Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                     İrəvan meriyasında əməliyyat keçirilib, .....                     Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə .....                     İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? .....                     Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                     AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır .....                     "İndi amerikalılar özləri etiraf edirlər ki..." .....                     “ForFinance” adlı BOKT yaradıldı .....                     Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib .....                 

"Ermənilər xeyli vaxtdır bir ifrat haldan digərinə yıxılır" - Partiya sədri
Tarix: 24-01-2024, 08:56 | Çap et
"Ermənilər xeyli vaxtdır bir ifrat haldan digərinə yıxılır"
ABŞ və Ermənistan arasında müəyyən məlumat mübadiləsi aparılıb və belə görünür ki, NATO Ermənistanı “təhlükəsizlik yastıqları” ilə təmin etməyə çalışır. Bunu beynəlxalq əlaqələr üzrə erməni mütəxəssis David Karapetyan son vaxtlar Ermənistanda keçirilən yüksək səviyyəli görüşləri təhlil edərək deyib.

“NATO Ermənistanı müəyyən "təhlükəsizlik yastıqları" ilə təmin etməyə çalışır, xüsusilə Azərbaycanın mümkün “təxribatları və hərbi təcavüzü” halında. Güman edə bilərik ki, ABŞ müəyyən zəmanətlər təklif edib. Ermənistan-NATO əməkdaşlığı ölkəmizin 1994-cü ilin oktyabrında qoşulduğu “Sülh naminə tərəfdaşlıq” proqramına əsaslanır. Proqram NATO və Avropa ilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının stimullaşdırılmasını nəzərdə tutur. Amma bu günə kimi heç kim hərbi-siyasi alyansa üzv olmaq təklifi almayıb. Yəni bizim NATO-da iştirakımızdan söhbət gedə bilməz. Məncə, məsələ ondadır ki, Ermənistan indi öz xarici siyasətinin vektorunu dəyişir və geosiyasi mərkəzlər təbii ki, sözdə təminatlar verməklə, Rusiyanı mümkün qədər ölkəmizdən sıxışdırmağa çalışırlar"- o bildirib. Karapetyan əlavə edib ki, istər 44 günlük müharibə zamanı, istərsə də ondan sonra Azərbaycanın “hərbi təcavüzü” hallarında Ermənistan kollektiv Qərbdən heç bir əməli təminat görməyib: “Ona görə də indi Qərbdən və ya NATO-dan təminatlardan danışmaq fantastik janrdan başqa bir şey deyil, çünki indiyədək Ermənistana zənglər, tövsiyələr, başsağlığı və s. istisna olmaqla, praktiki olaraq heç bir yardım göstərilməyib”.

Son aylarda ABŞ-dan Ermənistana səfərlər, Azərbaycanın guya Ermənistana qarşı hərbi əməliyyat keçirəcəyi barədə əsassız məlumatların tirajlanması heç şübhəsiz ki, Ermənistanla bağlı ssenarilərin tərkib hissəsidir. Qərbdəki havadarları hər cür vasitələrə əl atırlar ki, Ermənistanı Rusiyadan ayırsınlar və öz tərəflərinə çəksinlər. Düzdür, Rusiyanın hərbi bazasını minimum 2049-cu ilədək öz ərazisində saxlamaq öhdəliyi götürən Ermənistanın Kremlə qarşı çıxmağa cəsarəti çatmır, hətta KTMT-dən ayrılmağa belə cürət etmir. Eyni zamanda bu ölkənin NATO və ya Avropa İttifaqına daxil edilməsi də üfüqdə parıltı kimi də olsa, görünmür, bu barədə müəyyən açıqlamalar, sadəcə, həvəsləndirmə məqsədi güdə bilər. Amma görünən budur ki, İrəvanı öz “orbitindən” çıxmağa həvəsləndirənlər xeyli aktivləşib. Məsələn, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin növbəti anti-Azərbaycan bəyanatı, Azərbaycanın guya Ermənistan ərazilərinə iddiası barədə əsassız fikirləri də Ermənistanı daha sıx ağuşa almağa hesablanıb. Yeri gəlmişkən, rəsmi Bakı artıq məsələyə reaksiyasını verib. “Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin iddialarını şərh edərkən deyib. “Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır”, - XİN sözçüsü bildirib. Göründüyü kimi, Qərb strukturları və rəsmiləri sanki eyni mərkəzdən idarə olunurmuş kimi davranırlar.

Maraqlıdır, Ermənistanın NATO “çətiri” altına alınması ehtimalı ilə bağlı səslənən iddialar nə qədər əsaslıdır? Hər halda, Rusiya amili, KTMT, Avrasiya İqtisadi Birliyi və sair məsələlər var. Üstəlik, Kreml vaxtaşırı İrəvana xəbərdarlıq mesajları ünanlayır və Rusiya-Ermənistan hərbi əməkdaşlıq məsələlərini xatırladır.

Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev hesab edir ki, təbii olaraq Ermənistanın NATO üzvü olması kiminsə istəyi ola bilər, amma bunun reallaşma məsələsi bu gün üçün heç bir əsas və şərait yoxdur: “Səbəb isə Ermənistanın KTMT üzvü olmaması ilə yanaşı, MDB məkanında təmsil olunması, Türkiyə ilə sərhədi və ən başlıcası Rusiyanın Ermənistanda hərtərəfli mövcudluğudur. Təbii ki, NATO üzvlüyü birbaşa Rusiyanın əleyhinə yönələn məsələdir. Bu mənada səslənən iddialar daxili auditoriyanı sakitləşdirməklə yanaşı, həm də Qərbə yaxınlaşmaq arzusundan və bundan da müəyyən siyasi divident götürmək istəyindən irəli gəlir”. A.Nağıyev hesab edir ki, NATO hazırda blokun Ermənistan hesabına genişləndirilməsi imkanını nəzərdən keçirmir və İrəvanın özü də təşkilata üzv olmaq üçün müraciət etməyib: “Ermənistandan alyansa qoşulmaq üçün rəsmi müraciət olmayıb. "Eagle Partner 2023" Amerika-Ermənistan birgə təlimləri Ermənistan sülhməramlı briqadasının “Zar” təlim mərkəzi və Respublika Müdafiə Nazirliyinin təlim mərkəzinin bazasında keçən il baş tutub. Təlimlərdə 175 erməni və 85 amerikalı hərbçi iştirak edirdi. Bu da Ermənistan qoşunlarının məhz NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində planlı qiymətləndirmələrə hazırlanan bir təlim idi. Hazırda Ermənistanın KTMT-dən çıxması və NATO-ya müraciət etməsi üçün heç bir real ilkin şərt yoxdur. Birincisi, bu, Rusiya ilə münasibətlərin çox ciddi gərginləşməsi deməkdir. İkincisi, bu, Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasını dəyişməyə başlayacaq bir proses olacaq. Məlumdur ki, əsas təhlükəsizlik tərəfdaşını dəyişdirmək çox vaxt fəlakətlə nəticələnə bilər. Eyni zamanda KTMT-dən nəzəri çıxış avtomatik olaraq NATO-ya daxil olmaq demək deyil". Deputat qeyd etdi ki, bu mövzuda əsassız məlumatların yayılmasının da səbəbləri var: “Belə ki, İrəvanla KTMT arasında münasibətləri normal adlandırmaq olmaz, xüsusən də nəzərə alsaq ki, Ermənistan 2023 cü ildə iki dəfə birgə manevrlərdə iştirakdan imtina edib. "Sarsılmaz Qardaşlıq - 2023" və Belarusda keçirilən nüvə obyektində qəzanın aradan qaldırılması üzrə təlimdə iştirak etmədi və ən başlıcası Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının birgə bəyannaməsini imzalamadı. Yəni bu sadalananlar, sadəcə olaraq, əsas səbəblərdir. Qərb mütəmadi olaraq bu məsələləri qabartmaqla sanki “nəbz yoxlaması” keçirir. Bir daha qeyd etmək lazımdır ki, hazırda Ermənistanın KTMT-dən çıxması və NATO-ya müraciət etməsi üçün real ilkin şərtlər mövcud deyil və Qərb də, Rusiya da bunu dərk edir..."

Azad Vətən Partiyasının sədri Akif Nağı isə “Yeni Müsavat”a bildirdi ki, ABŞ birbaşa və yaxud NATO çətiri altında müxtəlif ölkələrdə mövcudluğunu təmin etməyə çalışır: “Bunun üçünsə ölkələrin təhlükəsizliyinə təminat verəcəyini vəd edir. Alyans vaxtilə bu ad altına Mərkəzi və Qərbi Avropada, Yaxın Şərqdə, qismən Afrikada silahlı qüvvələrini yerləşdirib. Son illər bu praktikanı Gürcüstan və Ukraynada tətbiq edib. Bütün hallarda həmin ölkələrin ümidləri axıra qədər doğrulmayıb. ABŞ isə əsas məqsədinə nail olub, hərbi və ya siyasi mövcudluğunu təmin edib, müəyyən vaxtdan sonra bu, mümkün olmadıqda, həmin ölkələri talenin ixtiyarına buraxıb, "əllərini yuyub", kənara çəkilib". A.Nağı Ermənistanın manevrlərinə də diqqət çəkdi: “Ermənilər xeyli vaxtdır bir ifrat haldan digərinə yıxılır, özlərinə "təhlükəsizlik kəməri", yaxud “balış”ı axtarırlar. Bunu NATO-da tapacaqlarına ümid edirlərsə, yanılırlar. Rusiya, eyni zamanda İran buna heç vəchlə imkan verməyəcək. Nəticədə Ermənistan növbəti hərbi poliqona çevriləcək. ABŞ və NATO Əfqanıstan, Suriya, Gürcüstan, Ukraynada olduğu kimi heç kəsin, o cümlədən ermənilərin əvəzindən vuruşmayacaq, kənara çəkiləcək. Ondan sonra Ermənistanın vəziyyətinin necə olacağını təsəvvür etmək o qədər də çətin deyil. Bizim bədbəxtliyimiz ermənilərin xoşbəxtliyini şərtləndirir. Yəni biz erməni qonşuluğu ilə bədbəxtik, ermənilər isə Türkiyə və Azərbaycanın qonşuluğu ilə xoşbəxtdirlər. Onlar, sadəcə, bu xoşbəxtliklərini dəyərləndirə bilmirlər. Başa düşmürlər ki, onların təhlükəsizliyinə təminatı biz verə bilərik. Orada-burada “təhlükəsizlik balışı” axtarmaqları axmaqlıqdan başqa bir şey deyil".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru