FAZİL MƏMMƏDOV ODLA SU ARASINDA QALIB
Tarix: 23-05-2012, 13:29 | Çap et
FƏRHAD ƏLİYEVİN ADAMI İKİ NAZİRİN ARASINDA PROBLEM YARATDI
DİA.AZ: - «Hakimiyyətdə elə məmurlar var ki, hələ də Fərhad Əliyevin azadlığa çıxmasını istəmirlər». Bunu redaksiyamıza Nazirlər Kabinetindəki mötəbər qaynaq bildirib. Mənbəmiz iddia edir ki, əslində Fərhad Əliyevə düşmənçiliyin səbəbləri heç də izaholunan şəkildə deyil.
Xatırladaq ki, 2005-ci ilin 17 Oktyabrında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev «dövlət çevrilişinə gəhd» kimi qondarma ittihamla həbs olundu. Buna qədər də Fərhad Əliyevlə bağlı bir gərgin atmosfer mövcud idi və hətta keçmiş nazirin özü də mətbuat qarşısına çıxaraq həyatının təhlükədə olduğunu ildirmiş və ictimaiyyətdən dəstək istəmişdi.
Əslində bu addımı Fərhad Əliyevin təcrübəsizliyindən irəli gəlirdi. Hər halda, ictimai dəstəklə bu ölkədə heç nəyə nail olmaq mümkün deyildi. Amma bunu bilməyən Fərhad Əliyev nazir olduğu dönəmdə xalqın xeyrinə bir sıra addımları atmağa başladı ki, bu da nəhayətdə hər biri həm də inhisarçı oliqarx olan bir sıra məmur çevrələrində narahatçılıq yaratdı, nəticədə Fərhad Əliyev böyük bir çevrənin bir nömrəli hədəfinə çevrildi.
Onu «vurdular» və hətta qollarını qandallamağa da müvəffəq oldular. Bunu isə «dövlət çevrilişinə cəhd» kimi təqdim etməyə çalışdılar. Hətta Fərhad Əliyevlə bərabər bir neçə korrupsioner məmuru həbs edərək, keçmiş nazir barəsində mənfi rəy yaratmağa da çalışdılar. Ən maraqlısı isə o oldu ki, Fərhad Əliyev «dövlət çevrilişinə cəhd» ittihamı ilə tutulsa da, korrupsiya ittihamı ilə mühakimə olundu. Əslində ona qarşı səslənə biləcək yeganə ittihamı keçmiş nazirin özü barəsində 2007-ci ildə qurulmuş məhkəmə istintaqı zamanı səsləndirmişdi. Fərhad Əliyev məhkəmə iclaslarının birində bildirmişdi ki, onu QƏRBƏİN ADAMI olduğuna görə zərərsizləşdirdilər.
Bəli, Fərhad Əliyev «Qərbin adamı» kimi iqtidar komandasından çıxdaş edildi. Amma bu gün də hakimiyyət içində bir Fərhad Əiyev xofu var. Nə zamansa onunla yaxşı münasibətdə olmuş məmurların əksəriyyəti az qala güclü nəzarət altındadır. Məlumatlı mənbəmiz DİA.AZ-a bildirir ki, keçən ilin sentyabr ayında Vergilər Nazirliyində məsul vəzifəyə təyin olunan Azərbaycan Sahibkarlar Konfederasiyasının keçmiş prezidenti Ələkbər Məmmədov da Fərhad Əliyevlə köhnə münasibətlərindən dolayı əziyyət çəkməkdədir.
Bildirək ki, Ə.Məmmədov keçən ilin avqustun 16-dan Vergilər Nazirlyinin beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət üzrə nazirin müşaviri vəzifəsində çalışırdı.
Ə.Məmmədov 1960-cı il noyabr ayının 10-da Kürdəmir rayonun Şilyan kəndində doğulub1984-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu ingilis və alman dilləri ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən özəl sektorda çalışıb.
1996-cı ildə Beynəlxalq Menecment və Hüquq İnstitutunun Hüquq fakültəsini bitirib.
1996-1998-ci illərdə Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondunun direktoru və Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsinin Haqsız Rəqabətə qarşı Mübarizə və İstehlakçıların hüquqlarının müdafiəsi idarəsinin rəisi vəzifələrində çalışıb.
1999-2009-cu illərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti vəzifəsində işləyib və 2001-2009-cu illərdə Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresində Konqresin vitse-prezidenti seçilib.
2009-cu ildən 2011-ci ilin avqust ayına kimi Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin sədri olub.
Xəzər Universitetinin Sahibkarlıq və Müqavilə hüququ üzrə professorudur. 16 avqust 2011-ci il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirlyinin beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət üzrə nazirin müşaviri vəzifəsində çalışır. O, kiçik vergi xidməti müşaviri rütbəsinə malikdir.
Qeyd edək ki, Ə.Məmmədov 2009-cu il aprelin 30-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının II qurultayında yenidən bu quruma sədr seçilsə də, postunu cəmi 13 gün qoruya bilmişdi. Məlumatlara görə, o zaman Ə.Məmmədov yuxarıların təzqiyindən sonra istefa verməyə məcbur olmuşdu. Onu vaxtilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə yaxın kadr kimi də xarakterizə edirdilər. Ə.Məmmədov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti postunu tutanda tez-tez gömrük orqanlarındakı rüşvətxorluğun və digər qanunsuzluqların əleyhinə çıxışlar edirdi.
İndi vergilər naziri Fazil Məmmədovun müşaviri vəzifəsində çalışan Ələkbər Məmmədovun əsas işi beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət sahələrinə funksional nəzarətin həyata keçirilməsi, xidmət sahələrinin inkişafı istiqamətində zəruri tədbirlərin görülməsi, beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət sahələri üzrə vergi siyasətinin və vergi inzibatçılığının formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsinin təmin edilməsidir.
O. vergi ödəyicilərinə xidmət idarəsinin, habelə idarənin yerlərdəki strukturlarının və Beynəlxalq münasibətlər idarəsinin fəaliyyətinə nəzarət olunması, beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət sahələri üzrə nazirin xüsusi tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsilə də məşğul olmaqdadır.
Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, Ələkbər Məmmədovun Vergilər Nazirliyində belə bir mənsəbə çatmsı əslində bu gün sözügedən qurumu kontrolu altında saxlayan və zamanında Fərhad Əliyevlə açıq müstəvidə döyüşən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun heç də ürəyincə deyil. Xatırladaq ki, Kəmaləddin Heydərovun adı birbaşa olaraq Fərhad Əliyevin sıradan çıxarılmasında əsas fiqur kimi səciyyələndirilir.
Mənbəmiz bildirir ki, Ələkbər Məmmədov da Fərhad Əliyevin yaxın dostu olub: «Amma FHN şefi onunla bağlı təyinatın qarşısını ala bilməmişdi. Çünki bu təyinata birbaşa olaraq prezidentin də müsbət cavab verdiyini öyrənib».
Məlumata görə, amma buna rəğmən Fazil Məmmədova az qala hər gün «Fərhadın adamını ordan rədd elə» kimi ismarıclar yollayan Kəmaləddin Heydərov nəhayət ki, bu günlərdə vergilər nazirinə qəti şəkildə tapşırığını verib: «Hətta FHN şefi Fazil Məmmədova vaxt da qoyub və ona bildirib ki, əks halda, özü öz şələ-küləsini yığışdıra bilər. Fazil Məmmədov isə bundan çətin vəziyyətə düşüb. Çünki Ələkbər Məmmədovun vəzifəyə gətirilməsi birbaşa olaraq «yuxarıların» təqdimatı əsasında baş verib».
Mövzu diqqətimizdədir. Bizi izləyin…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Dünən, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Dünən, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Dünən, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Dünən, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Dünən, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Dünən, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Dünən, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Dünən, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Dünən, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Dünən, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Dünən, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Dünən, 15:20 |
|
|
|
|