![Marketdən aldığı şokoladın içindən qurd çıxdı Marketdən aldığı şokoladın içindən qurd çıxdı](/uploads/posts/2017-08/thumbs/1502539616_997.jpeg)
Nəcəfquli Rəfiyev küçəsində yerləşən “Neptun” Supermarketindən alınmış şokolad qurdlu çıxıb.
Bu barədə “Qafqazinfo”ya müraciət edən alıcı uşaq şokoladı yeyərkən onun qurdlandığını gördüyünü deyib:
“1 yaşlı uşaq şokaladı yeyərkən onun qurdlandığını gördük. Dərhal uşağı özəl xəstəxanaların birinə apardıq. “Neptun” Supermarketlər şəbəkəsindən alış-veriş edən insanlara bildirmək istəyirəm ki, diqqətli olsunlar”, - deyə şikayətçi vurğulayıb.
![Marketdən aldığı şokoladın içindən qurd çıxdı Marketdən aldığı şokoladın içindən qurd çıxdı](/uploads/posts/2017-08/thumbs/1502539601_999.jpeg)
![Marketdən aldığı şokoladın içindən qurd çıxdı Marketdən aldığı şokoladın içindən qurd çıxdı](/uploads/posts/2017-08/thumbs/1502539618_998.jpeg)