Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                     “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır .....                     1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR .....                     Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib .....                     Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                     USAID onlara görə bağlandı: .....                     Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək .....                     "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." .....                     Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb .....                     Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? .....                     "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." .....                     92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı .....                     Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? .....                     Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı .....                     İnternetdən alış-veriş edərkən diqqətli olun! .....                     Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub .....                 

"Mənim körpə övladımla açıq şəkildə alver edirlər..." - ÖZBAŞINALIQ!
Tarix: 29-11-2023, 11:33 | Çap et
"Mənim körpə övladımla açıq şəkildə alver edirlər..."
“Mənim körpə övladımla açıq şəkildə alver edirlər. Nə Allahdan, nə də qanunlardan qorxurlar. Cəmi 6 aylıq ikən əlimdən zorakılıqla alınan körpəmi geri qaytarmaq üçün 1 il 8 aydır ki, hüquq-mühafizə orqanlarının, məhkəmələrin qapılarında sürünürəm. Nə mənim bir ana kimi fəryadımı eşidən var, nə anasız buraxılan körpəmə yazığı gələn, nə də qanunlara əməl edən. Çarəsiz buraxılmışam, dövlətimdən kömək istəyirəm!”.

Bu fikirlər hazırda Qəbələ rayon Xırxatala kəndində yaşayan, 1 il 8 aya yaxındır ki, südəmər körpəsi əlindən alınan Səmədli Fəridə Vaqif qızının Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimova və Ədliyyə naziri Fikrət Məmmədova müraciətindən götürülüb.

Bu haqda məlumat verməzdən öncə xatırladaq ki, bu yaxınlarda saytımızda südəmər körpəsi əlindən alınan Səmədli Fəridə Vaqif qızının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciət dərc olunub. (bax:) Həmin müraciətdə F. Səmədli qarşılaşdığı təfsilatı ilə qeyd edib.

Fəridə Səmədlinin İnam Kərimov və Fikrət Məmmədova müraciətində də qeyd olunan həmin faktları oxucuları yormamaq üçün təkrar dərc etmirik. Tanış olmayanlar həmin müraciətə bu linkdən baxa bilərlər.

Qeyd edək ki, mütəmadi olaraq keçmiş həyat yoldaşı Elvin Səmədli və onun ailəsi tərəfindən ağır işgəncələrə məruz qaldığı üçün ayrılmağa qərar verən F. Səmədlinin həmin vaxt 6 aylıq olan körpəsi əlindən alınıb.

“Həmin vaxtdan artıq 1 il 8 aya yaxın müddət keçir ki, mən övladıma həsrət qalmışam. Nəinki onu görməyimə, hətta səsini duymağıma belə imkan vermirlər. Bir ana kimi işgəncələrin ən dəhşətlisini yaşayıram!”, – deyə F.Səmədli müraciətində bildirib.

Qeyd edək ki, bu 1 il 8 ayı F.Səmədli və ailəsi məhkəmə qapılarında keçiriblər. Bununla bağlı F. Səmədli müraciətində yazr:

“Keçmiş həyat yoldaşım Sabunçu rayonunda yaşamasına, hətta orada mağaza müdiri işləməsinə baxmayaraq başqa ərazidə qeydiyyatda olduğu əsas (bəlkə də bəhanə) gətirilərək müraciətimə baxılmasını bacara bildikləri qədər uzatdılar. Təbii ki, mənə övladımı əlimdən almaq üçün hər şeyi edəcəyini bildirən keçmiş həyat yoldaşımın qanunsuz və dolayı yollarla məhkəmələrə də müdaxiləsi nətəcində...

Sabunçu rayon Məhkəməsi xeyli müddət gözlədikdən sonra işə baxmayıb Qəbələ rayon Məhkəməsinə göndərdi. Qəbələ rayon Məhkəməsi 3 aya yaxın gözlədikdən sonra hazırlıq iclasında hakim işə baxa bilməyəcəyini bildirərək işi keçmiş həyat yoldaşımın qeydiyyatda olduğu Ağdam rayon Məhkəməsinə göndərdi.

Həmin vaxt məhz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət etdikdən və onun tərəfdən müraciətim nəzarətə götürüldükdən sonra Ağdam rayon Məhkəməsində işə baxılmağa başlanıdı. Ancaq burda proses mümkün qədər uzadıldı. Qarşı tərəfin hətta qanunsuz vəsatətləri belə təmin olundu. Ən son tarixlərə təyin edilən məhkəmə proseslərinin yekununda Ağdam rayon Məhkəməsinin hakimi Rafiq Qurbanov övladım Yunus Səmədlinin ana kimi mənim himayəmə veriməsinə dair qətnamə çıxardı. Bundan sonra qarşı tərəf apellyasiya şikayəti verdi. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı. 2 ay da qarşı tərəfin Ali Məhkəməyə müraciət edə biləcəyi gözlənilərək, qərarın icraya yönəldilməsi gecikdirildi. Ancaq qarşı tərəf Ali Məhkəməyə müraciət etmədi.

Hörmətli İnam müəllim, hörmətli Fikrət müəllim!

Uzun ayrılıqdan sonra nəhayət övladıma qovuşacağımı gözlədiyim halda bu dəfə yeni bir problem yaratdılar. Belə ki, məhkəmə qərarının icrası üçün Ağdam rayon İcra Şöbəsinə müraciət etdik. Ordan keçmiş həyat yoldaşımın Sabunçu rayonunda yaşadığı əsas gətirilərək icra məktubununun Sabunçu İcra Şöbəsinə göndərildiyi bildirildi.

Dəfələrlə müraciət etdikdən sonra noyabr ayının əvvəlində Sabunçu rayon İcra Şöbəsinə işin icra məmuru Hafiz İsrafilovun nəzarətində olduğu bildirildi. Bu dəfə də icra məmuru məhkəmənin qərarını yerinə yetirə bilməyəciyini bəyan etdi. Ağdam rayon İcra Şöbəsindən onlara yalnız aliment qərarının icrasının təmin olunmasına dair məktub gəldiyini iddia edirlər. Ağdam rayon Məhkəməsinin 2 (103) -245/2023 saylı qətnamənin qət edirəm hissəsində “03.08.2021-ci il təvəllüdlü Səmədli Yunus Elvin oğlunun anası, iddiaçı Səmədli Fəridə Vaqif qızının himayəsinə verilsin” ifadəsi qeyd olunsa da, İcra Şöbəsi bunu icra etməkdən imtina edir. Sabunçu İcra Şöbəsinin icra məmuru Hafiz İsrafilov məhkəmənin bu qərarının övladımın mənə verilməsi üçün əsas yaratmadığını bildirir”.

F. Səmədli müraciətdə bildirir ki, Sabunçu İcra Şöbəsi əvvəlcə bu qərarı icra etməkdən imtina etməsinin səbəbini belə izah etmirdi: “Ağdam İcra Şöbəsindən onlara övladımın mənə alınıb verilməsinə dair məktub göndərmədiklərini iddia edir. Məsələni Ağdam İcra Şöbəsi ilə “həll etməyimizi” məsləhət bilirdilər.

Ancaq Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya müraciət etdikdən sonra Sabunçu İcra Şöbəsindən bizə bildirdilər ki, problemi yaradan Ağdam rayon Məhkəməsinin hakimi Rafiq Qurbanovdur. İddia edilir ki, hakim Rafiq Qurbanov qəsdən qətnaməni “03.08.2021-ci il təvəllüdlü Səmədli Yunus Elvin oğlunun anası, iddiaçı Səmədli Fəridə Vaqif qızının himayəsinə verilsin” kimi çıxarıb. Qətnamənin icrası üçün guya ora “atasından alınıb” sözü də yazılmalı imiş.

"Mənim körpə övladımla açıq şəkildə alver edirlər..."

Sabunçu İcra Şöbəsindən o da bildirilir ki, bununla bağlı Ağdam rayon Məhkəməsinə izah vermək üçün müracət ediblər. Ancaq üzərindən 10 günə yaxın vaxt keçsə də, hər hansı bir cavab almayıblar. Bizə bildirilir ki, hakim Rafiq Qurbanov belə bir izahı verməkdən imtina edir. Deyir ki, qətnamə necə yazılıb, elə də icra olunmalıdır. Vəkilimizin bununla bağlı müraciətlərinə isə cavab verilmir.

