![Dövlət xəstəxanasına giriş üçün pul tələb olunur Dövlət xəstəxanasına giriş üçün pul tələb olunur](/uploads/posts/2016-08/1472627391_0001.jpg)
Tibb Universitetinin Stomatoloji Klinikasına giriş üçün pasientlərdən ödəniş tələb olunur.
Bu barədə AzNews.az-a klinikada bu halla üzləşən pasientlərdən biri məlumat verib. Onun sözlərinə görə, klinikaya giriş üçün xəstələrdən 2 manat tələb olunur. Məlumata görə, bu qayda Tibb Universitetinin yeni rektoru Gəray Gəraybəylinin təyinatından sonra tətbiq olunub.
Bu isə klinikaya müraciət edən xəstələrin narazılığına səbəb olub.
![Dövlət xəstəxanasına giriş üçün pul tələb olunur Dövlət xəstəxanasına giriş üçün pul tələb olunur](/uploads/posts/2016-08/thumbs/1472627352_01.jpg)
Belə ki, xəstələr dəfələrlə həkimlərə etirazlarını bildirsələr də, şikayətlərini eşidən olmayıb.
Tibb Universitetinin Stomatoloji klinikasının baş həkimi, tibb elmlər namizədi Alqış Səfərov məsələ ilə bağlı AzNews.az-a açıqlamasında faktı təsdiqləyib: “Heç bir həkimin və vətəndaşın ixtiyarı yoxdur ki, xəstəlik vəsiqəsi olmadan həkimə müraciət etsin. 2 manat onun xidmət haqqıdır. Bütün dünyada olduğu kimi bu, Azərbaycanda da var. Bizim klinika Səhiyyə Nazirliyinin nəzdindədir. Nazirlər Kabinetinin qərarı ilə bütün xidmətlər pulludur”.