Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib .....                     Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? .....                     Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi .....                     Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı .....                     Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     Vardanyanın məhkəmə hiyləgərliyi .....                     Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... .....                     Paytaxtda qarın təmizlənməsi davam edir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək .....                     Azərbaycandan Öcalanın çağırışına REAKSİYA .....                     Özümü Trampın qarşısında günahkar saymıram .....                     Məktəblər nazirliyin nəzarətindən çıxır? .....                     Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər .....                     İki nəfəri güllələyərək öldürən şəxsə .....                     “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” .....                     248 saylı orta məktəbdə nə baş verir? .....                     Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... .....                     "Belə bir fətva vermək əbəsdir" .....                     Qayıbov özünü toxunulmaz bilir .....                     AZERCELL müştərilərinin qəpiyinə möhtacdır .....                     Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir .....                     "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu .....                     AYB üzvü ANAR-ı biabır etdi .....                     "Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı .....                     ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... .....                     Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! .....                     Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi .....                     Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? .....                     "Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu .....                     Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? .....                     Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur .....                     Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... .....                     "Teleqraf"ın 13 yaşı tamam olur .....                     Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir .....                     Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə .....                     Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib .....                     Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? .....                     “Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” .....                     "Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." .....                 

Müxalifət on illər boyu hakimiyyətə gələ bilmirsə...
Tarix: 23-09-2015, 08:40 | Çap et
Müxalifət on illər boyu hakimiyyətə gələ bilmirsə...
Ölkə müxalifəti zaman-zaman “20 ildə hakimiyyətə gələ bilmədiniz” kimi ciddi ittihamla üz-üzə qalır. Hətta bu ittihamı müxalifət düşərgəsindən çıxan liderlər, aktiv gənclər də səsləndirirlər. İddianı səsləndirənlər vurğulayırlar ki, müxalifət on illərlə davam edən bir müddətdə normal mübarizə aparıb hakimiyyətə gələ bilmirsə, siyasi səhnəni tərk edib getməli, siyasi proseslərdən çəkilməlidir. Yəni müxalifət yenilənməli, on illərlə müxalifətdə qalan qüvvələr tərəfdarlarından üzr istəyərək, mübarizələrinin nəticəsiz olduğunu bəyan etməli və siyasi səhnədən getməlidirlər. Söhbətləşdiyimiz ekspertlər məsələyə fərqli müstəvidən yanaşdılar və ölkə müxalifətinin on illiklər boyu hakimiyyətə gələ bilməməsinin səbəblərini, faktları sadaladılar.

Ekspert Natiq Mirinin sözlərinə görə, müxalifətin bu illər boyu iqtidar ola bilməməsi çeşidli səbəblərlə bağlıdır: “O baxımdan ki, həqiqətən Azərbaycanda normal, siyasi rəqabətli şəkildə fəaliyyət göstərmək çox çətindir. Ən azından siyasi qüvvələrə şərait bərabər şəkildə yaradılmayıb. Eyni zamanda siyasi fəaliyyət üçün partiyalara bir çox məhdudiyyətlər yaradılıb. Bundan başqa, partiyalar üçün mütləq mənada konkret maliyyə mənbələri olmalıdır, müxalifətin bu məsələdə çox böyük problemləri var. Bəzi siyasi qruplar bəzən Qərbin müxtəlif səviyyələrdə yardımına möhtac qalırlar. Məhz bu cür yardımların müqabilində hətta məramnamələrində göstərdikləri ideyalarına zidd davranışlar nümayiş etdirirlər. Xüsusilə də Milli Şuranın 2013-cü ildə yaradılması, orada əsas fiqurlardan biri AXCP-nin davranışlarını götürün. Orada da görsənir ki, konkret xarici maliyyələr çərçivəsində bəzən anti-Azərbaycan, antimilli siyasi davranışlar ortalığa çıxa bilir. O baxımdan, həqiqətən də mühit Azərbaycanda çox yararsızdır və bu vəziyyətdə siyasi fəaliyyət göstərmək böyük çətinliklər yaradır. Ancaq bu, yeganə səbəb deyil. Burada başqa səbəblər də var və bu səbəbləri müxalifət partiyalarının idarə olunmasında da axtarmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın siyasi partiyalarında daxili demokratiya anlayışı yox dərəcəsindədir. Əksər siyasi partiyalar nizamnaməyə uyğun davransalar da, əslində avtoritar idarəetmə rejimi ilə idarə olunurlar. Əksər qərarlar bir nəfərin iradəsi ilə qəbul olunur. Ən nəhayət, hakimiyyətə qarşı mübarizə əvəzinə, müxalifət arasında ara müxalifət, birinci olmaq yarışı keçirilir. Bu da zaman-zaman Azərbaycan cəmiyyətində, siyasi palitrada, siyasi müstəvidə xoşagəlməz, dağıdıcı hadisələrə gətirib çıxarır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda klassik partiyalar çox deyil. Bu gün Azərbaycanda tək klassik partiya Müsavatdır. Əksər partiyalar marginal qruplardan ibarət, korporativ maraqlara, maliyyə şəbəkələrinə xidmət edən siyasi qruplardan ibarətdir. Ona görə də hakimiyyət məhz bu faktdan istifadə edərək bu prosesləri çox asanlıqla idarə edə bilir. Ən nəhayət, Azərbaycanda siyasi xəyanət anlayışı AXCP-yə Əli Kərimlinin rəhbərliyindən sonra başlayıb. Bu tendensiya getdikcə Azərbaycanda artan xətlə inkişaf edir. Çox təəssüf ki, bu gün özünü hakimiyyətə satan, təqdim edənlərin sayı o qədər çoxdur ki, hakimiyyət istənilən siyasi qrupu qəpik-quruşa ala bilir. Bu da Azərbaycan siyasəti üçün çox acınacaqlı bir durum yaradıb. Paralel olaraq, ictimai rəydə bu siyasi qüvvələr nüfuzdan düşür. Xalqın içərisində inamsızlığın kökündə duran faktorlardan biri də məhz budur. Ona görə bu gün etirazlara, sosial-siyasi olmasına baxmayaraq, istənilən etiraz aksiyasına müraciət olunursa, xalq küçələrə çıxmır. Bu səbəblər toplusu bütövlükdə Azərbaycanda nəinki hüquqi, hətta siyasi nihilizm vəziyyəti yaradıb. Buna görə də nəticə artıq sıfıra bərabərdir. Bu da yenilənməni və özünütəşkili tələb edir”.

Ekspert Ərəstun Oruclu isə qeyd edib ki, müxalifətin on illər boyu hakimiyyətə gələ bilməməsi ilk növbədə ölkədəki mövcud siyasi sistemin fəsadıdır: “Hakimiyyət var gücü ilə təkcə müxalifəti deyil, bütün qüvvələri, vətəndaş cəmiyyətini, medianı sıradan çıxarmağa çalışır və xeyli də uğur əldə edib. Yəni ilk növbədə bunun səbəbi ölkədəki siyasi sistemi dağıdan iqtidardır. Çünki söhbət təkcə müxalifətdən getmir. Vətəndaş cəmiyyəti də sıradan çıxarılıb. Medianın önəmli bir hissəsi sıradan çıxarılıb. Hətta hakimiyyətin özündə də normal idarəçilik qalmayıb. Hakimiyyət qanadları arasındakı münasibətləri götürsək, bir dəfə də görməmişik ki, məhkəmə icra hakimiyyətinin marağına zidd olan hansısa qərar qəbul etmiş olsun, ya da əksinə. Yəni ölkədə bir idarəçilik piramidası qurulub ki, o piramida yuxarıdan aşağı hər şeyə nəzarət edən sistemdən ibarətdir. Belə olan şəraitdə təbii ki, müxalifət üçün uğur əldə etmək bir o qədər asan deyil. Amma eyni zamanda burada müxalifətin özünün də günah payı var. Hətta Birma diktaturası, Penoçet diktaturası şəraitində də müxalifət bundan kifayət qədər sərt şəraitdə mübarizə aparmağa məcbur olub. Hətta bir sıra hallarda qalib də gəlib. Götürək, Penoçet diktaturasını və yaxud Flippində mövcud olmuş diktaturanı. Həmin diktatura şəraitində müxalifət o qədər inadkar mübarizə apardı ki, son nəticədə qalib gəldi. Digər tərəfdən, xalqı qınamağın tərəfdarı deyiləm. Ona görə ki, xalq yalnız onu təşkilatlandıran bir siyasi qüvvənin arxasında gedir. O pərakəndə şəkildə, orda-burda fəaliyyət göstərə bilər. Belə müqavimətləri İsmayıllıda, Qubada, Mingəçevirdə görmüşük. Bunların hər biri əslində hakimiyyətin siyasətinə xalq etirazlarıdır. Bu xalq etirazlarını siyasi etiraza çevirə biləcək siyasi qüvvənin olmaması, mövcud siyasi qüvvələrə etimadın olmaması bunun pərakəndə qalmasına gətirib çıxarır. Müxalifətin bu məsələlərdə də günahı var. Müxalifət faktiki olaraq özünü təcrid etməklə məşğuldur. Müxalifət ideyalar ortaya qoymalıdır”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Bu gün, 12:09
Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? - Görünəni odur ki...
Bu gün, 11:46
Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi - ÖZBAŞINALIQ!
Bu gün, 11:43
Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı - TƏFƏRRÜAT
Bu gün, 11:26
Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa
Bu gün, 11:23
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:20
Vardanyanın məhkəmə hiyləgərliyi - Hüquqşünas deyir ki...
Bu gün, 11:10
Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:02
Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51
Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47
Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45
Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40
Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39
Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37
İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33
“Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32
248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28
Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24
"Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22
Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17
AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49
"EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46
AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43
"Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Əliyev nəhəng prosesə start verdi: üç ölkə ilə müzakirələr gedir – Sürpriz həmlə
Bu gün, 09:12
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15
"Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12
"Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09
Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07
Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55
Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya - “Ukraynaya...”
Dünən, 23:44
Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? - TƏFƏRRÜAT
Dünən, 23:41
Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Dünən, 19:00
“Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Dünən, 18:58
Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Dünən, 18:07
"Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Dünən, 18:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru