"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                 

Özünüməşğulluq proqramı deyil, biabırçılıqdır... - NARAZILIQ!
Tarix: 18-08-2021, 09:38 | Çap et
Özünüməşğulluq proqramı deyil, biabırçılıqdır...
Sabirabadın Qaraqaşlı kəndinin sakini Qalib Abbasovun şikayəti var. Deyir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına müraciət edib, aylarla təlimlərdə iştirak edib, biznes plan yazıb, sonu yaxşı olmayıb:

“Əslində qoyun istəyirdim. Dedilər: “Neynirsən qoyunu, gül kimi plan yazmısan. Gəl sənə keçi verək, yaxşı da pendiri olur. Həm südünü, həm pendirini sat, həm də keçi çox ot və xərc də aparmır, buraxacaqsan otlayacaq, asan yola verilən heyvandır”. Beləcə məni yola gətirdilər, razılaşdım. 20 baş heyvan verdilər. Di gəl ki, həmin gündən zülmə düşdüm”.

Qalib Abbasov deyir ki, dövlətin ona yaşayışını düzəltmək üçün verdiyi keçilər onun həyatını daha da çətinləşdirib:

“Gəldikləri ilk gündən xəstədilər. İynə-dərmanla saxladıq. Ölən öldü, qalan xəstə, artım normal getmədi. Bir tərəfdən də satmaq olmaz. Xəstə heyvanın südündən, pendirindən nə olacaq. Əziyyəti də mənə qaldı. Otarmaq, ot, dərman almaq, baytara xərclənən pullar və s. Halbuki proqrama müraciət edəndə belə düşünməmişdim. Fikirləşirdim ki, kasıb adamam, kəndçiyəm, dolanışığım olacaq. Ancaq inamımdan, saflığımdan istifadə edib, başıma oyun açdılar”.

Şikayətçi bildirir ki, ilk gündə ona verilən heyvanlar qoca, xəstə, yararsız olub. Daha öncə keçi saxlamadığı üçün də bilməyib. Yalnız evə gətirəndən bir müddət sonra heyvanların xəstə olduğunun fərqinə varıb:

“Qaldım pis vəziyyətə. Bütün aidiyyəti qurumlara da şikayət etdim. Birinci şikayətlərə yerli icra hakimiyyətindən başladım. Sonra yavaş-yavaş daha yuxarılara qədər getdim. Veclərinə almırlar, alsalar, işimi bilər, sakitləşərəm. Məşğulluğun Sabirabad bölməsindən tutmuş, Salyan regional şöbəsinə qədər hamıya yazmışam, bir-iki dəfə gəlib baxıblar da. Ancaq bir xeyri olmayıb. Hələ bir dəfə baxıb dedilər ki, hə, düz deyirsən, bu heyvanlar yararsızdır. Axırda Sahil Babayevə yazdım, sonra da Prezidentə. Artıq heç yerə yazmıram, bezmişəm”.

Qalib Abbasov bildirir ki, öhdəsində böyük bir ailəsi var. Nənəsi, anası, atası, uşaqları:

“40 yaşım var, dərdim 40-dan çoxdur. Bunların etdiklərini düşmən düşmənə etməz. Dolanmaq bir yana dursun, ziyanın içindəyəm. Üstəlik, şərt kəsmişdilər ki, heyvanları 2 il müddətinə satmaq da olmaz. Guya elə baha qiymətləri var? Heç birini 30 manata götürməzlər. Fəhlə gedib 2-3 yük daşıyır, 30 manat alır. Mən bu 30 manatlıq heyvanlardan ötrü əsir-yesir qalmışam. Atama, qardaşıma yalvarıram ki, bunları otarsın. Baş ağrısından başqa bir şey deyil”.

Qalib Abbasov hazırda ailəsini, yaşamını taksi sürməklə təmin edir. Deyir, səhərdən axşama işləyəndə günlük 20-30 manatı olur. Onunla da bilmir ailəsinə baxsın, ya heyvanlara:

“Bu, nə proqramdır, bilmirəm. Özünüməşğulluq deyil e, biabırçılıqdır. Təsəvvür edin, keçilərdən yoldaşıma, uşaqlarıma qotur xəstəliyi keçmişdi. Nə qədər pul xərcləyib onları müalicə etdirdim. İnanın, artıq mən bilmirəm ailəmi dolandırım, yoxsa keçi saxlayım”.

Sabirabad Rayon Məşğulluq Xidmətindən bildirilib ki, proqram çərçivəsində kəndlilərə verilən heyvanların hamısı sağlam və yararlı olub:

“Ola bilsin normal baxa bilməyiblər. Gərək heyvana yaxşı baxasan ki, əvəzini verə. Əgər hər hansı problem varsa, müraciət etsinlər bizə, kömək edərik”.

Ötən il fevralın 14-də Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlərin olduğunu təsdiqləyib. O, dəyişdirilən heyvanların sayının 170-ə yaxın olduğunu deyib:

“Ailələrə yararsız heyvan verən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh verilib. Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı yox, imkanlı olduğu məlum olub. Məşğulluq proqramına uyğun olmayan 800 şəxs siyahıdan çıxarılıb. Onların çoxu mətbuata müxtəlif iddialarla çıxıb”.

Meydan TV











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Bu gün, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Bu gün, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Bu gün, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03
"Onlar vecimə deyil"
Bu gün, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru