![Ağstafa icra hakimiyyətində YENİ HƏBS TƏDARÜKÜ... Ağstafa icra hakimiyyətində YENİ HƏBS TƏDARÜKÜ...](/uploads/posts/2021-02/thumbs/1613458623_0001.jpg)
Ağstafa rayon icra başçısının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova istintaqa çağırılıb.
Reportyor.info-ya verilən xəbərə görə, L.Eyyubova həbs edilən sabiq başçı Nizaməddin Quliyevin işi üzrə dindirilir. İstintaqda sorğu-suala çəkilən L.Eyyubova rayondakı maliyyə yeyintiləri, rüşvət yığılması, sahibkarlardan xərac alınması barədə dindirilir.
![Ağstafa icra hakimiyyətində YENİ HƏBS TƏDARÜKÜ... Ağstafa icra hakimiyyətində YENİ HƏBS TƏDARÜKÜ...](/uploads/posts/2021-02/thumbs/1613458612_01.jpg)
Xəbərlərə görə Lalə Eyyubova baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.