Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                 

Qəzənfər Ağayev narazı vətəndaşları belə yola salır... - GİLEY
Tarix: 15-05-2019, 12:34 | Çap et
Qəzənfər Ağayev narazı vətəndaşları belə yola salır...
“İsmayıl bəy onu da vurğuladı ki, Astarada iş tamamlanıb, Lerikdəki işi isə yarımçıq qalıb. Astarada 39 evə baxış keçirən mütəxəssis Astara icra başçısının birinci müavininin xahişi ilə, istisna olaraq, Baxşıyevlərin evinə də baxış keçirib və tərtib etdiyi sənəddə evin doğrudan da qəzalı vəziyyətdə olduğunu, ailənin heş bir şəraiti omayan çadırda yaşadığını qeyd edib”

Bu günlərdə “Hürriyyət”də dərc etdiyimiz “Əgər qulağınız eşitmir, gözləriniz görmür, əlləriniz tutmursa...- FHN-in məsuliyyətsiz qərarı 8 nəfərlik ailəni acınacaqlı vəziyyətdə qoyub” başlıqlı yazıda 4 ildir çadırda yaşayan 8 nəfərlik ailənin düşdüyü ağır durumdan və FHN-nin həmin ailəyə olan biganə münasibətindən söz açmışdıq.

Xatırladaq ki, 2015-ci ildə cənub bölgəsinə yağan güclü leysan yağışları nəticəsində Astara rayonunun Kijəbə qəsəbəsinin Ovala kəndində yaşayan 8 nəfərdən ibarət Baxşıyevlər ailəsinin 4 otaqlı həyət evinin divarlarında dərin çatlar əmələ gəlib, müəyyən vaxtdan sonra isə sözügedən ev ümumiyyətlə yaşayış üçün yararsız hala düşüb.

Yaranmış vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edən ailəyə müvəqqəti olaraq 8 nəfərlik ailənin yaşaması üçün nəzərdə tutulan çadır verilib və vəd edilib ki, ən tez zamanda yaşadıqları evin bərpasına başlanacaq, evi əvvəlki vəziyyətə gətirmək mümükün olmadığı təqdirdə isə ailə üçün yeni ev inşa ediləcək.

Amma günlər, aylar keçsə də, ailə çadırdan köçürülməyib, 2018-ci ilin 23 dekabrında isə güclü küləyə tab gətirməyərək uçan çadır sadəcə yenisi ilə əvəz olunub.

Ailə üzvləri dəfələrlə Astara Rayon İcra Başçısına müraciət etsələr də, dərdlərinə əlac edən tapılmayıb, üstəlik icra başçısı Qəzənfər Ağayev onlara söyləyib ki, gedib özlərinə yeni ev tiksinlər.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova, Nazirlər Kabinetinə, Prezident Administrasiyasına dəfələrlə müraciət edilsə də, bir nəticə olmayıb.

Fövqəladə Hallar Nazirliyindən göndərilən cavab məktubunda sadəcə evin istismar müddətinin başa çatdığı (fiziki köhnəldiyi) qeyd olunub.

Baxşıyevlər ailəsinin düşdüyü ağır durum haqda qəzetimizdə dərc olunan yazılardan sonra şikayətçi Gülbəniz Baxşıyeva bizə zəng vurub sevinclə demişdi ki, “elə indilərdə icra başçısı Qəzənfər Ağayevin tapşırığı ilə Astara rayonu İcra Hakimiyyəti başçısı yanında Fövqəladə hallar üzrə komissiyadan nümayəndələr gəlib evə baxış keçirdilər və bizə bildirdilər ki, Fövqəladə Hallar Nazirliyinə evimizin vəziyyəti ilə bağlı məlumat yollayacağıq ki, müvafiq tədbirlər görülsün”.

Gülbəyim Baxşıyevin ümid, sevinc dolu səsi bizi də ruhlandırdı. Çox ümid edirdik ki, ən tez zamanda sözügedən problem öz həllini tapacaq və cəfakeş ailə şəraitsiz çadırda yaşamaq zülmündən xilas olunacaq.

