“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                 

Saleh Məmmədovun ayağındakı İNSAN ÖLÜMLƏRİ... - Bunun hesabı SORULMALIDIR...
Tarix: 23-02-2022, 12:37 | Çap et
Saleh Məmmədovun ayağındakı İNSAN ÖLÜMLƏRİ...
Bir neçə gün əvvəl Bakı-Quba yolunda, Tağıyev qəsəbəsi ərazisində baş vermiş dəhşətli qəzada biri azyaşlı olmaqla, bir ailənin 3 üzvü dünyasını dəyişdi. Həmin gün əslində o ailənin 8 üzvü həyatını itirdi, 5-i dəm qazından, 3-ü isə qəzada. Qəzada yüksək sürət, ölümdə isə təhlükəsizlik kəmərinin taxılmaması rol oynadı.

Ancaq ekspertlərin bildirdiyinə görə, qanunvericilik imkan verir ki, qəzanın başvermə səbəbini də araşdırıb tədbir görsünlər. Yəni, qəzaya səbəb olan amillər də nəzərə alınmalıdır. DİA.AZ-ın məlumatına görə, mövzunu Publika.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, maşın heç nədən yoldan çıxıb aşmayıb və sözügedən yolda ciddi qüsurlar var imiş.

Bu səbəbi həm də nəqliyyat hadisəsinin baş verdiyi yolda hadisədən dərhal sonra təmir işlərinin aparılmasında da tapmaq olar. Belə ki, qəzadan sonra Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində yoldakı çökəkliklərə asfalt döşənib. Bu isə onu deməyə əsas verir ki, qəzaya sürət həddinin aşılması ilə yanaşı, nahamar asfalt örtüyü də səbəb olub. Mənzərə onu da ortaya çıxarır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) mövcud yolda təmir işlərinin aparılması üçün məhz bu cür dəhşətli bir qəzanın baş verməsini gözləyib. Qurumun əməkdaşları yolun sırf çökən hissələrinə yeni asfalt örtüyü çəkirlər. Bu isə yolun yenidən çökməyəcəyinə heç də zəmanət vermir.

E.Muradlı qeyd edib ki, yol hərəkəti təhlükəsizliyi belə səhvləri bağışlamır. Onun sözlərinə görə, burada hər şeyi sürücünün üzərinə yükləmək düzgün yanaşma deyil: “Aydın məsələdir ki, sürücü sürət həddini aşıb, kəməri taxmayıb. Hansı birimizi onun yerinə qoysaq, o situasiyada nə kəmər, nə də sürət ağlımıza gələrdi. Böyük faciə baş verib, bir gündə 5 nəfər ölüb. Onlar həmin an affekt vəziyyətində olublar. İnsanları da başa düşmək lazımdır. Mən burada yüksək sürəti və bu kimi halları alqışlamıram, ancaq o yol qaydasında idisə, nə üçün qəzadan sonra gedib orda təmir işləri apardılar? Mən məsələni qabardanda, zənglər etdilər. Burada insan həyatından söhbət gedir, siz isə cibinizi, qohumlarınızın vəzifədə oturmasını düşünürsünüz. Yola nəzarət edən qurumun yoldan xəbəri yoxdur. Əslində xəbəri var, sadəcə orda pul gedəcək, bu isə onların cibinə ziyandır. Gözləyirlər ki, yol tamamilə dağılsın və sənəd yazıb dövlətə göndərsinlər. Kiçik rəqəmlərə iş kimi baxmırlar, milyonluq işlər olanda təmirə keçirlər. Burda insan həyatı müzakirə mövzusudur, bir ailə məhv oldu. Ancaq hələ də laqeyd yanaşırlar”.Ekspert bildirib ki, bu sahədə problem təkcə bununla bitmir. Yolların işıqlandırılmasında da eyni problem yaşanır: “Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətində olan məsələdir, ancaq icra etmir. Yol nişanları düzgün şəkildə quraşdırılmalı və aydın görünməlidir. Bunların anlaşılan vəziyyətdə olması təmin olunmalıdır. Piyada keçidlərində zolaqlar çəkilib, ancaq sonradan silinib, sadəcə zəif görünən izləri qalıb. Vətəndaş da həmişə keçdiyi və tanıdığı yol olduğu üçün həmin yerdən keçir. Ancaq sürücü bu zolağı görmür və piyadanı vurur. Belə hallar niyə yaşanmalıdır? Bir boya çəkmək bu qədərmi müşkülə çevrilib? Keyfiyyətsiz boya çəkib 2-3 aydan bir onu yeniləyirsiniz. Burada insanların həyatı məhv olur”.

Bu cür problemlərə görə bəlkə də yüzlərlə qəza baş verir, neçə-neçə insan həlak olur. Məsələn, 2 ildən çoxdur ki, Prezident İlham Əliyev tapşırıq versə də, yolların hələ də yaxşı işıqlandırılmaması, çala-çökək yollar, qazılmış yollarda xəbərdarlıq nişanının qoyulmaması, silinmiş xətlər, keçidlərin olmaması ucbatından baş verən qəzalar bu problemlərdə bir səbəbkarı göstərir.

Problem yalnız Bakı-Quba yolunda deyil. Şikayətçilərin bildirdiyinə görə, Bakı-Astara yolunda da analoji vəziyyət mövcuddur. Xüsusilə də çayların üzərində quraşdırılan körpülər qəzaya səbəb olur.

Elməddin Muradlı qeyd edib ki, əslində körpülərlə bağlı problem çox yerdə var. Elə paytaxt Bakıda da: “Körpülərin əksəriyyəti keçmiş nəqliyyat naziri Ziya Məmmədovun dövründə tikilib. O da bir körpü üçün 3 milyon yazıb, 2 milyonunu mənimsəyib. Ona görə körpülər bu vəziyyətdədir. Qələbə dairəsindən gəldiyimiz körpüdə də eyni problem var. Oradan keçəndə maşının içərisində səs-küydən oturmaq olmur. Bu problem tezliklə həll edilməlidir”.

Digər bir problem isə yollarda aparılan qazıntı işləri ilə bağlıdır.

Ekspert bildirib ki, bununla bağlı paytaxtda mütəmadi olaraq qəzalar yaşanır: “Yolu qazırlar, ancaq heç bir nişan qoymadıqları üçün maşın ora düşür. Bu yaxınlarda 8 Noyabr prospektində qazılan çuxura maşın düşdü. Ondan əvvəl Hüseyn Cavid prospektində çuxur qazdılar, müvafiq nişanları əraziyə qoymadılar və orda da eyni hadisə yaşandı. İnsanlara xeyli zərər dəydi. AAYDA yollarda təhlükəsizliyi təmin etmək üçün yaranıb, yoxsa yollarda problem yaratmağa? Bu qurumun funksiyası hələ də anlaşılan deyil. Yol dağıtmaq, yoxsa yol tikmək?! Tikdikləri yol da 6 aydan sonra dağılır, elə bir yol yoxdur ki, 6 aydan sonra oranı qazmasınlar, ya da orada nəsə bir problem yaşanmasın”.

Məsələnin hüquqi tərəfinə gəlincə, vətəndaş yol təsərrüfatındakı qüsura görə dəymiş maddi və mənəvi zərəri həmin yola cavabdeh olan dövlət qurumundan tələb edə bilərmi? Məsələn, Bakı-Quba yolunda baş verən qəza ilə bağlı həm təzminat davasının açılması, həm də cavabdeh şəxslərin cinayət məsuliyyətinə cəlb olunması mümkündürmü?

Hüquqşünas Şamil Paşayev Publika.az-a bildirib ki, yol-nəqliyyat hadisələri ilə bağlı ekspertizalar keçirilərək, baş vermiş hadisənin səbəb və şəraiti aydınlaşdırılmalıdır: “Hadisənin baş vermə mexanizmi, avtomobilin sazlıq, nasazlıq məsələsi, eyni zamanda yolun standartlara uyğun olub-olmaması ilə bağlı istintaq tərəfindən ekspertiza keçirilə bilər. Əgər baş vermiş yol-nəqliyyat hadisəsi yolun nahamarlığı ilə, yolda həyata keçirilən qazıntılarla və s. bu kimi məsələlərlə bağlı olubsa, yolun qəzalı vəziyyətdə olmağı ilə bağlı yolu təmir etməli olan idarələrin burada məsuliyyət məsələsi ortaya çıxa bilər. Belə olan halda zərərçəkən şəxslər, eyni zamanda təqsirləndirilən şəxsin özü də həmin yola xidmət etməli olan dövlət qurumunu məhkəməyə verərək, baş vermiş hadisə ilə bağlı maddi təzminat ala bilər”.

Hüquqşünas hesab edir ki, burada ekspertin müvafiq rəy verməsi də zəruri olan haldır: “Eyni zamanda, istintaqın gedişi zamanı hadisənin səbəb və şəraiti, hadisənin baş verməsinə şərait yaradan hallar qeyd edilməlidir. Həmin hadisə ilə, yolun nahamarlığı və ya saz vəziyyətdə olmaması, yolda olan hər hansısa problemlərin səbəb və nəticə məsələsi burada qabardılmalıdır. Belə hallar varsa, vətəndaşların təzminat almaq hüququ yaranır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Bu gün, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Bu gün, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03
"Onlar vecimə deyil"
Bu gün, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru