Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                     Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                     Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                 

Çarəsiz sahibkarlar Azərbaycan məhkəmlərindən ƏLLƏRİNİ ÜZÜBLƏR... - NARAZILIQ!
Tarix: 18-08-2021, 09:30 | Çap et
Çarəsiz sahibkarlar Azərbaycan məhkəmlərindən ƏLLƏRİNİ ÜZÜBLƏR...
Uzun müddətdir ki, paytaxt Bakının ən elitar ərazisində -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən "Yasmin" biznes mərkəzindən, külli miqdarda pullarını ödəməklə, özlərinə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamının olmazın haqsızlıqlarla üz-üzə qalmaları barədə, ölkə ictimaiyyəti də məlumatlıdır. Onu da bildiririk ki, haqları tapdanan bu sahibkarlar “Mars -- M” MMC-nin və “XalqBank”ın iştirakçısı olduğu tikinti fırıldağının qurbanlarıdırlar. Bu fırıldaq işlərində, bir neçə aidiyyatı dövlət qurumu da, hansısa formada rol oynayıb. Müəyyən iddialara görə, fırıldaq əməllərini ört-basdır etmək üçün, bu günə kimi, həm hüquq-mühafizə orqanları, həm də məhkəmələr hansısa maraqlar çərçivəsində 5 milyon manatdan çox ziyana düşmüş həmin obyekt və ofis sahiblərini öz investisiyalarından məhrum etməyə çalışırlar.

Xeyli müddətdir ki, burada baş verən qalmaqallı olaylarla bağlı, ölkə mətbuatı ilə bərabər, araz.az saytı da onlarla yazı dərc edib. Onu da qeyd edək ki, bu iş adamları, son ümid yeri olaraq, bu ciddi məsələ ilə bağlı, ölkə başçısı möhtərəm İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da müraciətlər ünvanlayıb və bu etiraz yazılarında, üzləşdikləri bu cinayət əməlinin yalnız onlara qarşı deyil, eyni zamanda dövlətimizə, xalqımıza, cənab Prezidentin yürütdüyü daxili siyasətə qarşı olduğunu da xüsusi vurğulayırlar. Onlar, ölkə rəhbərinə və Birinci vitse-prezidentə ünvanladıqları həmin müraciətlərində: "Sizdən xahiş edirik ki, bu məsələni şəxsi nəzarətinizə götürüb, haqq-ədalətin bərpa olunmasında bizə kömək əlinizi uzadasınız! Çünki "XalqBank" "Yasmin" biznes mərkəzini, məhkəmələr gedə-gedə hərraca çıxarmaqla, biz sahibkarlara hərtərəfli ciddi zərbələr vurur!” -- deyə, öz kəskin etirazlarını bu sözlərlə ifadə edirlər.

Unutmaq olmaz ki, cənab Prezident öz çıxışlarında dəfələrlə sahibkarlığın inkişafına mane olmaq istəyənləri, Azərbaycana xəyanət edən qatı düşmən hesab etdiyini bildirib. Yəni, ölkə rəhbəri dönə-dönə vurğulayıb ki, ölkənin uğuru onun biznesinin inkişafından daha çox asılı olduğu üçün, bu məqsədlə ortaya qoyulan dövlət siyasətinə, prezidentin siyasi iradəsinə hörmət və ehtiram göstərilməli, dövlət qurumları bu inkişafa maneçilik törətməməli, əskinə, daha yaxından kömək edib, şərait və imkan yaratmalıdırlar. Cənab Prezidentin bu yöndə etdiyi çıxışların varlığına baxmayaraq, ölkə biznesinin inkişafına əngəl olan məmurlar, eləcə də "XalqBank" ASC-də və "Mars -- M" MMC-də məsul vəzifə tutanlar, Yasmin» biznes mərkəzindəki 20 nəfərdən çox obyekt və ofis sahibinin başlarına olmazın oyunlar gətiriblər. Baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2017-ci il tarixli və Ali Məhkəmənin 18 oktyabr 2017-ci il tarixli ədalətli qərarları ilə, zərərçəkən bu sahibkarların mülkiyyət hüquqları müdafiə də olunub. Di gəl ki, sahibkarların hüquqlarını müdafiə edən həmin qərarları isə, Konstitusiya Məhkəməsi özünün 18 iyul 2018-ci il tarixli Qərarı ilə ləğv edib və Ali Məhkəmənin Plenuma göndərməsini məqsədəuyğun hesab edib. Bu isə, Konstitusiya Məhkəməsində qol qoyulan ciddi qanun pozuntusu kimi, kəskin etirazlarla qarşılanıb. Daha sonra, Plenum işə Apellyasiya Məhkəməsində ətraflı baxılması üçün, Qərar qəbul edib. Nə olsun!.. "Çevir tatı, vur tatı!" həmişə öz sözünü deyib. Ümumiyyətlə, obyekt sahibləri bu yöndən baş verənlərin hər birini əsl cinayət hadisəsi kimi qiymətləndirirlər.

Qeyd edək ki, iddiaçı obyekt və ofis sahibləri Əliyev Elçin Vahid oğlu, Məhərrəmov İlqar Sübhi oğlu, Məmmədova Ruhiyyət Əksəriyyət qızı, Quliyev Sahib Həmid oğlu, Hüseynov Anar Allahverən oğlu, Zamanov Ədalət Rəhman oğlu, Kazımov Zülfüqar Musa oğlu, Bağırova Natəvan Şəmistan qızı, Mahmudov Akif Bilal oğlu, Mahmudov Azər Akif oğlu və Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızı... cavabdehlər “XalqBank” və “Mars -- M” arasında bağlanmış 8 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair, İddia Ərizəsi ilə, bir daha məhkəməyə müraciət etsələr də, Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(005)-512/2020 saylı Qətnaməsi ilə, iddia tələbi təmin olunmayıb. İddiaçılar bu Qətnamədən apellyasiya şikayəti versələr də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli 2(103)-8277/2020 saylı Qətnaməsi ilə apellyasiya şikayətini təmin etməyib. Məcburiyyətdən, iddiaçılar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya Şikayətlərini təqdim ediblər və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci tarixli 2(103)-8277/2020 saylı Qətnaməsinin ləğv olunmasını istəyiblər.

İddia tələbinin təmin olunması barədə Qərar qəbul olunmasını xahiş edənlər, bu dəfə də, haqsızlıqla üzləşiblər. Bu günlərdə, Ali Məhkəmənin Mülki Kollegiyası onların Kassasiya Şikayətindəki tələbələrini təmin etməyib və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qərarını qüvvədə saxlayıb. Bütün bunlar bir daha onu sübut edir ki, “Xalq Bank”ın başında duranların yuxarılara bağlılıqları danılmaz həqiqətdir. Onların məhkəmə hakimlərinə hansısa yollarla təsir göstərərək, istəklərinə nail ola bilmələri elə də çətin olmur.

Sonda onu da bildirək ki, “Mars -- M” MMC-nin və “XalqBank”ın fırıldağına məruz qalan və mülkiyyət hüquqları pozulan bu sahibkarlar, ölkədə ədalətli açıq məhkəmə prosesinin təmin edilməməsi ucbatından, məcburiyyətdən, pozulmuş hüquqlarının bərpa olunması məqsədilə, son ümid yeri olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmağı qərara alıblar.
Mövzu maraqlı olduğu üçün, diqqətdə saxlayacağıq.
araz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru