![Leyla Əliyeva 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində iştirak edir Leyla Əliyeva 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində iştirak edir](/uploads/posts/2019-08/thumbs/1565008253_0001.jpg)
Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edir.
Trend-in məlumatına görə, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.