Hörmətli Fikrət müəllim! Hörmətli İnam müəllim!

Biz sadə insanlarıq, hüquqi savadımız yoxdur! Ancaq vəkilimizin yazdığı iddia ərizəsində də övladımın keçmiş həyat yoldaşımdan alınaraq ana kimi mənim himayəmə verilməsi tələbi qoyulub. Hakimin çıxardığı qətnamədə də övladımın mənim himayəmə verilməsi əksini tapır. Ancaq indi isə 2 dövlət orqanın təmsilçiləri məsuliyyəti bir-birinin üzərinə ataraq ana kimi mənim haqqımı və qanunlarımı pozurlar. Mən nə edim, Siz deyin?!

Dövləti təmsil edən, dövlətin adından qərar çıxaran insanlar bu cür söz oyunu ilə qanunları pozacaqsa, vətəndaş kimdən, hardan kömək istəsin?!

Hörmətli İnam müəllim, hörmətli Fikrət müəllim!

Keçmiş həyat yoldaşım mağaza müdiridir, maddi imkanları var. Açıq şəkildə deyir ki, hamını “razı salmışam”. Belə çıxır ki, mənim körpəmi alver predmetinə çeviriblər. Sizdən xahiş edirəm, məmim körpəmlə kimin, hansı orqanın - Sabunçu İcra Şöbəsinin,onun rəisinin, yoxsa Ağdam rayon Məhkəməsinin, hakimin alver etdiyinin araşdılmasına, günahkarların cəzalandırılmasına, məmim qanuni haqqımın təmin olunmasına kömək edəsiniz! Sizə bir ana kimi yalvarıram, müraciətimi şəxsi nəzarətinizə götürəsiniz, körpəmə ən qısa vaxtda qovuşmamı təmin edəsiniz!

Hörmətlə, Səmədli Fəridə Vaqif qızı (Tel: 051 535 17 93)”.

Qeyd edək ki, F.Səmədlinin müraciətindəki faktlar cinayət araşdırmasının başlaması üçün əsas sayıla bilər. Belə ki, ya dövlət adından çıxarılan qətnamə qəsdən yerinə yetirilmir, ya da hakim dövlət adından çıxardığı qətnamədə manipulyasiya edib. Bunun nəticəsində isə ana övladından məhrum edilir, hətta intihara sürüklənir. Bu isə dövlət qurumlarından birinin və ya hər ikisinin səlahiyyətli şəxslərinin insan alverində iştirakı ehtimalını yaradır. Bu iddia əlbəttə, araşdırılmalıdır! Günahın Sabunçu İcra Şöbəsininin sədri Füzuli Hüseynovdamı, Ağdam rayon Məhkəməsinin Rafiq Qurbanovdamı və ya başqa birində olduğu ictimaiyyətə açıqlanmalıdır.

Çünki bu cür faktlar Prezident İlham Əliyevin tapşırığı ilə məhkəmə-hüquq sahəsində başlanan islahatlara inamsızlıq yaradır. Dünyanın heç bir yerində, hətta sivil hüquq normalarının olmadığı ölkələrdə belə körpəni anadan ayırmırlar. Azərbaycanda isə iki ilə yaxındır ki, ana əlindən alınan körpəsini geri ala bilmir. Məhkəmə-hüquq sahəsində çalışan vəzifəli şəxslərin də bu işdə rol oynaması isə dövlətin imicinə ağır zərbə vurur.

Azərbaycan ictimaiyyəti, qadınların və uşaqların hüquqlarını qoruyan təşkilatlar, Ombudsman və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələni nəzarətə götürməlidir. Ana intihar etdikdən sonra məsələni araşdırmağın mənası olmur.

Yəqin ki, Ali Məhkəmənin sədri İnam Kərimov və Ədliyyə naziri Fikrət Məmmədov da bu məsələni diqqətdən kənarda qoymayacaq.

Mövzunu diqəqətdə saxlamağa çalışacağıq.

Mənbə: “AzPolitika.info”
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01
Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54
Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47
Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44
1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru