“Namizədlərin seçki texnoloqları, sosioloqlar və mətbuatla işləri zəif qurulub” – Qorxmaz İbrahimli
Tarix: 22-01-2024, 11:43 | Çap et
“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri, 90-cı illərdə Milli Azadlıq Hərəkatının əsas simalarından olmuş, müstəqil siyasətçi Qorxmaz İbrahimli AYNA-ya müsahibəsində fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq, təbliğat-təşviqat prosesi və seçkilərdən gözləntilər barədə danışıb. Beləliklə:
- Prezident seçkilərinin təbliğat-təşviqat mərhələsidir. Həm siyasətçi, həm də müşahidəçi olaraq seçkilərə hazırlıq prosesini necə dəyərləndirirsiniz?
- Öncəliklə onu bildirim ki, dediyiniz kimi mən həm siyasətçi, həm də müşahidəçiyəm. Ölkəmizdə növbədənkənar prezident seçkilərinə strart verildikdən sonra mənim rəhbərlik etdiyim qeyri-hökumət təşkilatının - “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin (İB) İdarə Heyətində bu seçkiləri müşahidə etmək barədə qərar qəbul etdik. Seçki haqqında qərarın gözlənilmədən verilməsi vaxt darlığı yaratdığından, seçki təcrübəsi olan digər iki QHT - “Müstəqil Hüquq Mərkəzi” və “Cəmiyyətin İnkişafı Mərkəzi” ictimai birlikləri ilə bir araya gələrək birgə monitorinq həyata keçirmək haqda qərar verdik. Beləliklə “Sivil Toplum” Monitorinq Koalisiyasi (STMK) yarandı.
Bir siyasətçi olaraq, şübhəsiz ki, bu seçkilərdə müxtəlif siyasi simaların iştirak etməsini istəyirdim. Bəzi müxalifətçilərin qatılmaması və ya boykota çağırması arzuladığım hal olmasa da, onların və partiyadaşlarının qərarına həm sayğı duydum, həm də üzüldüm. Çünki illərdir ölkəmizdə belə bir seçki davranışı əslində yurddaşlarımızın da siyasətə münasibətini dəyişdirib. Gənc Azərbaycan dövlətinin gələcəyini düşünən biz siyasətçilər əslində bu barədə düşünməliyik. Hər nə qədər sualınıza dəxli olmasa da, bu məqama da toxunmağı zəruri hesab etdim.
Demək istəyirəm ki, bəzi siyasilərin bu addımı cəmiyyətdə birmənalı qarşılanmadı və xeyli sayda siyasi fiqur bu yarışmaya qatılmaq qərarı aldı. Dediyiniz kimi, artıq təşviqat-təbliğat mərhələsində olduğumuz seçki marafonuna qatılmaq istəyən 17 namizəddən yeddisinin sənədlərini düzgün hesab edən Mərkəzi Seçki Komissiyası yeni və daha canlı fazaya start verib. Hesab edirəm ki, qeydiyyat prosesindəki narazılıqları keçmiş hesab etsək, artıq qeydə alınmış namizədlərin seçicilərlə yaxın təması olan görüşlər davam etməkdədir.
Biz koalisiya olraq artıq namizədlərdən bir neçəsi ilə şəxsən görüşmüş, seçki qərargahları ilə tanış olmuşuq. Məsələn, bugünlərdə görüşdüyümüz iki namizədin qərargahlarında canlılıq var idi. Namizədlərin seçki platformaları ilə tanış olduq. Başlanmış təbliğat-təşviqat proseslərindən məmnun olub-olmadıqlarını soruşduq. Ən azından indiki mərhələdə onların yaradılan şəraitlə bağlı narazılıqlarının olmadığını birbaşa özlərindən eşitdik.
Bizim işimiz isə daha çoxdur. Namizədlərlə, beynəlxalq təşkilatların seçkiləri müşahidə edəcək missiyalarıyla, ölkəmizdə olan diplomatik korpuslarla görüşlər keçiririk. Eyni zamanda dairələr üzrə müşahidəçilərimizin sənədlərini hazırlayır, seçki orqanlarına təhvil veririk. Müşahidəçilərimizlə təlimlər keçirik. Qısası, seçkiöncəsi prosesi normal olaraq dəyərləndirirəm.
- Uzun illərdir aktiv siyasi fəaliyyətlə məşğul olursunuz, Xalq Hərəkatından başlamış bütün qaynar siyasi proseslərin içərisindəsiniz və onlarla seçkidə həm iştirakçı, həm də müşahidəçi olmusunuz. Bu ilki seçkiləri özündən əvvəlkilərdən hansı amillər fərqləndirir?
- Sualınız bir anlıq məni gənclik, tələbəlik illərimə götürdü. Gerçəkdən, uzun illərdir seçkilərdə yaxından iştirak etmişəm. Tələbəlik illərimdən bu yana qatıldığımız seçkilər hər biri fərqli zaman və şəraitə uyğun olub. Kiçiyindən böyüyünə, kateqoriyasına qədər fərqli olsalar da, fərəhli olublar.
Milli səviyyədə olan belə seçkilər isə çox maraqlı və məsuliyyətli olub. Bəzən siyasətçi olduğumuzu deyir, lakin seçkilərə ya qatılmır, ya da məğlub olduqda bir-birimizin əlini sıxa bilmirik. Zənnimcə, bu, bizim hələ də açıq qalan bir boşluğumuzdur. Siyasətçilərin sayəsində xalqın arasında xoşgörü də ciddi şəkildə zədələnməkdədir. Halbuki dövlətimiz gəncdir və onu gələcəyə inkişaf etmiş, demokratik dəyərlərə sahib bir ölkə şəklində daşımaq bizim boynumuzun borcudur.
Hesab edirəm ki, bu ilki prezident seçkisi digərlərindən bir çox keyfiyyəti ilə fərqlənəcək. Xüsusən torpaqlarımızın azad edilməsindən sonra seçki əhval-ruhiyyəsi çox dəyişib. Əvvəlki seçkilərdə uzun illər ərzində siyasətçilər işğal altında olan Qarabağ və ətraf rayonların azad edilməsi kimi platformalar hazırlayırdılarsa, indi fərqlidir. Artıq dövlətin tam ərazisinə nəzarət etməsi, necə deyərlər, mövzunu dəyişdirib. Namizədlərin demək olar ki, hamısı bu mənada işğaldan azad olunmuş ərazilərin quruculuğundan danışacaqlar. Əhalinin torpaqlarına geri qayıtması, yerləşməsi və infrastrukturların qurulmasını necə təmin edəcəklərini öz platformalarında geniş işıqlandırmaq zorundadırlar.
Mən hesab edirəm ki, bu seçkini əvvəlkilərdən fərqləndirən əsas cəhəti müstəqilliyin bərpasından bu yana ilk dəfə tam ölkə çapında seçki keçirilməsidir. Bu mənada əslində özünü güclü və hazır sayan siyasətçi mütləq qatılmalı idi. Seçkidə uduzmaqdan qorxmaq deyil, millət önündə belə bir zamanda seçilərsə, nələr edəcəyini sərgiləmək daha yaxşı olardı. Hər nə qədər gec olsa da, buna bir daha toxundum.
- Prezidentliyə namizədlərdən heç biri hazırkı dövlət başçısına və onun rəhbərlik etdiyi hakim komandaya qarşı sərt mövqeyi ilə seçilmir. Belə olan təqdirdə seçkilərin rəngarəng və gərgin keçəcəyini gözləmək olarmı?
- Yuxarıda qeyd etdiyim kimi, bəzi siyasətçilər seçkiləri boykot etməklə, qatılmamaqla nə qədər yanlış addım atdılarsa, hazırkı namizədlərin də seçki texnoloqları, sosioloqlar və xüsusən mətbuatla işləri zəif qurulub. Bir müşahidə aparan təşkilat olaraq onların seçki siyasətlərinə qarışa bilmərəm. Lakin seçkidə alternativ olmaq rəqiblərindən, xüsusən mövcud iqtidardan fərqli nə edəcəyini sərgiləmək deməkdir. Xüsusən uzun illərdir iqtidarda olan partiyanın zəif yerlərini seçicilərə çatdırmaq, özlərinə tərəfdar və səs toplamaq hər bir namizədin siyasəti olmalıdır. Deməli, seçki texnoloqlarını cəlb etmədiklərini söyləməkdə haqlıyam. Amma bir şeyi də unutmayaq ki, seçki kampaniyalarına yeni başlayıblar. Bəlkə, sonrakı günlərdə çıxışlarında yeniliklərə şahid olacağıq.
- Maraqlıdır, mövcud namizədlər hansı proqramı cəmiyyətə təklif edəcək, hansı vədləri verəcək ki, qalib gəlmək şansı yaransın?
- Dediyim kimi, görüşdüyümüz namizədləri dinlədikcə irəlidə seçiciləri platformaları ilə tanış edəcəklərini dinlədik. Çox maraqlı, diqqətçəkən platformasının çap versiyasını bizə də təqdim edən namizədlərdən biri cəmiyəti narahat edən, illərdir toplanmış bir çox məsələləri orada işıqlandırıb. Hesab edirəm ki, digər namizədlər də seçici önünə əliboş çıxmayacaqlar.
Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, namizədlərin hər biri kifayət qədər reytinqi və təcrübəsi olan namizədə qarşı mübarizəyə girişdiklərini bilərək öz siyasətlərini formalaşdırmalı idilər. Necə hazırlıqlı olduqlarını seçki günü ilkin nəticələr bəlli olanda görəcəyik.
- Azərbaycanda insanların seçkilərdə fəallığını qənaətbəxş saymaq olmaz, daha çox inamsızlıq yaşanır. Bu dəfə bu mənada müşahidə və gözləntiləriniz nədən ibarətdir?
- Azərbaycanda insanların seçkilərdə fəallığının zəif olması məncə, imperiya dövründə yürüdülmüş siyasətin acı nəticəsidir. Yaxşı xatırlayıram, hələ 90-cı illərdə insanları seçkiyə gətirmək çox çətin məsələ olurdu. Bu isə ciddi olaraq, dediyim keçmişin fəsadları, digər tərəfdən isə çox insanlarda hələ də dövlət təfəkkürünün formalaşmaması ilə əlaqəlidir. Mən o dediyinizi inamsızlıq yox, biganəlik adlandırardım. Hər nə qədər elə biganə olacağıqsa, əslində dövlət təhlükəsizliyimizi təhdid altında buraxarıq. Bunu uzun illər ərzində “beçinci kolon” və ya qonşuluqdan din pərdəsi altında transfer edilən casus şəbəkəsinin ifşa edilməsi ilə görməkdəyik.
Bu ilki seçkilərdə isə fəallıq hiss olunmaqdadır. Ümid edirəm, bu fəallıq seçkilərin son gününə qədər və sonrakı bütün seçkilərdə də hiss olunar. Bu seçkilərin Vətən savaşındakı qələbədən sonra ilk seçki olmasının avantajı, əlbəttə, var. Ancaq seçiləcək Prezidentin komandası və dövlət keçiriləcək digər seçkilərdə də vətəndaşların inamlı iştirakını təşviq etməlidir. Belə olarsa, dövlətimiz daha da möhkəmlənər. Bu işlərdə milli qüvvələr və gənclik xüsusi rol oynamalıdırlar ki, ölkəmizə kənardan basqılar mümkün olmasın.
- Son olaraq: seçkilərin nəticələrini və ondan sonrakı prosesləri necə proqnozlaşdırırsınız?
- Bu ilki növbədənkənar prezident seçkilərinin hazırkı mərhələsini müşahidə edərək, hesab edirəm ki, seçici fəallığı olacaq. Ümid edirəm, Mərkəzi Seçki Komissiyası xüsusən beynəlxalq aləmin diqqəti üzərimizdə olan bu çağımızda seçkilərin azad və ədalətli keçirilməsinə ən yüksək səviyyədə diqqət göstərməlidir. Çünki savaş bitsə də, ölkəmizə qarşı təhdidlər bitməyib. Necə deyərlər, düşmən hər addımda fürsət aramaqdadır. Bunların olmaması üçün MSK əvvəlki seçkilərdə olmuş neqativ halların önünü almalıdır. Bir müşahidə koalisiyasının rəhbəri olaraq buna ümid edirəm.
İstər müşahidə üçün təşkilatların müraciətinin dəyərləndirilməsi və həlli, istərsə də namizədlərin fəaliyyətinə şərait yaradılması əvvəlki illərdən fərqli bir yarışmanın olacağını göstərir. Bu mənada hər şeydən əvvəl seçkini kimin qazanmasından daha çox millətimiz və dövlətimiz üçün xeyirli-uğurlu olmasını diləyirəm. Müşahidəmiz göstərir ki, özəlliklə gənclik bu seçkidə olduqca aktiv olacaq. Hər bir namizədə başlatdıqları işlərində başarılar diləyirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
|