"Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                     Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                 

Pul silməklə məşğul olan Diasporla iş üzrə Dövlət Komitəsi bizə lazımdırmı? - İTTİHAM
Tarix: 24-02-2022, 14:09 | Çap et
Pul silməklə məşğul olan Diasporla iş üzrə Dövlət Komitəsi bizə lazımdırmı?
Müstəqillik əldə etməmişdən əvvəl erməni təcavüzü ilə üzləşən Azərbaycan üçün xarici ölkələrdə yaşayan soydaşlarımızın dəstəyi həmişə xüsusi önəm daşıyıb. Dünyanın hər yerinə səpələnmiş ermənilərin güclü diasporu qarşısında tab gətirmək üçün dövlətimiz son illərdə müəyyən addımlar atıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yarardılmasının əsas məqsədlərini də xarici siyasətimizə dəstək göstərilməsi və ölkəmizin maraqlarının qorunması təşkil edirdi.

Ölkəmiz üçün son dərəcə vacib olan bu qurum əslində Azərbaycan dövlətinin xarici siyasətinin bir qoluna çevrilməliydi. Lakin bu sahədə kifayət qədər uğur əldə edə bilməməyimiz xaricdəki soydaşlarımızın həmrəylik məsələsinə etinasız yanaşması deyil, daha çox xarici ölkələrdəki səfirliklərimizin və dövlət komitəsinin yarıtmaz fəaliyyətindən qaynaqlanır.

DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, xarici ölkələrdəki soydaşlarımızın ciddi şəkildə səfərbər olması və ölkəmizin mənafelərinin qorunması üçün təsirli addımlar atılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Diasporla iş üzrə Dövlət Komitəsi yeni rəhbərin təyin olunması da fayda verməyib. Belə ki, gənc deputat Fuad Muradovun bu quruma rəhbər təyin edilməsi zamanı yaranan ümidlər sonradan puç oldu. Onun son 4 illik fəaliyyəti yaddaşımızda qondarma qrant layihələri, müsabiqələr, media rəhbərləri ilə görüşlər təşkil etməklə qalıb. Yəni, xaricdə uğurlu fəaliyyətlə seçilmək əvəzinə, ölkəmizdə

AĞ KOSTYUM GEYİNƏRƏK “MEDİA KAPİTAN”LARI İLƏ GÖRÜŞƏN FUAD MURADOV DİASPORUMUZU “AĞ GÜN”Ə ÇIXARA BİLMƏDİ.


Heç kimə sirr deyil ki, Fuad Muradovun iki çağırış deputat kimi Milli Məclisdə oturduğu və komitə sədri olduğu dövrdə normal çıxış və məntiqli nitq söyləməyib. Heç bir siyasi və ictimai nüfuzu olmayan bu adamın strateji önəm daşıyan Diasporla iş üzrə Dövlət Komitəsinə rəhbər təyin olunmasının uğursuzluğu artıq göz önündədir.

Konkret olaraq desək, qısa müddətdə böyük işlər görəcəyinə ümidlər bəslənsə də, Fuad Muradov son illərdə diasporda uğurlu fəaliyyəti ilə seçilməyib. Əksinə ondan əvvəlki dövrdə xarici ölkələrdəki soydaşlarımızın mütəşəkkilliyi yönündə atılan addımların yarımçıq qaldığının şahidi olduq. Belə ki, onun, daha dorğusu Komitənin yaratdığı koordinasiya şuralarının fəaliyyəti bütün dünyada, o cümlədən Avropadakı diasporlarımızın parçalanmasına gətirib çıxarıb.

Ümumiyyətlə, Fuad Muradovun son illərdəki fəaliyyəti özünün xaricdə yaratdığı şəbəkələrin üzvlərinə qrant layihəsini udmağa şərait yaratmaq və medal verməkdən ibarət olub. Xaricdəki soydaşlarımızın bildirdiyinə görə, F.Muradovun adamları fəaliyyətlərini bahalı hotellərdə “brifinqlər” keçirmək yönündə qururlar. Həmin tədbirlər isə yalnız qəhvə içib, şəkil çəkdirməkdən ibarət olur (???).

Dövlət tərəfindən ayrılan pulların bu istiqamətdə necə və nə üçün xərcləndiyindən də F.Muradovdan başqa, heç kimin xəbəri yoxdur. F.Muradovun fəaliyyətsizliyi barədə son illərdə həddindən çox yazılsa da, deyilsə də, Diaspor Komitəsindəki durğunluq davam edir. Yaranmış vəziyyətdə zərbə Azərbaycanın xarici ölkələrdə təbliğinə dəyir. İş o yerə çatıb ki, ölkəmiz üçün prioritet olan

XOCALI SOYQIRIMININ DÜNYAYA TANIDILMASINDA DA PASSİVLİK NƏZƏRƏ ÇARPIR.


Diasporla iş üzrə Dövlət Komitəsinin sayəsində xarici ölkələrdə bu sahədə acınacaqlı durumun mövcud olduğunu indi hamı görür. Məsələn, xaricdə yaşayan həmvətənlərimizə istinadən jurnalist Hafiz Babalı yazır ki, qurumun əsas fəaliyyəti diaspor təşkilatları arasında nifaq yaramaq və təfriqə salmağa yönəlib. Həmin fəaliyyətin nəticəsidir ki, xarici ölkələrdəki əksər diaspor təşkilatlarında “didişmə” gedir. Bunu xaricdə yaşayan soydaşlarımız deyirlər və onların sözlərinə görə, Fuad Muradovun rəhbəri olduğu Komitə diaspor təşkilatlarının, xarici ölkələrdəki Azərbaycanın dostlarının, səfriliklərimizin səylərini birləşdirə bilmir. Acınacaqlı vəziyyət odur ki, Diasporla iş üzrə Dövlət Komitəsi Azərbaycanın dövlət büdcəsindən yardım almadan Xocalı soyqırımı ilə bağlı tədbir keçirmək iqtidarında deyil.

Digər maraqlı və acınacaqlı fakt odur ki, Diasporla iş üzrə Dövlət Komitəsi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ABŞ-da mitinqin təşkili və keçirilməsi üçün satınalma müsabiqəsi elan edib, lakin elanın gec verilməsi nəticəsində müsabiqə baş tutmayıb. Bu isə mitinqin efektiv keçiriməsinin mümkünlüyünü də sual altına alıb. Təkcə bu faktın özü erməni diasporunun daha güclü olduğu ABŞ kimi bir ölkədə Azərbaycan diasporunun fəallığının artırılması yönündə heç bir ciddi iş görülmədiyini və Diasporla iş üzrə Dövlət Komitəsinin aciz duruma düşdüyünü göstərir.

FUAD MURADOVUN FƏALİYYƏTSİZLİYİ KOMİTƏNİN VACİBLİYİNİ SUAL ALTINA ALIR


Çox güman ki, ABŞ-da və dünyanın bir çox ölkələrində soydaşlarımız daha mütəşəkkil şəkildə olmasa da, həmişə olduğu kimi, fevralın 26-da Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edəcəklər. Dəfələrlə soydaşlarımızın şahidi olduğu kimi, bu səfər də “Hamam suyundan özünə dost tutmaq” prinsipini əsas götürən Fuad Muradov orada dalğalanan bayraqların görüntüləri hesabına Diasporla iş üzrə Dövlət Komitəsində pul silməklə məşğul olacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, Fuad Muradov bu 4 il ərzində öz fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə, Diasporla İş üzrə Dövlət Komitəsinin vacibliyini sual altına alıb. Halbuki Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanın haqq səsinə dünyaya çatdırılması, ölkəmizin xarici siyasətinin həyata keçirilməsi kimi strateji fəaliyyətlə məşğul olmalı idi. Göstərilən faktlar isə tamam əksini ortaya qoyur və komitənin lazımsızlığını bir daha sübut edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru