TALANÇI SABİQ MƏMURLARIN TƏHLÜKƏLİ SƏRVƏTİ... - Əllərindən necə almaq olar?
Tarix: 19-04-2021, 09:11 | Çap et
Vaşinqtonda mənzillənən "Global Financial Integrity" təşkilatının son hesabatına görə, 2004-2013-cü illər ərzində Azərbaycandan orta hesabla hər il 9.5 milyard dollar kapital qanunsuz çıxarılıb. Təşkilatın məlumatına görə, bununla bağlı Azərbaycan 144 ölkə arasında 17-ci yerdədir...
Sonrakı illərdə ölkədən qanunusuz yollarla çıxarılan vəsaitlərin həcmi azalsa da tendensiya davam edib. Vaxtaşırı yerli və beynəlxalq media qurumlarında Azərbaycan məmurlarının Böyük Britaniya, Fransa, İtaliya, ABŞ və s. ölkələrdə yaratdıqları şirkətlər, aldıqları bahalı daşınmaz əmlaklarla gündəmə gəlirlər.
Zaman keçdikcə vəzifə sahibləri hakimiyyətdən qovulsalar da topladıqları hüdudsuz sərvətin bir hissəsi əllərində qalır və onu idarə edirlər.
Məsələn, baş nazirin sabiq müavinləri Əli Həsənovun, Abbas Abbasovun, BŞİH-in sabiq rəhbəri Hacıbala Abutalıbovun, sabiq Vergilər naziri Fazil Məmmədovun, Milli təhlükəszilik naziri Eldar Mahmudovun və onun dəstəsinin, Sabiq Baş prokuror Zakir Qaralovun, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun, keçmiş əmək nazirləri Səlim Müslümovun, Füzulu Ələkbərovun, keçmiş rabitə naziri Əli Abbasovun və onun tabeliyindəkilərin, Beynəlxalq Bankın İdarə Heyətyinin keçmiş sədri Cahangir Hacıyevin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin, keçmiş Kənd təsərrüfatı naziri İsmət Abbasovun, "Azərbaycan Dəmiryolları" QSC-nin keçmiş sədri Arif Əsgərovun və adlarını çəkmədiyimiz xeyli sayda digər nazirlərin, yüksək rütbəli məmurların, icra başçılarının ailə üzvlərinin Azərbaycanda, həmçinin dünyanın ən bahalı paytaxtlarında şirkətlərə və daşınmaz əmlaka sahib olduqlarına dair məlumalar, sənədlər, fotolar yayılıb.
Azərbaycan qanunverciliyinə görə, vəzifə tutan məmurun bizneslə məşğul olması qadağandır. Bu cür fəaliyyətlər "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunla tənzimlənir. Məlumdur ki, adıçəkilən ekslərin mütləq əksəriyyəti məhz yüksək hakimiyyət postları tutarkən böyük var-dövlət sahibi olublar. Yəni korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət əmlaknı talama və s. cinayətlər törədiblər.
Azərbaycanda bəzi hallarda məmur postu ilə vidalaşdıqdan sonra sahib olduğu biznes, daşınmaz əmlak və s. mal varlığı əl dəyişdirir. Bu barədə informasiyalar mətbuata ötürülür və ya jurnalistlər internet resurlarında təsisçilərlər bağlı aparılan yeniləmələrdən xəbər tutub onu yayırlar. Ancaq təbii ki, nə qədər doğru olduğunu müəyyən etmək mümkün olmur.
Sadəcə o görünür ki, Azərbaycana iri neft pullarının gəldiyi 2006-cı ildən etibarən yaradılan, sonradan böyüdülərək holdinqlərə çevrilən, iqtisadiyyatın bəzi sahələrini monopoliyaya alan məmurların biznesləri onlar vəzifədən çıxarıldıqdan sonra çökür. Məsələn, Ziya Məmmədovaun ailəsinə məxsus "ZQAN" Holdinq, Fazil Məmmədova məxsus "Ata" Holdinq bir zamanlar milyardlarla dövriyyəyə malik olsalar da, hazırda yoxdurlar. Onlara məxsus banklar, şirkətlər ya ləğv olunub, ya da başqa maliyyə qruplarına birləşdirilib. Əmlakları da ya satılıb, ya da başq birinə dövr edilib...
Ancaq bununla belə bir müddət sonra ortaya çıxan faktlar göstərir ki, sabiq nazirlər, məmurlar başqa şəxslərin adlarına qurduqları biznesləri, aldıqları əmlakların sahibi olaraq qalırlar. Eyni zamanda onların xaricdəki biznesləri, əmlaklarına toxunulmur. Yəni, kriminal yollarla əldə etdikləri milyonların sahibi kimi qalırlar.
Bəziləri xarici qüvvələrə bağlı olan, “5-ci kaılon”u təmsil edən, hətta ermənilərə yaxın qohumluq əlaqələri olan bu məmurların əllərində belə böyük kapitalın qalması Azərbaycan dövləti üçün təhlükəlidir. Bir-birləri ilə sıx əlaqədə olan və eyni mərkəzdən idarə olunan bu şəbəkə əllərindəki nəhəng kapitalla dövlətin siyasi kursunu, həyata keçirdiyi sosial-iqtisadi siyasətini sabotaj edə bilərlər. Son dövrlər ortaya çıxan faktlar belə cəhdlərin olduğunu da düşünməyə əsas verir.
Onların hamsını həbs etmək də imkansız görünür. Həbs edilənlər də hüquq mühafizə, məhkəmə orqanlarında, habelə penitensiar sistemdə bu şəbəkəyə bağlı olan şəxslərin əlilə qısa müddətdə azadlığa çıxmağa nail olurlar. “MTN işinə”, “Rabitə işinə” görə tutulanların əksəriyyətinin çox qısa müddət sonra azadlığa çıxması, bəzilərinin hətta əmlaklarını da geri alması buna əyani sübutdur...
Son vaxtlar oğurlanmış sərvətlərə maliyyə amnistisiyasının verilməsinin gündəmə gətirilməsi də bu şəbəkənini maraqlarına xidmət edir. Hətta mümkündür ki, onların diktəsi ilə bəi deputatlar parlamentə çıxış edərək bu barədə qanun layihəsinin qəbul edilməsini təklif ediblər.
Qeyd edək ki, dünyada tətbiq edilən bu model ölkədən çıxarılan vəsaitlərin cinayət tətbiqi olmadan geri qaytarılmasını və iqtisadiyyatın müxtəlif sahələrinə yatırılmasını ehtiva edir. Çünki məmurlar onları dünyanın müxtəlif offşor zonalarında fərqli adlar altında gizlədiblər, onların aşkar olunması və geri qaytarılması mexanizmi ya yoxdur, ya da olduqca mürrəkbədir, uzun illər tələb edir. Bu model bəzi inkişaf etmiş ölkələrdə tətbiq edilib və uğur qazanıb.
Azərbaycanda isə eyni nəticənin təkrar olunmasına ümidlər azıdr. Əvvəla, bu məmurların xarakteri, ölkəyə, xalqa yad olmamaları ilə bağlıdır. Oğru məmurların ailə üzvlərinin əksəriyyəti xaric ölkələrin vətəndaşlığını alaraq Azərbaycandan çoxdan qopublar. 44 günlük Vətən müharibəsi zamanı onların əlini tərpətməməsi "vətənpərvərliklərinin" bariz sübutudur. Eyni zamanda ermənilərlə qohum olan, “5-ci kalon”u təmsil edən bu şəxslər Azərbaycan dövlətinin inkişafına deyil, daha da zəifləməsinə çalışdığından onlar xaricə daşıdıqları milyardları heç bir halda ölkəyə qaytarmazlar.
İkincisi, bu adamılar kriminal yolla əldə etdikləri kapital hesabına ölkə iqtisadiyyatının müxtəlif sahələriniı nəzarətə götürmələrinə imkan vermək təhlükəlidir.
Bəs, neft bumu illərində ölkənin sərvətinin əhəmiyyətli hissəsini oğurlamış məmur çetesinə qarşı hansı mübarizə üsulları effektli ola bilər?
İlk növbədə bu məsələdə ictimai dəstəyin əldə olunması vacibdir. Doğrudur, cəmiyyət korrupsioner məmurların həbsinə sevinir. Amma cinayətkar məmurların qısa müddətdə azadlığa çıxmasını, bir çoxunun ümumiyyətlə məsuliyyətə cəlb olunmamasını, oğurladıqları sərvətlərin böyük hissəsini sahib olaraq qalmalarını, övladlarının xaricdə kef içində yaşadıqlarını görüb, məyus olur.
Buna görə də ictimaiyyət oğru məmurlara qarşı daha sərt və şəffaf tədbirlərin gözləməsini gözləyir. Oğru məmurların və onların ailə üzvlərinin ən ağır cəzalara məhkum edilməsi, onların aministiya və əfvdən yararlanmasının qadağan olumnması, sərvətlərinin isə şəffaf şəkildə müsadirə olunaraq, bu məqsədlə yaradılan xüsusi fonda ötürülməsi bu gözləntiləri doğrulda bilər.
Eyni zamanda məmurların xarici ölkələrdə övladlarının və başqa şəxslərin adlarına aldıqları əmlakların Azərbaycan dövlətinin mülkiyyətinə verilməsi istiqamətində geniş miqyaslı tədbirlərin həyata keçirilməsinə start verilməlidir. Bu zaman hüquqi müstəvidə mübarizə aparmaqla yanaşı başqa təzyiq vasitələrindən istifadə etməkdən çəkinilməməlidir.
Belə bir təcrübə qardaş Türkiyədə mövcuddur. 2016-ci ildə xaricidəki məlum hərbi-siyasi qüvvələrin diktəsi ilə Türkiyədə çevrilişə cəhd edən FETÖ terror təşkilatına qarşı illərdir davam etdirilən əməliyyat zamanı müsadirə olunan əmlaklar, pul vəsaitləri xüsusi fonda yerləşdirilir.
Sonra həmin vəsaitlər şəffaf şəkildə ölkənin müxtəlif problemlərinin həllinə sərf edilir. Cəmiyyət bu prosesi alqışlayır, nəticədə vətəndaşlar, dövlət bu işdən əhəmiyyətli dərəcədə faydalanırlar. Azərbaycanda da hökumətin bu təcrübəni öyrənilməsi və tətbiq etməsi eyni nəticəni doğura bilər. "AzPolitika.info"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Bu gün, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
|