bəziləri isə valideynlərin böyük məbləğdə cərimələnməsini təklif edir.
Millət vəkili Razi Nurullayevin fikrincə, qanunvericiliyin evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilməlidir:
“Nişanlanmanın özünün də evlənmə ilə eyniləşdirilməsi lazımdır. Qız uşağı ancaq həddi-buluğa çatandan sonra, qanunvericiliyin evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilə bilər. Hazırda Azərbaycanın adət-ənənəsi var, kimlərsə sözləşir, bir-birinə razılıq verirlər. Bunun rəsmi olaraq nişanlanılması, barmağına üzük taxılması eynilə evləndirilməyə bərabər tutulub cəzalandırılmalıdır. Oğlanla qız nişanlanarkən özlərini bir-birlərinə məhrəm kimi, sahib kimi aparacaqlar. Mən bunu həm ata, həm millət vəkili, həm də partiya sədri kimi doğru qəbul etmirəm. Məncə bu qanunvericilikdə olan boşluqdur. Qanunvericiliyə dəyişiklik edilməli, bu boşluq aradan qaldırılmalıdır”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qızlarını erkən yaşda nişanlayan ailələrin cərimələnməsini təklif edib: “Təklif edirəm erkən nişanlama tətbiq edən tərəflər hərəsi 5000 manat cərimələnsin. Daha sonra nəzarət olsun, gizlicə öz bildiklərini etmək istəyəndə həbs olunsunlar. Başqa əlac yoxdur”. Hüquq müdafiəçisinin fikrincə, iqtisadi sanksiyalar bəzən heç də az təsirli olmur, xüsusən də bu, yüksək məbləğ olarsa, təbii ki, nəticəsiz ötüşməyəcək.
“12 yaşlı uşağın 32 yaşlı kişi ilə nişanlanması faktı ciddi məsələ və çox ciddi sosial siqnaldır. Uşaqların müdafiəsi mexanizmi yalnız qurumların koordinasiyalı işi deyil, həm də düşüncəni, həyata münasibəti, yaşam anlayışını əhatə edən sistemdir”.
Bu fikirləri isə Vətəndaş Tədqiqat və İnkişaf ictimai birliyinin sədri Günel Səfərova səsləndirib. O bildirib ki, ailələrin, uşağın, 32 yaşlı psixi problemli kişinin mətbuata verdiyi müsahibəsi çox mətləblərdən xəbər verir: “Azərbaycanın Ailə dəyərləri bu deyil və bu dəyərlərimizə ciddi təhdiddir. Uşaq nikahının yeni forması Nişan modeli ilə ört basdır edilməli deyil. Çox iş var”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Çox təəssüflər olsun ki, biz hansı əsrdə yaşadığımızı tam dərk edə bilməmişik. Hələ də mövhumatçı, yüz il bundan əvvəlki adət-ənənələri yaşatmaq istəyən valideynlər, tərəflər var. Əlbəttə ki, 12-14 yaşlı qız uşaqlarının nişanlanması xəbəri bizi çox məyus edir. Biz bu valideynlərin ağlına, məntiqinə, dərrakəsinə şübhə ilə yanaşırıq. Məlum məsələdir ki, nişanlanmağa məcbur edilən uşaqlar ata-anadan asılı olduqlarına görə etiraz səslərini ucalda bilmirlər, həmişə valideynlərin təzyiqi altında nişanlanmağa məcbur olurlar. Xüsusilə bu halların son vaxtlar artması daha çox narahatlıq doğurur.
Bu məsələdə kəndin müəllimləri, ziyalı təbəqəsi, icra nümayəndəsi, bələdiyyə üzvlərinin də məsuliyyəti var. Çünki kənddə nəsə baş verəndə, hadisə rəsmiləşənə qədər onlar mənəvi məsuliyyət daşıyırlar.
Hesab edirəm ki, bu məsələlər ilə bağlı qanunlarda ciddi dəyişiklik edilməlidir. Nişanlanma prosesinin özü artıq evliliyə doğru atılan addımdır. Buna görə də bu yaşda nişanlanmaya görə hər iki, yəni həm nişanlayan, həm də nişanlanan tərəfin valideynləri məsuliyyətə cəlb olunmalıdır. Burada söhbət cərimələrdən getməməlidir. Əgər insanların bu cür hərəkətlərinin qarşısını maariflənə, inzibati metodlarla ala bilmiriksə, yeni qanunlar yaradıb, həmin insanları məsuliyyətə cəlb etməliyik".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
• İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00 |
|
|
|
• Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59 |
|
|
|
• Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56 |
|
|
|
• USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54 |
|
|
|
• ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46 |
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
|