İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                 

Saatlıda dövlət büdcəsinə BÖYÜK XƏYANƏT - İTTİHAM VAR
Tarix: 22-02-2016, 10:22 | Çap et
Saatlıda dövlət büdcəsinə BÖYÜK XƏYANƏT
Saatlı rayonunda dəhşətli kopppusiya hallarının baş verdiyi ilə bağlı olduqca maraqlı məlumatlar ortaya çıxıb. Rayonun Bəylər kənd sakini İlqar Nuxuşovun açıqladığı həmin faktlardan belə başa düşülür ki, Saatlıda İcra Hakimiyyəti səviyyəsində talançılıq həyata keçirilib, ayrılmış dövlət vəsaitləri təyinatları üzrə xərclənməyib.

BAŞ MÜHASİBİ NECƏ ALDADIBLAR?

JAM.AZ-a açıqlama verən İlqar Nuxuşov bildirir ki, 1985-ci ildən Saatlı rayon Təhsil Şöbəsində mühasib vəzifəsində çalışıb. 2006-cı ildən isə yerli təhsil şöbəsində baş mühasib kimi işləyib. O qeyd edir ki, icra başçısının birinci müavini İlham Quliyev onu ötən ilin fevralında yanına çağıraraq, ərizəyislə işdən çıxmasını təklif edib. Bildirib ki, ona başqa bir yerdə yeni iş verdirəcək. «Ərizəm alındıqdan sonra 2015-ci ilin mayında mənə Saatlı Mədəniyyət və Turizm Şöbəsində mühasib vəzifəsinə təyin etdilər. Lakin elə həmin ilin 23 sentyabrında yenidən ərizəmi alıb, işdən çıxardılar. Bu günə qədər başa düşə bilmirəm ki, məni niyə işdən çıxarıblar?»

«QƏBULDA ACINDAN ÜRƏYİ GEDƏNLƏR OLURDU»

Keçmiş mühasib vurğulayır ki, dəfələrlə Saatlı İcra Hakimiyyətinə gedərək, işsiz olduğunu və yeni işlə təmin edilməsini istəyib. «Lakin orada baş verənlərdən, gördüklərimdən iyrənmişəm. Hər qəbula getdikdə mütləq Təcili Tibbi Yardım çağırılırdı. Ora gələn insanlar arasında acından ürəyi gedənlər, əsəb keçirənləri xəstəxanaya aparırdılar».

10 MİN MANATA MÜHASİB POSTU

Nuxuşov qeyd edir ki, onu sonuncu iş yerindən, yəni Mədəniyyət və Turizm Şöbəsindən çıxarılmasının səbəbini də sonradan bilib. Onun sözlərinə görə, şöbənin baş mühasibi postuna İlham adlı şəxs təyinat alıb. «Bu şəxs İlham Quliyevin adamıdır. Ondan 10 min manat alaraq, həmin vəzifəyə təyin edib. Ümumiyyətlə, 2009-cu ildən bəri Saatlı rayonunda bütün idarə və müəssisə rəhbərləri, habelə baş mühasiblərin hamısını İlham Quliyev təyin edib. Hamısı da öz adamları olub».

200 MİN MANAT MÜƏMMASI

Mühasib daha sonra bildirir ki, o da 2009-cu ildən etibarən icra başçısının birinci müavini İlham Quliyevin tapşırıqlarını yerinə yetirib. Amma məsələ təkcə tapşırıqların yerinə yetirilməsiylə də yekunlaşmayıb. Çünki ortada tərəflər arasında heç də kiçik məbləğlərdə olmayan həddə alver baş verib. Bunu İlqar Nuxuşov da təsdiqləyir.
O JAM.AZ-a verdiyi açıqlamasında vurğulayır ki, 2014-cü ilin dekabrında İlham Quliyevin göstərişi əsasında işlədiyi Təhsil Şöbəsinə aid bir məsələnin həlli üçün 200 min manat pul verib. Həmin pulu icra başçısının müavininə təqdim edib və üzərindən iki ay keçdikdən sonra işdən çıxarılması barədə xəbər alıb.

Nuxuşov bildirir ki, həmin 200 min manatı düzəltmək üçün o, 32 min manat kredit götürmək məcburiyyətində qalıb. Bu zaman işlədiyi Təhsil Şöbəsinin müəllimlərin adına xeyli miqdarda kredit yazdırmalı olub. «Həmin pulu işdən çıxarıldıqdan sonra ödəyə bilmirdim. Adına kredit götürdüyüm müəllimlər də haqlı olaraq Saatlı Prokurorluğuna müraciət etmişdilər. İfadəmdə vurğuladım ki, mən həmin pulu özüm üçün deyil, İlham Quliyevə vermək üçün götürmüşəm. Söhbət böyüdükdən sonra İlham Quliyev həmin pulu ödədi və məsələdə bağlandı».

ŞƏRİK İDARƏ MÜDİRLƏRİ

İlqar Nuxuşov JAM.AZ-a verdiyi açıqlamasında qeyd edir ki, son 8-9 il ərzində vəzifə başına gətirilənlərin əksəriyyəti İlham Quliyevin adamlarıdır. Xüsusən də baş mühasiblər. Keçmiş baş mühasib bunun səbəblərini də xırdalayıb.

O qeyd edir ki, 2009-cu ilə qədər Saatlı DSMF-nin müdiri işləyən hazırkı birinci müavin, yeni təyinat alan zaman yerinə Hafiz Miriyevi təyin etdirir. «Hafiz Miriyevi öz yerinə təyin etdirməkdə İlham Quliyevin məqsədi bu sahənin əlindən çıxmamasıydı. Çünki oranı hazırda da şərikli şəkildə işlədirlər».

Nuxuşov vurğulayır ki, bir müddət əvvəl dəyişdirilən Saatlı Təhsil Şöbəsinin müdirinin yerinə də elə kənar adam təyinat almayıb. Onun sözlərinə görə, hazırkı şöbə müdiri Zabit Rüstəmov İlham Quliyevin həmkəndlisi olmaqla yanaşı, həm də qonşusu və qohumudur. «Bu adamı da Təhsil Şöbəsinə müdir təyin edib ki, rahatlıqla yeyintilər edə bilsinlər».

UŞAQ BAĞÇALARINA AYRILAN PULUN 30 FAİZİ

İlqar Nuxuşov rayondakı dəhşətli yeyinti faktları ilə bağlı inanılmaz rəqəmlər açıqlayıb. Keçmiş baş mühasib təkcə təhsil sektorunda olan bir neçə faktın üzərinə gün salmaqla, nəinki İlham Quliyevin, hətta Saatlının icra başçısı Siraqəddin Cabbarovun belə məsuliyyətə cəlb edilməsi mümkündür.

Saatlı sakini bildirir ki, hazırda rayonda 19 uşaq bağçası var və onlara hər ay toplam 40-45 min manat ərzaq pulu ayrılır. «Lakin bu uşaqların yeməklərinin pulunun 30 faizi İlham Quliyevə çatır. Dilsiz, ağızsız uşaqların yeməyinə göz dikən birinin mənə və mənim kimlərə rəhm etməməsi də anlaşılandır».

BİRİNCİ MÜAVİN 320 MİN MANATI NİYƏ ÖZÜNƏ GÖTÜRÜB?

Şikayətçi qeyd edir ki, Saatlı rayonunda tenderlər üçün ayrılmış bütün vəsaitlər İlham Quliyevin nəzarəti altındadır və həmin pulların 20 faizi birbaşa ona çatır. «Buraya avadanlıqların və inventarların satın alınması xüsusi olaraq daxildir».

Amma JAM.AZ-a verdiyi açıqlamasında İlqar Nuxuşov qeyd edir ki, məsələ bununla da kifayətlənmir. Onun sözlərinə görə, bəzən İlham Quliyev ayrılmış pulun tamını özünə götürüb. «Təhsil Şöbəsinə tikinti üçün ayrılmış pulların bəzən hamısı, bəzən də yarısını İlham Quliyev özünə götürürdü. Məsələn, 2009-cu ildə ayrılmış 60 min manat, 2010-cu ildə tikinti üçün ayrılmış 60 min manatın hamısını İlham Quliyev özünə götürmüşdü. 2013-cü ildə təmir-tikinti işləri üçün 100 min manat ayrıldı və onu da İlham özünə götürdü. Amma 2014-cü ildə 100 min manatlıq bir ayırma olsa da, bu dəfə birinci müavin «insaflı»davranıb, onun 45 min manatını götürmüşdü».

Nuxuşov qeyd edir ki, bu qədər var-dövlət yığmasının səbəbi də odur ki, daha böyük imkanlara sahib olsun. «İlham Quliyevin hazırda nəinki Bakıda, hətta Türkiyədə də evləri var».

«YA İŞDƏN ÇIXMALISAN, YA DA…»

Saatlı Təhsil Şöbəsinin sabiq baş mühasibi sonda onu da vurğulayıb ki, rayonda İlham Quliyev və ətrafının tələbini yerinə yetirməmək imkansızdı. Onun sözlərinə görə, əgər sözügedən şəxslər bir nəfərdən işdən çıxması barədə ərizə istəyirlərsə, demək, bu mütləq olmalıdır. «Əgər etiraf edərsən və ya ərizə yazmaqdan imtina etmək fikrinə düşərsən, açıq şəkildə səni təhdid edərlər. Yəni, ya işdən çıxmalısan, ya da həbsə atılacaqsan».

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru