GÜNÜ-GÜNDƏN ÇİÇƏKLƏNƏN KORRUPSİYA
Tarix: 29-05-2012, 12:22 | Çap et
RAMİZ MEHDİYEVİN OĞLUNUN KANTORUNDA VƏZİYYƏT DAHA BƏRBADDIR
DİA.AZ: - Bu gün Azərbaycan bölgənin lider dövlətinə və iqtisadi cəhətdən inkişaf etmiş ölkəsinə çevrilib. Sürətli inkişaf, müasir sənaye müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılması ölkəmizə gələn immiqrantların sayının artmasına səbəb olub. Ölkələrindəki işsizlikdən bezib böyük ümidlə iş dalınca Azərbaycana üz tutanlar arasında nəinki qonşu ölkə vətəndaşları, MDB dövlətlərindən, hətta Çin, Pakistan kimi ölkələrdən insanlar da var. Hazırda ölkəmizdə 90 ölkədən 460 minə qədər miqrant yaşayır. Onların 75 faizinə qədəri kişi, qalanları isə qadın və uşaqlar təşkil edir.
DİA.AZ bildirir ki, bu miqrantların böyük əksəriyyəti Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan insanlardır. Onlardan əməkçi miqrant statusu ilə işləyənlərin sayı isə 10 minə yaxındır.
Miqrant adı ilə gələnlərin çoxu rəsmi qeydiyyata düşmür
Rəsmi statistikaya görə, ötən il immiqrantların 77,1 faizi Rusiyadan, 8,1 faizi Qazaxıstandan, 4,3 faizi Ukraynadan gələnlər olub. Gürcüstandan və İrandan gələn əcnəbilərin sayı da çoxluq təşkil edir. Daha çox bu iki ölkədən olan şəxslər qeydiyyatsız fəaliyyət göstərirlər. Ümumiyyətlə, əməkçi miqrant adı ilə Azərbaycana gələn əcnəbilərin bir çoxu rəsmi qeydiyyata düşmür, əksəriyyəti qeyri-qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olurlar.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti isə qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər görür. Təkcə ötən həftə ərzində xidmət əməkdaşları tərəfindən respublikanın Mingəçevir, Hacıqabul, Sabirabad, həmçinin Quba, Qusar rayonlarında müvafiq yoxlamalar aparılıb. Nəticədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində qanunsuz yaşayan, qeyri-qanuni küçə ticarəti ilə məşğul olan, müvafiq fərdi icazə alınmadan tikinti sahəsində çalışan 167 əcnəbi vətəndaş saxlanılıb.
İşləmək üçün gələn əcnəbi aidiyyəti qurumlara müraciət etməlidir
Təkcə bu ilin aprel ayı ərzində 1.140 əcnəbi və vətəndaşlığı olmayan şəxs inzibati qanunvericiliyin tələblərinin pozduğu üçün onlardan 310 nəfərinə cərimə tətbiq edilməklə, ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 734 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 96 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, Azərbaycana işləmək üçün gələn əcnəbi aidiyyəti qurumlardan xüsusi viza və icazə almalıdır. Viza əsasında ölkəmizə gələn əcnəbinin Azərbaycanda müvəqqəti olma müddəti ona verilmiş vizada göstərilən ölkədə qalma müddəti ilə müəyyən edilir. Yəni viza bir il müddətinə verilibdirsə, lakin vizada əcnəbinin ölkədə olma müddəti 30 gün göstərilibsə və müddəti uzadılmayıbsa, onda o, həmin müddət keçdikdən sonra ölkəni tərk etməlidir. Əcnəbinin ölkədə olma müddəti Dövlət Miqrasiya Xidməti tərəfindən uzadıldığı halda Xarici İşlər Nazirliyi onun vizasının müddətini uzadır.
Azərbaycan miqrantların ən çox gəldiyi ölkələrdəndir
Araşdırmalar göstərir ki, artıq Azərbaycan MDB-də miqrantların ən çox gəldiyi ölkələrdəndir. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi Serhan Aktorpak bildirib ki, əgər bir vaxtlar Azərbaycandan insanlar xaricə daha çox axın edirdisə, hazırda proses tam fərqlidir: "Azərbaycan hər kəsin gözünün qarşısında sosial inkişafla bağlı nailiyyətlər əldə edir. Azərbaycan miqrantların çıxdığı ölkədən, miqrantların gəldiyi ölkəyə çevrilib. Azərbaycan Rusiya və Qazaxıstandan sonra regionda miqrantların ın çox gəldiyi 3-cü ölkədir".
İmmiqrant statusunu necə almaq olar?
Müvəqqəti yaşamaq üçün icazəni Dövlət Miqrasiya Xidməti verir. Lakin icazəni əldə etdikdən sonra əcnəbilər yaşadığı yer üzrə daxili işlər orqanlarında qeydiyyata alınmaq üçün müraciət etməli və onların ölkədə olma müddətinin artırılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Qərarı yaşadığı yer üzrə daxili işlər orqanlarına təqdim etməlidirlər.
Azı iki il ölkədə qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən daimi yaşamaq hüququ, yəni immiqrant statusu verilə bilər. Beləliklə, immiqrant statusu Dövlət Miqrasiya Xidmətinin müvafiq qərarı ilə təsdiqlənir. İmmiqrant statusu 5 il müddətinə verilir, bu müddət bitdikdən sonra 5 il müddətinə uzadıla bilər və uzadılmaların sayı məhdudlaşdırılmır.
İmmiqrant statusu alan şəxs yaşadığı yer üzrə daxili işlər orqanlarında qeydiyyata düşməlidir və bu halda o, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi ilə təmin edilir.
Ölkəyə xeyirdən çox ziyan vururlar
Əcnəbilər əsasən ticarət və xidmət sektorunda fəaliyyət göstərsələr də, tikinti sahəsində çalışanlar da var. Hadisələrin gedişi göstərir ki, yerli sahibkarlar da əcnəbi işçilərin çox olmasında maraqlıdır. Çünki onlar, yerli vətəndaşa nisbətən, əcnəbiyə daha az əmək haqqı verir və onların əməyindən ən ağır işlərdə istifadə edə bilir, bu zaman isə yerli əməkçilərin hüquqları pozulur.
Ölkə daxilində işsizlərin olduğu bir ərəfədə qeyri-leqal miqrantların sayının artması isə arzu olunan hal deyil. Qeyri-leqal miqrantlar gəldikləri ölkəyə xeyirdən çox ziyan vururlar. Onlar kriminogen durumun gərginləşməsində də az rol oynamırlar. Bunu şimal qonşumuz olan Rusiyanın timsalında aydın görmək olar. Belə ki, bu ölkədə törədilən cinayət əməllərinin təxminən yarısı məhz gəlmə qeyri-leqalların payına düşür.
Bundan başqa, qeyri-leqallar olduqları ölkələrə iqtisadi zərər də yetirir. Misal üçün 50 min insan qanuni əmək fəaliyyəti ilə məşğul deyilsə, deməli onlar, ən azından, hər biri icazəyə görə illik 1000 manat vəsait ödəməkdən yayınır. Bu, bütövlükdə 50 milyon manat vəsait deməkdir. Onların aldığı məvaciblərdən dövlət büdcəsinə köçürülməsi üçün müvafiq vergilər də tutulmalıdır.
Deməli, onlar Azərbaycan büdcəsinə 100 milyon manata qədər vergi verməkdən yayınır. Bu isə dövlət büdcəsinə külli miqdarda ziyanın vurulması deməkdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Dünən, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Dünən, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Dünən, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Dünən, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Dünən, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Dünən, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Dünən, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Dünən, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Dünən, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Dünən, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Dünən, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Dünən, 15:20 |
|
|
|
|