Ağdam Suvarma Sistemləri İdarəsinin müdiri kəndlinin, fermerin belini qırır - NARAZILIQ VAR...
Tarix: 24-06-2016, 12:21 | Çap et
![Ağdam Suvarma Sistemləri İdarəsinin müdiri kəndlinin, fermerin belini qırır Ağdam Suvarma Sistemləri İdarəsinin müdiri kəndlinin, fermerin belini qırır](/uploads/posts/2016-06/thumbs/1466756540_01.jpg) Hazırda Ağdam rayonunda əkin sahələrinin suvarılmasında ciddi problemlər müşahidə olunur. Bunun əsas səbəbkarının Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdiri Hafiz Əzimzadənin oluduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi informasiyada deyilir ki, məhz buna görə də son zamanlar əhalilə Hafiz Əzimzadə arasında gərginlik getdikcə artır. Belə ki, Ağdam sakinlərinin uzun müddətdir ki, su problemilə üz-üzə qaldıqlarını bildirən mənbə iddia edir ki, rayonun suvarma sistemləri idarəsi rəhbərliyinin tapşırığına əsasən fermer və kəndlilərə suyun verilməsinə yasaq qoydurub: «Nəzərinizə çatdırım ki, ötən il Ağdam Suvarma Sistemləri İdarəsinə Ağdam rayonunda Atçılıq Zavodunun ərazisində qrunt sularının aşağı salınması üçün 386280 manat vəsait ayrılıb. Lakin deyilənlərə görə, həmin vəsaitdən qara qəpik də ərazidə qrunt sularının aşağı salınması üçün sərf edilməyib. Belə ki, ötən il Atçılıq Zavodunun ərazisində hər hansı melorativ işlər aparılmayıb. Sadəcə idarə müdiri Hafiz Əzimzadə ayrılan vəsaiti sənədləşdirərək nağdlaşdırıb. Hələ bu, harasıdır. Ötən il Meliorasiya və Su Təsərrüfatı ASC-dən Ağdam Suvarma Sistemləri İdarəsinə Ağdam rayon Ərgi Massivinin əkin suları ilə təmin olunmasının yaxşılaşdırılması üçün 1032000 manat vəsait ayırıb. Ancaq bu dəfə də ayrılan vəsaitin böyük bir hissəsi təyinətdankənar istiqamətlərə sərf olunub. Bir sözlə, idarə müdiri bu kimi yollarla şəxsi büdcəsini artırır və vaxtının böyük bir hissəsini maraqlarının təmin olunmasına yönəldir. Elə buna görə də o, rayon əhalisinin əkin sahələrinin susuzluqdan məhv olması kimi önəmli bir məsələyə barmaqarası baxır». Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdirinin Quzanlıda və Bərdədə bir neçə biznes obyektinin olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, Hafiz Əzimzadə uzun illərdir bu quruma rəhbərlik edir və dövlət büdcəsindən ayrılan vəsaitləri müxtəlif işlərin görülməsi adı altında silərək cibinə qoyur: «Deyilənlərə görə, Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdirinin mənimsədiyi vəsaitlər milyon manatlarladır. Görünür, Hafiz Əzimzadə Quzanlı qəsəbəsində inşa etdirdiyi «Vağzal» binasına və çay evinə, Bərdə rayonunda, Yuxarı Qarabağ kanalının yaxınlığında yüz hektardan artıq ərazini əhatə edən fermaya məhz həmin vəsaitlər hesabına sahib olub. İdarə müdirinin Bakıda da bir neçə obyekti, mənzilləri var. Bütün bunlar onu göstərir ki, Ağdam rayon Suvarma Sistemləri İdarəsi mənimsəmə yuvasına çevrilib. Rayonun Quzanlı, Qaravəli və Qasımbəyli kəndləri ətrafında olan drenlərin uzun müddətdir təmizlənməməsi bunun bariz sübutu kimi qiymətləndirilməlidir. Belə ki, Hafiz Əzimzadə hər il bu drenajların təmizlənməsi və təmiri adı altında dövlətdən ayrılan yüz min manatlarla vəsaiti kitabdan kitaba salaraq özününküləşdirir. Həmçinin, o da bildirilir ki, Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdiri rəhbərlik etdiyi qurumda «ölü can»lar saxlayır və adı olan özü olmayan işçilərinin əməkhaqqlarını öz cibinə qoyur». Bu arada, əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdiri Hafiz Əzimzadə hər hektara görə suvarma suyunun məbləğini bir qədər artırıb: «Belə ki, deyilənlərə görə, hər dəfə suvarmaya görə kəndlilərdən və fermerlərdən 10-20 manat tələb edən Hafiz Əzimzadə su pulunu fermerlərdən əvvəlcədən tələb edir. Bostan əkilən sahələrdən isə əkinçilərdən hər hektara görə 30-50 manat tələb olunur. Pulu qabaqcadan verməyənlər isə sudan məhrum olurlar və həmin şəxslərin əkin sahələri məhv olur. Sonuncu ümid yerləri olan əkin sahələrini xilas etmək üçünsə kəndli və fermerlər Ağdam rayon Suvarma Sistemləri İdarəsinin müdiri Hafiz Əzimzadənin «tələb»lərinə əməl etmək məcburiyyətində qalırlar. Bununla da o, onsuz da ağır, çıxılmaz durumda olan kəndlinin, fermerin vəziyyətini bir qələr də qəlizləşdirir, onların belini qırır». Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
|