Amma ailənin də, bizim də ümidlərimiz boşa çıxdı. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi 2019-cu ilin 23 aprel tarixində Astara rayonu Ovala kənd sakini Qiyas Ayaz oğlu Baxşıyevə (Gülbəyim Baxşiyevanın həyat yoldaşı) yolladığı məktubda “Astara rayonunda 2015-ci ilin oktyabr və noyabr aylarında yağan leysan yağışlar və 28 avqust 2018-ci il tarixdə baş vermiş yeraltı təkanların güclü təbii fəlakət törədə bilən hadisələrin təhlükəli hədd göstəricilərindən aşağı olduğundan Sizə tərəfimizdən hər hansı köməklik göstərilməsi mümkün deyil”,- deyə bildirib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin bundan bir neçə gün sonra, aprelin 29-u “Hürriyyət”in sorğusuna yolladığı cavab da eyni məzmundadır: “Bildiririk ki, Nazirliyin Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” İnstitutunun mütəxəssisləri Ovala kənd sakini Gülbəyim Baxşıyevanın fərdi yaşayış evinə vizual texniki baxış keçirmiş və 27 fevral 2018-ci il tarixdə müvafiq akt tərtib etmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, Gülbəyim Baxşıyevanın yaşayış evində yaranmış qüsurların təbii fəlakətlə əlaqəsi yoxdur. Bu səbəbdən də vətəndaşa tərəfimizdən hər hansı köməklik göstərilməsi mümkün deyil”.

Məktubda xatırlanan FHN-nin Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” İnstitutunun mütəxəssislərindən biri ilə əlaqə saxladıq. Soyadını söyləməkdən imtina edən İsmayıl adlı həmin şəxsin sözlərindən məlum oldu ki, iki ay öncə Astarda 2000 yaşayış evinə baxış keçirilib. Araşdırılıb ki, neçə ev tikilib, neçəsi qalıb. Bu evlərdən 603-ü İsmayıl bəyin çalışdığı institutun payına düşüb. Yoxlama bitib, nəticələr çıxarılan məqaqmda Şamaxıda zəlzələ baş verib. Hər kəs işini kənara qoyub, hadisə yerinə getməli olub. Hazırda da bütün idarə sözügedən olayla məşğuldur.

İsmayıl bəy onu da vurğuladı ki, Astarada iş tamamlanıb, Lerikdəki işi isə yarımçıq qalıb. Astarada 39 evə baxış keçirən mütəxəssis Astara icra başçısının birinci müavininin xahişi ilə, istisna olaraq, Baxşıyevlərin evinə də baxış keçirib və tərtib etdiyi sənəddə evin doğrudan da qəzalı vəziyyətdə olduğunu, ailənin heş bir şəraiti omayan çadırda yaşadığını qeyd edib.

İsmayıl bəy qeyd etdi ki, o və həmkarları hərbi rejimdə çalışır. Onlara göstərişdən kənara çıxmaq hüququ verilmir. Bununla belə, icra başçısının sözünü yerə salmayıb, onun acınacaqlı şəraitdə yaşayan ailəyə kömək etmək təşəbbüsünü dəstəkləyib və öhdəliyində olan 39 ev əvəzinə 40 evə baxış keçirib, rəhbərliyə də bu haqda məlumat verib.

Amma Şamaxıdakı zəlzələ bütün işləri təxirə salıb, tərtib olunan aktlar ünvana çatdırılmayıb. Baxış keçirilən 603 evin aktı bu günədək təhvil verilməyib. Yalnız Şamaxıdakı iş yekunlaşanadan və mütəxəssislər Bakıya qayıdandan sonra təhvil-təslim prosesi həyata keçiriləcək.

Qiyas Baxşıyevin bizə yolladığı vatsap yazışması da İsmayıl bəyin söylədiklərini bir daha təsdiqlədi. İsmayıl bəy bizimlə söhbətdən bir gün öncə onunla vatsap vasitəsilə əlaqə saxlayan Qiyas Baxşıyevə də eyni sözləri deyib.

Yaxşı, bəs belə olan təqdirdə, FHN nəyə əsasən Astara İcra Hakimiyyətinə və “Hürriyyət” qəzetinə Baxşıyevklər ailəsinə baxış keçirildiyi və nazirliyə təqdim olunan rəyə əsasən ailəyə kömək edə bilməyəcəklərini bildirir? Axı, son baxışın nəticələri ilə bağlı nazirliyə hələ heç bir sənəd təqdim edilməyib!

“Fövqəlnazir”ə bu cür yanlış məlumat vermək kimlərin marağındadır? Çətin duruma düşən azərbaycanlı ailəsinin vəziyyətini daha da ağırlaşdırmaq kimlərə əl verir?

Göründüyü kimi, suallar çoxdur, cavablar isə hələ yoxdur. Sözügedən məsələni diqqətdə saxlayaraq baş verənlərə aydınlıq gətirməyə çalışacağıq.
Hurriyyet.org

Qəzənfər Ağayev narazı vətəndaşları belə yola salır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru