Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                 

Ziya Məmmədovun qohumları TALANÇILIQ EDİR... - ÖZBAŞINALIQ!
Tarix: 29-04-2022, 09:10 | Çap et
Ziya Məmmədovun qohumları TALANÇILIQ EDİR...
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun adı yenidən mətbuatın gündəminə gəlib. Hazırda heç bir vəzifəsi olmayan Ziya Məmmədovun nazir olduğu dönəmdə ələ keçirdiyi “Goranboy Gips” ASC-yə məxsus yataqları talan etməsi iddiaları var. Talançılığın hətta “Goranboy Gips”ə ayrılan karxananın sərhədlərini aşdığı haqda məlumatlar olduğu deyilir.

Bununla belə, ASC-nin əvvəlki sahiblərindən olan Aydın Qasımova divident verilməsindən də imtina olunur. Əsas gətirilir ki, guya “Goranboy Gips” mənfəətlə işləmir, ona görə də Aydın Qasımova ASC-dəki 37 faizlik payına görə divident ödənilmir. Faktiki isə vəziyyət tam başqadır. “Goranboy Gips”in yataqlarından çıxarılan gips ölkənin bütün sement zavodlarına satılır. Hətta Gürcüstana da 100 min tonlarla gips daşınır.

Aydın Qasımova divident verilməməsi ilə yanaşı onun özünü mərhum qardaşı ilə qurduğu ASC-yə buraxmırlar.

Yada salaq ki, Ziya Məmmədov 2006-cı ildən başlayaraq Füzuli Qasımov və qardaşı Aydın Qasımova məxsus “Goranboy Gips” MMC-ni əllərindən almaq üçün hərəkətə keçmişdi. 2011-ci ildə isə MMC uğrunda savaş amansız fazaya adlamışdı. Sabiq nazir qardaşlara qarşı qanunsuz dəstələrdən tutmuş, o zaman qeyri-rəsmi kuratorluğunda olan Goranboyun icra başçısı Nizaməddin Quliyevi də başının dəstəsi ilə birgə səfərbər etmişdi. Qasımovlar məhkəmələrə çəkilir, qorxudulur, həbs ediləcəkləri ilə təhdid olunurdular. O zaman zorakı və inzibati üsullarla Aydın Qasımovu geri addım atmağa məcbur etdilər. O, Ziya Məmmədovun tələbləri ilə razılaşmaq məcburiyyəti ilə üz-üzə qoyuldu. Onun MMC-dəki payına qanunsuz yollarla sahibləndikdən sonra qardaşı Füzuli Qasımova qarşı əsl “səlib yürüşü” başladı. 2012-ci ilin martında Füzuli Qasımov “Yeni Müsavat”a müraciət edərək üzləşdiyi haqsızlıqlarla bağlı yazı hazırlamağımızı xahiş etmiş, əməkdaşlarımızı Goranboya dəvət etmişdi. İstəyi bu idi ki, o vaxt nəqliyyat naziri olan Ziya Məmmədovun ona qarşı qanunsuzluqları ictimailəşsin, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılsın. Həmin vaxt iş adamının dəvətini qəbul edib Goranboya getmişdik və “Yeni Müsavat”ın 2012-ci il aprelin 1-dəki sayında “Nəqliyyat naziri Qarabağ veteranının əmlakını əlindən alır” sərlövhəli yazı dərc etmişdik. Füzuli Qasımov Ziya Məmmədovun “Goranboy Girp”sə məxsus olan və rayonun Yuxarı Ağcakənd kəndindəki karxanalarını nəyin bahasına olursa-olsun əllərindən almağa çalışdığını açıqlamışdı.

Həmin yazıdan sitat: “2000-ci ildə I Özəlləşdirmə Proqramı çərçivəsində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində yerləşən gips karxanalarının bir çoxu özəlləşdirilib. Biz də özəlləşmədə iştirak edərək gips karxanaların birini özəlləşdirdik. Sovet vaxtı ”Goranboy Gips" ASC Yuxarı Ağcakənd Gips Kombinatı adlanırdı. Kombinatın rəhbərliyi və işçilərinin 90 faizi ermənilər idi. Qarabağ müharibəsi başlayandan sonra Goranboyda könüllü özünümüdafiə batalyonu yarandı. Ermənilər kombinatı qoyub qaçdılar. Bizlər dədə-babamızdan qalan silahlarla torpaqlarımızı ermənilərdən müdafiə etdik. Həmin karxanalar düşmən sərhədinin 1 kilometrliyində yerləşir. 1995-ci ilə kimi döyüşdük. Biz olmasaydıq, indi Ziya Məmmədovun bizdən almaq istədiyi torpaqlar erməninin tapdağı altında idi. “Goranboy Gips” ASC-nin özəlləşdirilməsi 2003-cü ildə başa çatıb. ASC-nin 58,4 faiz səhm paketi mənə, 32,5 faizi isə qardaşım Aydına məxsusdur. Hazırda müəssisədə 85 nəfər işləyir. Burada işləyənlərin böyük əksəriyyəti bu torpaqların ermənilərdən azad olunmasında iştirak edən Qarabağ veteranlarıdır. 2006-cı ildə nəqliyyat naziri Ziya Məmmədovun adamları mənə ölkə rəhbərliyinin adından təzyiqlər etdilər ki, karxananı onlara verim. Vermədim. Bundan sonra qurğu qurub məni həbs etdirdilər. Həbsdə olanda təklif etdilər ki, müəssisənin 50 faizini onlara - yəni Ziya Məmmədova verim. Dedilər ki, bu bizim yazılmamış qanunumuzdur. Məcbur olub “Goranboy Gips” ASC-nin səhmlərinin 50 faizini onlara etibarnamə ilə verdim. İndi də bütün səhmlərimi əlimdən almaq istəyirlər".

Füzuli Qasımov 2015-ci ilin martınadək MMC-dəki payını özündə saxlamaq üçün mübarizə apardı. Həmin ilin martında isə Bakıda, Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdə meyiti aşkarlandı. İstintaq Füzuli Qasımovun intihar etməsi qənaətinə gəldi, elə bu “əsas”la da cinayət işi bağlandı. Sahibkarın “Goranboy Gips”dəki payı uğrunda mübarizədə Ziya Məmmədov istəyinə çatdı. Füzuli Qasımovun əlində silah erməniyə vermədiyi gips yataqları onun meyiti üzərindən Ziya Məmmədovun əlinə keçdi.

Hazırda mərhum sahibkarın qardaşı Aydın Qasımov Gəncə Apelyasiya Məhkəməsinin inzibati-iqtisad kollegiyasında haqqını bərpa etməyə çalışır. Ona və mərhum qardaşı Füzuli Qasımova məxsus paylar üzrə divident ödənilməsinə nail olmağa, yataqların cinayətkarcasına istismarının önlənməsinə xidmət edən məhkəmə qərarının verilməsini istəyir. Xatırladaq ki, “Goranboy Gips” Qasımovlardan zor gücünə alınandan sonra bu gün “Fortis” adı ilə fəaliyyətdə olan, o zaman “ZQAN”a daxil olan “Azbentonit”ə ötürülüb. Hazırda mərhumun “Goranboy Gips”dəki payı Ziya Məmmədovun qardaşı qızının və digər qohumlarının sərəncamındadır. Bu gün Yuxarı Ağcakənddə yerləşən respublikanın ən böyük gips yataqları çox geniş şəkildə istismar olunur. Hətta istismar olunan yataqlarda ekoloji tələblərin çox kobud şəkildə pozulması, cinayətkarcasına talançılıq halları var. Məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması zərurəti ortadadır...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru