
Hakim Yeni Azərbaycan Partiyası Milli Şuranın sədri Cəmil Həsənlinin yaydığı “deputat” siyahısına münasibət bildirib.
Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn PaşayevAzVision.az -a deyib ki, bu yaşlı adamın sayıqlamalarından başqa heçnə deyil.
YAP sözçüsü fikirlərinə əlavə edərək bildirib ki, C. Həsənli bu hərəkəti ilə falabaxanlıqla məşğul olduğunu göstərdi: “Bu adam artıq yaşlanıb. Ona görə də sayıqlayır. Hesab edirəm ki, yaydığı siyahı da sayıqlamalarının nəticəsi olaraq müydana çıxıb”.
H. Paşayev vurğulayıb ki, kimlərin deputat mandatı qazanacağını seçici həll edəcək.