Milli Məclis Feyziyevin SƏRSƏMLƏMƏSİNƏ NƏDƏN SUSUR? - Cinayətkardan həmkar olmaz...
Tarix: 8-02-2022, 11:21 | Çap et
Cavanşir Feyziyev ətrafında cərəyan edən hadisələr bir daha Azərbaycan parlamentinin nüfuzu məsələsini gündəmə gətirdi. İstər Böyük Britaniya Məhkəməsinin məlum qərarı, istərsə də Feyziyevin bundan sonrakı isterik davranışları, mətbuatın aparıcı isimlərini təhqir edərək, müxtəlif ağır cinayətlərdə suçlaması Milli Məclisə çirkli biznes sahiblərinin, təsadüfi və qeyri-adekvat şəxslərin düşməsinə dair illər boyu mövcud olan təsəvvürləri daha da gücləndirmiş oldu. Həmçinin, Feyziyevə mətbuat tərəfindən verilən cavabların bir ucu təbii olaraq, parlamentə də dəyir...
İlk öncə, Azərbaycan-Böyük Britaniya və Azərbaycan-Fransa parlamentlərarası işçi qruplarının rəhbəri də daxil olmaqla müxtəlif parlament strukturlarında təmsil olunan bu adamın Böyük Britaniya məhkəməsinin çıxardığı qərardan sonra özünün könüllü olaraq istefa verməsi və mandatla vidalaşması gərək idi. Ancaq Azərbaycanda istefa mədəniyyətinin formalaşmadığını nəzərə aldıqda, Feyziyevin öz xoşu ilə istefa verəcəyi, ya da heç olmasa səhvini, günahını etiraf edəcəyini düşünmək sadəlövhlük olardı...
Nəticədə özündən arxayınlıq həddi qıcqıran bu deputat “ayıbına kor olmaq” əvəzinə onun barəsində çıxarılan məhkəmə hökmü barədə məlumatı paylaşan və bunu şərh edən mətbu orqanların rəhbərlərinə qarşı açıq təhqir və cinayət ittihamları ilə çıxış etdi. Lakin maraqlıdır ki, başqa vaxt özlərini mətbuatın dostu kimi göstərən, hansısa çıxışının dərc edilməsi üçün mətbu orqanların qapılarını döyən, bəzən hətta onları dəng edən millət vəkillərinin əksəriyyəti susur...
Təbii ki, burada kimdənsə öz həmkarını hansısa məişət səviyyəli hərəkətə, xətaya, şəxsi məsələyə və s. görə qınaması tələb olunmur. Söhbət bir millət vəkilinin bütünlükdə Milli Məclisin nüfuzuna, ümumilikdə parlament institutuna vurduğu zərərdən, zərbədən gedir!
Britaniya məhkəməsinin Feyziyevlə bağlı qərarı zatən Azərbaycan parlamenti üçün böyük bir ləkə idi. Ancaq bu da azmış kimi, adam hələ mətbuatın üzərinə də yeriyir və parlamentin nüfuzuna daha bir zərbə vurur. Dövlətçilik təfəkkürü, parlament təəssübkeşliyi olan istənilən millət vəkili bu başa bəla deputata layiq olduğu münasibəti göstərməli idi...
Yəqin çoxları anlayırlar ki, bu məsələdə artıq “həmkar təəssübkeşliyi”nin yeri yoxdur və Feyziyevin məsələn, bir qapaza “qurban” gedən Eldəniz Səlimovdan heç nəyi yox, yalnız pulu artıqdır. Onun da parlamentin intizam komissiyasının keçirəcəyi bircə iclaslıq “canı” var. Ancaq belə görünür ki, bütün sahələrdə olduğu kimi, burada da pul, imkan, mövqe amili müəyyən dərəcədə öz sözünü deyir. Hamı bilir ki, ingilislərin müsadirə etdiyi 5 milyon “halal biznesmen” Feyziyevin nəinki bütün varidatının, təkcə xaricdəki maliyyə vəsaitlərinin bəlkə də heç 1 faizi qədər deyil. Yəqin bu səbəbdən heç bir deputat Feyziyev kimi imkanlı həmkarı ilə “üz-göz” olmaq istəmir...
Bütün bunlar isə onu göstərir ki, deputatların bir çoxu üçün parlamentin, dövlətin maraqları Feyziyevlə münasibətlərdən xeyli aşağıda durur!
C.Məmmədov “AzPolitika.info”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
|