
Müsavat Partiyasının başqanı Arif Hacılı bu ilin noyabrında keçiriləcək parlament seçkilərində namizəd qismində iştirak edəcək.
Bu barədə AzVision.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
O bildirib ki, partiya başqanın seçkiyə qatılacağı dairə bəlli olsa da hələlik partiya bunu açıqlamır.
Qeyd edək ki, artıq partiya 70-dən çox dairədən namizədini müəyyənləşdirib və digər dairələrdən də namizədlərin müəyyənləşdirilməsi istiqamətində iş gedir.