Əli İnsanovun "yadigarı", gizli oliqarx, büdcə pullarının qənimi və daha nələr... - İTTİHAM VAR
Tarix: 9-05-2016, 13:37 | Çap et
![Əli İnsanovun "yadigarı", gizli oliqarx, büdcə pullarının qənimi və daha nələr... Əli İnsanovun "yadigarı", gizli oliqarx, büdcə pullarının qənimi və daha nələr...](/uploads/posts/2016-05/1462786703_0001.jpg) Bildiyiniz kimi, ölkəmizdə hər il səhiyyə sektoruna külli miqdarda vəsait ayrılır. Həmin pullarla Bakıda, eləcə də yerlərdə fəaliyyət göstərən yüzlərlə səhiyyə müəssisəsi əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Əhalinin böyük hissəsi dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirir. Amma bütün bunlara baxmayaraq, ölkəmizin səhiyyə sektorunda bu gün də ciddi problemlər qalmaqdadır. Təbii ki, bu sahədə durumun bərbad halda olması Səhiyyə Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərin fəaliyyətsizliyi ilə bağlıdır. Gundelik-baku.com-un əməkdaşları səhiyyə nazirinin müavini Abbas Vəlibəyovla bağlı maraqlı araşdırma aparıblar. Araşdırmalar nəticəsində məlum olub ki, keçmiş səhiyyə naziri Əli İnsanovun yadigarı kimi tanınan bu şəxs düz 17 ildir ki, nazir müavini postunda çalışır. Məlumat üçün deyək ki, Vəlibəyov Abbas Soltan oğlu 1947-ci ildə Bərdə şəhərində anadan olub. 1965-ci ildə Bakı şəhəri 175 nömrəli orta məktəbi bitirib. 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun sanitariya- gigiyena fakültəsini bitirib. 1971-ci ildə Azərbaycan Mülki Aviasiya idarəsində həkim–epidemioloq, 1974-1988-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində həkim-inspektor, baş sanitariya epidemiologiya idarəsində rəis müavini, rəis vəzifələrində çalışıb. 1988-ci ildə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 1990-cı ildə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru, 1993-cü ildən isə Respublika Gigiyena və Epidemiologiya mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən bu günə kimi Səhiyyə Nazirinin müavini Azərbaycan Respublikası baş Dövlət Sanitar həkimi vəzifəsində çalışır. 1976-1977-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Moskva Mərkəzi Beynəlxalq Həkimləri Təkmilləşdimə İnstitutunda təşkil etdiyi 9 aylıq sosial gigiyena və səhiyyənin təşkili beynəlxalq kurslarında iştirak edib. 1980-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvüdür. Sosial gigiyena və epidemiologiya üzrə ali dərəcəli həkimdir. Bu məlumatlardan göründüyü kimi, Abbas Vəliyev artıq 36 ildir ki, nazirliyin kollegiyasında çalışır. Bunun 17 ilini nazir müavini kimi fəaliyyət göstərir. Ən maraqlısı isə odur ki, Abbas müəllimin 69 yaşı var və o pensiya yaşını 4 ildir ki, haqlayıb. Apardığımız araşdırmalar göstərir ki, uzun ilərdir nazir müavini işləyən Vəlibəyov ölkə səhiyyəsinin inkişafı məqsədilə heç bir iş görə bilməyitb. Əksinə onun adı Əli İnsanov nazir işləyərkən bir sıra əyri işlərdə hallandırılıb. İddialara əsasən, sabiq nazir tutduğu vəzifədən azad olunarkən Abbas Vəlibəyov böyük həyəcan yaşayıb, hətta onun səhhətində bir müddət problem belə yaranıb. Lakin sonradan kimlərinsə sayəsində nazir müavininin postuna olan təhlükə sovuşub. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, sakit bir insan təsiri bağışlayan Vəlibəyov əslində nazirliyin əsas fiqurlarından biri hesab edilir. Belə ki, nazirliklə bağlı olan kadr məsələlərin əksəriyyəti onun razılığı əsasında həyata keçirilir. Bundan başqa, səhiyyə müəssisələrinin təmir-tikinti işləri ilə bağlı elan edilən tenderlərdə də onun payının olduğu bildirilir. Məhz bu tip işlərə imza atan nazir müavini nəhəng biznes imperiyasına sahib çıxmağı bacarıb. Deyilənə görə, adıçəkilən məmurun Bakıda bir neçə klinikası, stomatoloji kabineti, aptekləri və digər ticarət obyektləri fəaliyyət göstərir. Maraqlıdır görəsən, o bütün bunları hansı vəsaitlə əldə edib? Bu arada, onu da bildirək ki, nazir müavini keçmiş rəhbəri Əli İnsanovla əlaqələrini kəsməyib. Əksinə onun tez-tez sabiq nazirə «peredaça» göndərdiyi, telefon əlaqəsi saxladığı iddia olunur. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Dünən, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Dünən, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Dünən, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Dünən, 16:05 |
|
|
|
|