Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                     Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                     Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                     Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb .....                     Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... .....                     Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor .....                     "10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                 

Mingəçevirdə KORRUPSİYA İZİ... - Büdcə pulları belə xırıd edilir...
Tarix: 11-04-2022, 10:47 | Çap et
Mingəçevirdə KORRUPSİYA İZİ...
İlham İsmayılov Mingəçevir şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin 17.12.2018-ci il tarixli sərəncamı ilə başçı təyin olunub. Buna qədər o, sözügedən şəhərdə 2008-2018-ci illərdə İcra Hakimiyyəti başçısının müavini və birinci müavini vəzifələrində çalışıb. Onu vəzifəyə 2007-2012-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyətinə başçılıq etmiş Mübariz Ağayev gətirib. İlham İsmayılov daha sonra hazırda Gəncə şəhərinə başçılıq edən, 2012-2018-ci illərdə Mingəçevirin başçısı olmuş Niyazi Bayramovla çalışıb. Yəni icra başçılığı yolunda dərsini korrupsionerlərdən alıb. İşlərini elə bu yolla da davam etdirir.

Mingəçevirdə İlham İsmayılovun kadrları da onun istədiyi yolla gedirlər. Məhz elə buna görə də son dövrlərdə şəhər sakinlərinin narazılıqlarını əks etdirən şikayətlərin sayı artmaqdadır. Sakinlər sosial şəbəkələrdə və elektron kütləvi informasiya vasitələrində daha çox şəhərin məhəllədaxili yollarından, qaranlıq küçələrindən,baxımsız qalmış park və yaşıllıqların düşdüyü vəziyyətdən narazıdılar. Amma Mingəçevirdə yolların təmirinə də, şəhərin yaşıllaşdırılmasına da vəsaitlər ayırır. Milyonlarla manat. Amma bu vəsaitlərin hara xərcləndiyi bəlli deyil. Məsələn, Mingəsevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin dövlət satınalmaları yolu həyata keçirdiyi işlərə külli miqdarda vəsait ayrıldığını açıq-aydın görmək olar. Ayrılmış vəsaitlərin müqabilində görülən işləri isə görmək olmur. Bəs bu vəsaitlər hara və necə xərclənir? Bunu başdan ayağa şübhələrlə dolu tender prosedurlarının nəticələrində görmək olar. Həmin tenderlərin bir neçəsini diqqətinizə çatdırırıq.

Mingəsevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi mal-materialların, alətlərin, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, təsərrüfat malları və dəftərxana ləvazimatlarının satınalınması üzrə 21.02.2022-ci il tarixdə müsabiqə yolu ilə başlanılmış açıq tenderə yekun vurulub və “ALPAN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 149 999.99 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 01.04.2022-ci il tarixdə elan edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ALPAN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 24.01.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, MİR CƏLAL 9A MKR, ev 121A, m. 26, qanuni təmsilçisinin isə Şöyübov Fərid Tamerlan oğlu olduğu göstərilir.

Apardığımız araşdırmalar zamanı müəyyən etdik ki, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Tender Komissiyasının satınalma müqaviləsi bağladığı “ALPAN GROUP” MMC açıq tenderin keçirilməsi barədə verilən elandan, yəni 21.02.2022-ci il tarixdən cəmi 27 gün əvvəl, 24.01.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Tender müsabiqəsindən bir ay əvvəl yaradılmış, maddi texniki bazası bəlli olmayan bir MMC ilə 150 min manat civarında satınalma müqaviləsinin bağlanılması nə dərəcədə qanunauyğundur?

Bundan əlavə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri Mingəsevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 2021-ci ildə keçirilmiş tenderlərdədə gobud şəkildə pozulub. Belə ki, İdarənin Tender Komissiyası müxtəlif malların və xidmətlərin satınalması üzrə “FARXALI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi olaraq 268 833 manat məbləğində 4 satınalma müaviləsi bağlayıb.

Nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin, inventar, dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 11570.81 manat məbləğində satınalma müaviləsi 30.12.2021-ci il tarixdə;

Mal-material və alətlərin satınalınması üzrə 122 679.92 manat məbləğində satınalma müaviləsi 30.12.2021-ci il tarixdə;

Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə özüboşaldan yük avtomobilinin satınalınması üzrə 10799.36 manat məbləğində satınalma müaviləsi 23.12.2021-ci il tarixdə;

“Mal-materialların, alətlərin, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin, təsərrüfat malları və dəftərxana ləvazimatlarının satın alınması” üzrə 123 783.21 manat məbləğində satınalma müaviləsi 18.10.2021-ci il tarixdə;

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FARXALI” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.01.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, ƏLƏSGƏR ƏLƏKBƏROV, ev 14A, MƏH. 507/511, m. 31, qanuni təmsilçisinin isə İbrahimov Mabud Qürbət oğlu olduğu göstərilir.

Açıq mənbələrdə müxtəlif malların və xidmətlərin satınalması üzrə ayrı-ayrı tenderlərin qalibi olmuş bu MMC-nin barəsində heç bir məlumat yoxdu və analoji işlərdə təcrübəsinin olub olmaması suallar doğurur.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Mingəsevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 2021-ci il üçün ehtiyat hissələrinin, mal-materialların, təsərrüfat mallarının və dəftərxana ləvazimatlarının satınalınması üzrə 154 494.92 manat məbləğində satınalma müaviləsini “NIHAD MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıldığı göstərilir. Lakin araşdırdıqda göstərilən VÖEN-in “NIHAD MMC”-yə deyil, “ABADLIQ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğu bəlli oldu.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ABADLIQ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində 03.02.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı MINGƏÇEVİR ŞƏHƏRİ, ev Boz Dağ küçəsi 1, m. 46, qanuni təmsilçisinin isə Mirzəyeva Elnurə Sabir qızı olduğu göstərilir.

Apardığımız araşdırmalar zamanı “ABADLIQ İNŞAAT” MMC-nin qanuni təmsilçisi kimi göstərilən Mirzəyeva Elnurə Sabir qızı həm də “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Elnurə Mirzəyevanın təmsilçisi olduğu “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” MMC 2019-2021-ci illərdə, Ağdaş rayon Pirəzə Mexaniki Suvarma İdarəsinə maşın mexanimlərin və nəqliyyat vasitələrinə ehtiyyat hissələrinin alınmasından tutmuş, Mingəçevir şəhərində 2019-cu ildə Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il tədbirlərinin keçirilməsi işlərinə, Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə xüsus texnikanın satınalınmasından tutmuş, Naftalan şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə mal-materialın alınmasına qədər 11 tender və kotirovka soröusunun qalibi olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində 12.06.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, NƏSİMİ, ev 8 B, qanuni təmsilçisinin isə Mirzəyeva Elnurə Sabir qızı olduğu göstərilir.

Qeyd edək ki, Mingəçevirdə nədənsə abadlıq və yaşıllaşdırma işlərinin başında qadın biznesmenlər durur. Ötən yazılarımızın birində Mingəçeviri həm abadlaşdıran, həm yaşıllaşdıran, həm də işıqlandıran biznesmen xanım barədə məlumat vermişdik. Əslində isə bu xanımlar İlham İsmayılovun yaxın, yaxud uzaq qohumlarından başqa kimsə deyil və başçının yaxın adamları tərəfindən idarə olunurlar. Mingəsevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Qürbət Məmmədov da elə İlham İsmayılovun yaxınlarından sayılır. Düzdü onu bu vəzifəyə Niyazi Bayramov təyin edib. Amma o vaxtlar birinci müavin olan İlham İsmayılovun istəyi ilə. İndi də əl-ələ verib Mingəçeviri kağız üzərində abadlaşdırır, binaların dam örtüyü dəyişdirir, əsaslı təmir işlərini görür, yeni yaşıllıqlar salırlar.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru