ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                     İrəvan meriyasında əməliyyat keçirilib, .....                     Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə .....                     İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? .....                     Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                     AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır .....                     "İndi amerikalılar özləri etiraf edirlər ki..." .....                     “ForFinance” adlı BOKT yaradıldı .....                     Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib .....                     Litva şirkəti Azərbaycan bazarından gedir .....                     Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI .....                 

"Bir savadlı kadr tapmırıq ki..." - Göyçay sanki QUYUNUN DİBİNDƏ QALIB...
Tarix: 20-12-2022, 10:35 | Çap et
"Bir savadlı kadr tapmırıq ki..."
Göyçayda əhali internetin sürətindən və tez-tez kəsilməsində narazıdır. Onlar deyirlər ki, son bir ayda durum daha da pisləşib.

Sakinlərin sözlərinə görə, bu vəziyyət rayon mərkəzindən daha çox uzaqda – kəndlərdə müşahidə olunur.

Göyçayın 55 kəndi var, çoxu da kiçik kəndlərdir.

Amma nisbtən böyük kəndlərdə də bu problemlərin müşahidə olunduğu deyilir.

Məsələn, rayonun Çaxırlı kəndində 600-dən çox təsərrüfat var ki, onlardan təxminən 200-də internet xətti var.

Sakinlər deyirlər ki, internetin çəkilişi telefon xətti və nömrəsinə bağlı olur və bu da əlavə xərc tələb edir. Üstəlik, xərc çəkib də çəkdirənlər internetdən normal istifadə edə bilmirlər.

“Xətlər yamaq olduğundan hörümçək toruna bənzəyir”

Kənd sakini Orucəli Qəribov Meydan TV-yə bildirib ki, kənddə xətlər və dirəklər yarasız haldadır:

“Xətlər yamaq olduğundan hörümçək toruna bənzəyir, dirəklər isə ağacdan olduğundan çürüyüb. Mütəxəssis isə çatışmır. Yeni fiber obtik internet xətlərin çəkilişi gecikir”.

“Aztelekom”un çəkdiyi xətlər də köhnədir. Şikayətlər hər gün artır. Bir yaşlı montyor var, o da yaramır, heç çatdırıb baxa da bilmir. Bir savadlı kadr tapmırıq ki, bu kənddəki internet probleminin səbəbini deyə bilsin. Məsələn, evə çəkdirdiyim modem köhnə buraxılış idi, işləmədi. Dedilər ki, yenisini al. Gedib 50 manat təzəsini aldım, o da işləmədi. Yəni o modem alınandan sonra komputerim internetə qoşulmur, çünki problem internet xəttindədir”, – deyə Çaxırlı sakini bildirib.

Orucəli Qəribov deyir ki, normal internetin verilməməsinə baxmayaraq, aylıq abunəhaqqı bir gün geciksə, internet kəsilir:

“Hər ay 15 manat ödəyirik. Bir gün geciksə, interneti kəsirlər. Amma bir ay bizə elə internet verirlər ki, ona internet demək olmaz, ancaq adı var. Şikayət də edirsən, baxan yoxdur. Xətti dəyişməyə də imkanımız yoxdur, vətəndaş nə ilə 300-400 metr naqili alsın?. İkincisi də, problem təkcə xətlə bağlı deyil axı, sürəti də aşağı salıblar”.

“Bir bəhanələri var ki, xətt köhnədir”

Kənd sakinləri deyir ki, xətlər və dirəklər köhnə olduğu üçün adi bir külək əsəndə qırılıb tökülür, onlar da günlərlə internetə həsrət qalırlar.

Çaxırlı kənd sakini Bəkir Qasımov on ildir ki, internet çəkdirib. Dediyinə görə, xərci 300 manatdan çox olub. İki dəfə naqili dəyişsə də, problem aradan qalxmayıb. Son bir ayda cəmi iki gün internetdən normal yararlana bilib.

“Məhəllədə 20 ailə yaşayır. Bütün qonşular şikayətçidir, sürət ölüb, tez-tez də kəsinti olur. Göyçay Telekommunikasiya Qovşağına müracitlər də nəticə vermir. “Aztelekom”a getdik, dedilər ki, problem xətlə bağlıdır, modemlikdir filan. Bir bəhanələri var ki, xətt köhnədir. Yaxşı, tutaq ki, mənim modemim köhnədir, axı qonşu təzə çəkdirib. Onun da evində eyni problem yaşanır. Mən də iki dəfə xətti dəyişmişəm. Bəs niyə nəticə yoxdur. Əvvəl 10 manatlıq, üstəgəl, 3 manatlıq da telefon pulu ödəniş olurdu. Sonradan interneti 15 manata qaldırdıq. Lap 20 manatlıq da istifadə etsək, yenə düzəlməyəcək”, – Bəkir Qasımov belə deyir.

“İmkanım yoxdur, ona görə internet çəkdirə bilmədim”

Bəkir Qasımov deyir ki, internetin çəkilişi də çox xərc tələb edir. Buna da hər kəsin imkanı olmur. Odur ki, ucqar və kiçik kəndlərin çoxunda internet yoxdur. Bu isə vətəndaşları ünsiyyət qurmaqda, informasiya almaqda geri salır:

“Məhəllənin girişinə qədər çəkirlər. Oradan evlərə mis kabel xətti çəkdirmək artıq vətəndaşın öhdəliyinə düşür. Hər ailəyə 100 manat. Elə adam var ki, 2 km uzaqa yaşayır. O necə çəkdirsin? Hamının da gücü çatmır axı. Metrəsi 50 qəpikdir. Əvvəl 30 qəpik idi. Əvvəlki xətlərə də 200-300, hətta 500-600 manat xərc çıxır. İmkanım yoxdur deyə çəkdirə bilməmişəm. Ancaq uşaqların təhsil üçün vacindir. Kəndlərdə çox adam imkansızlıqdan internet çəkdirə bilmir”, – Ləkçıplaq kənd sakini Vüsalə Əhmədova isə belə deyir.

“Bu, həm vəsait, həm də vaxt aparan işdir”

“Rayonun böyük yaşayış məntəqələrindən olan Alpoud kəndində də durum lap bərbaddır”.

Bunu isə kənd sakini Əliheydər Rzayev deyir.

Onun sözlərinə görə, kənddə 500-dən çox ailədən yalnız 20-si internet çəkə bilib: “Çoxlu sayda rəsmi müraciət olsa da, kənddə rabitə xətti olmadığından vətəndaşlar illərdir ki, internetin çəkiləcəyini gözləyirlər. Bu üzdən insanlar mobil internet paketlərindən yararlanırlar. Bu da əlavə xərcə səbəb olur”.

Əliheydər Rzayev deyir ki, kəndə avtomat qovşaq stansiya aparatı olsa da, indiyə qədər quraşdırılmayıb.

O bildirib ki, kənddən 80-dən çox ailə internetin çəkilməsi ilə bağlı müraciət etsə də, onlara da müsbət cavab verilməyib:

“Sakinlərə deyiblər ki, yuxarı instansiyalara yazın. Onlar texniki xərclər üçün vəsait ayırsalar, interneti çəkərik. Biz dəfələrlə demişik ki, pandemiya dövründə onlayn dərslər zamanı uşaqlarımız zülm çəkdilər. Demək olar ki, dərs keçilmədi, uşaqların iki ili boşa getdi. Bəzi adamlar mobil internetdən istifadə edirdilər, o da çox xərc aparırdı”.

“Məktəblərdə nə düzgün kompüter dərsləri keçirilir, nə internet var”

Sakinlərdən Tural Əliyev rayonun Mırtı, Alıkənd, Şıxbəy, Şıxəmir Kürdəmiş, Müskürlü, Bığır kimi kəndlərində də eyni durumun olduğunu deyir:

“Orta məktəblərdə də nə müəllimlər, nə şagirdlər internetdən yararlana bilir, nə də düzgün kompüter dərsləri keçə bilirlər”.

2017-ci ildən etibarən rayonun bir çox kəndlərində fiber-optik internet xətlərinin çəkilməsinə başlanılıb.

Bələdiyyə sədri də problemlərin olduğunu deyir…

Göyçay sakini Sərkər Süleymanov Meydan TV-yə deyib ki, sədri olduğu Şıxbəy, Şıxəmir və Məlikkənd bələdiyyəsində ancaq Şıxbəyə yeni internet xətti çəkilir və artıq işlər yekunlaşmaq üzrədir.

O, Məlikkəndlə Çaxırlının növbədə olduğunu qeyd edib. Sakinlərin şikayətlərinə gəlincə, bələdiyyə sədri problemlərin olduğunu da deyir.

Göyçay Telekommunikasiya Qovşağı iddiaları bölüşmür

Göyçay telekommunikasiya qovşağının rəhbəri Eynulla Məmmədov Meydan TV-yə bildirib ki, rayonda davamlı internet var.

O, sakinlərin şikayətlərə baxılmaması ilə bağlı iddiasını bölüşmür. Qeyd edir ki, bütün şikayətlərə araşdırılır, müvafiq tədbirlər görülür:

“İnternetlə bağlı şikayətlər gərək fərdi qaydada edilsin. Bəzən bizə müraciət daxil olanda gedib görürük ki, problem vətəndaşın evinin içindədir. Kəsintilər əsasən xətt və dirəklərlə bağlı deyil, modemlərlə bağlı olur. Mən rayonda internetl bağlı davamlı problemlərin olduğunu müşahidə etməmişəm. Hazırda rabitə sahəsində də ciddi nöqsan görmürəm”.

Eynulla Məmmədov bir çox kəndlərdə internetin olmamasını da vətəndaşların müraciət etməməsi ilə əlaqələndirib:

“İnternet çəkilişində xərcin çoxu vətəndaşa aiddir. Gərək vətəndaşların istəyi olsun ki, internet çəkilsin”.

Məktəblərdə yaşanan problemlərə gəlincə, qovşaq rəhbəri bildirib ki, rayonda mövcud şəhər məktəblərinin hamısı, kənd məktəblərindən isə 10-u fiber-optik internetlə təmin olunub:

“Digər kənd məktəbləri isə gözləmə növbəsindədir. Dörd kənddə fiber-optik internetin çəkilişi bitib, beşində isə çəkiliş davam edir. Layihənin isə nə vaxt bitəcəyi bilinmir. Düzdür, çox ucqar kəndlərimizə hələ internet çəkilməyib. Alpoud, Şıxəmir kimi digər kəndlər də var ki, məhəllələrin çoxunda əvvəldən kabelləşmə getməyib deyə internet çəkilməyib. Belə texniki imkan olmayan yerlərimiz var. Amma rayonun Bəydövül, Xəlitli, Yeniarx, Müskürlü kəndlərinə fiber-optik internet çəkilib və istifadəyə verilib. Çayarxı, Yalman, Qaraman, Məlikkənd, yəni Şıxbəy istiqamətində işlər həyata keçirilir”.

Elm və Təhsil Naziri Emin Əmrullayev isə keçirdiyi brifinqdə jurnalistlərə bildirib ki, ölkə üzrə 4 331 məktəb artıq Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub.

Nazir deyib ki, onların həm internetlə, həm də komputerlə təminat məsələsi gündəmdədir:

“Məktəblərimizin 1 235-i fiber-optik internetlə təchiz olunub. Yalnız bu il 403 təhsil müəssisəsi lokal şəbəkələrdə müvafiq olaraq yüksək sürətli internetlə təmin edilib. Bundan əlavə, bu il ərzində maksimal rekord sayda – 30 minə yaxın məktəbə kompüterlər verilib”.

“Növbəti ildə bu rekord yenilənəcək. Biz 45 minə yaxın kompüterin verilməsini planlaşdırırıq. 2026-cı ilə qədər şagird-kompüter nisbətini 6/1-ə çatdırmağı planlaşdırırıq. Məlumat üçün deyim ki, hazırda təxminən bu nisbət 18-20/1 civarındadır”, – deyə Əmrullayev qeyd edib.

Rəsmi məlumata görə, ölkə üzrə indiyədək 650 minə yaxın ev təsərrüfatı fiber-optik internetlə təmin olunub.

Meydan TV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14
Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru