ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                     Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                     Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                     Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb .....                     Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... .....                     Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor .....                     "10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                 

Naxçıvan MR Daxili İşlər naziri niyə kollec məzunlarına üstünlük verir? - HƏQİQƏTƏN DƏ...
Tarix: 4-05-2022, 12:00 | Çap et
Naxçıvan MR Daxili İşlər naziri niyə kollec məzunlarına üstünlük verir?
Artıq iki ildir Naxçıvan MR DİN-də Azərbaycan Polis Akademiyası məzunlarının ovuna başlandığı barədə xəbər vermişdik. Onu da vurğulamışdıq ki, bu “ixtisar”ların bir neçə səbəbi var. Bunlardan biri həmin ixtisaslı kadrlara “paytaxtın casusları” kimi baxılması, digəri isə IQ dərəcələrinin yüksək olmasıdır.

Qısası, düşünmə qabiliyyəti yüksək olan bu məzunlar Azərbaycan Polis Akademiyasında aldıqları hüquqi təhsilin də sayəsində etdikləri hərəkətlərin məsuliyyətini anlayır, verilən qanunsuz əmrləri canü-könüldən yerinə yetirmirlər. Naxçıvan rəhbərliyi isə bu casərəti göstərə bilən kadrlardan xoşlanmır. Odur ki, müxtəlif basqılarla onları sinsidib işdən çıxmağa vadar edirlər. Bu da alınmayanda şəxsi işlərini ləkəyib “polis fəaliyyətinə yararsız” damğası ilə Daxili İşlər orqanlarından uzaqlaşdırırlar. Beləcə, bir tərəfdən yüksək intellektual səviyyəli polis əməkdaşları ömürlərinin sonuna qədər bu strukturlardan uzaqlaşdırılır, digər tərəfdən isə Naxçıvan MR DİN heyəti çiynində paqon daşıyan savadsızlar ordusundan təşəkkül tapır.

Sual oluna bilər: bəs, bu savadsızlar ordusunun sərkərdəsi sayılan Daxili İşlər nazirlərinin biliyi hansı səviyyədədir?

Sirr deyil ki, Azərbaycan Polis Akademiyasının məzunlarına qarşı sıxışdırma hərəkətləri Naxçıvan MR DİN-in bundan əvvəlki rəhbəri Fazil Ələkbərov zamanında başlamışdı. Fazil Ələkbərovun isə 40 yaşına qədər polis serjantı kimi fəaliyyət göstərdiyi, Naxçıvan Ali Məclisinin sədri (bəziləri “paxıllıq”dan ona “xan” da deyirlər) Vasif Talıbovla qohum olduqdan sonra bir neçə il müddətində birdən-birə general-leytenantlığa sıçradığı hər kəsə bəllidir. Ondan əvvəl Naxçıvan MR DİN-nə rəhbərlik edən Əhməd Əhmədovun IQ səviyyəsi də heç ondan geri qalmırdı.

Polis Akademiyasının məzunlarının ən böyük ovu da məhz Fazil Ələkbərovun zamanında baş vermişdi. 1 ildə 36 polis əməkdaşı müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılmışdı. Bu böyük “ixtisar”ın isə bir səbəbi vardı: həmin Naxçıvan Orta İxtisas Polis Məktəbindən (el arasında ona “Polis peşə texniki məktəbi” də deyirlər, çünki bu təhsil ocağına girmək üçün qəbul imtahanlarından 50 bal toplamaq kifayətdir) 30 məzun buraxılacaqdı. Onları iş yeri ilə təmin etmək üçün, təbii ki, Polis Akademiyasının eyni sayda məzunu işdən çıxarılmalı idi. Fazil Ələkbərov isə bir az “uzaqgörənlik” göstərib bu sayın üzərinə daha 6 nəfər əlavə edərək, gələcək təyinatlar üçün vakant yerlər də hazırlamışdı.

DİA.AZ xəbər verir ki, ovqat.com-un əldə etdiyi məlumatlara görə, Polis Akademiyasının məzunları ovu nə qədər Fazil Ələkbərovun zamanında başlasa da, əslində bu ixtisarların əsas müəllifi indiki nazir Rəşad İsmayılov idi. Belə ki, savadlı polis ixtisarları gedən sıralarda Fazil Ələkbərov müəyyən səbəblərdən öz qudası Vasif Talıbovun gözündən düşmüş və nazirliyə faktiki rəhbərlik onun müavini Rəşad İsmayılova keçmişdi. Rəşad İsmayılov isə “Seyid Əhməd əli ilə ilan tutmaq” qabiliyyətini işə salıb özünə uyğun kadrların polis orqanlarına doldurulması əməliyyatlarına start vermişdi.

Növbəti sual: Bəs, bu ilin 7 fevral tarixində Ali Məclisi Sədri Vasif Talıbovun imzaladığı fərmanla nazir təyin olunan Rəşad İsmayılovun savadı hansı səviyyədədir?

Sözsüz ki, bu suala dəqiq cavab vermək üçün gərək Rəşad İsmayılovu attestasiya imtahanından keçirəsən. Naxçıvanda isə bir naziri attestasiya imtahanından keçirməyi heç paytaxtın ən yüksək səlahiyyətli şəxsləri də bacarmaz. Çünki bu diyarda əsas odur ki, “xan”ın süzgəcindən keçəsən. “Xan süzgəci” bütün attestasiya imtahanlarının nəticələrindən daha üstündür və Rəşad İsmayılov da o süzgəcdən keçdiyi üçün bu gün Naxçıvan MR Daxili İşlər naziri postunda əyləşib.

Bununla belə, Naxçıvan MR Daxili İşlər Nazirliyindəki mənbəmizdən Rəşad İsmayılov barədə əldə etdiyimiz bəzi məlumatlar onun savadı haqqında bəzi ipucları verməkdədir. Sizi cənab nazirin qısa avtoqrafiyası ilə tanış edirik. Daha geniş məlumatları onun barəsində yaradılacaq “Wikipediya” materialı üçün saxlayırıq.

Rəşad İsmayılov: Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, polis polkovniki.

İsmayılov Rəşad Rafiq oğlu 20.09.1978-ci il tarixdə Şərur rayonunun Xok kəndində anadan olmuşdur. 2000-ci il tarixdə Ali Diplomatiya Kollecini, 2012-ci il tarixdə isə Naxçıvan Dövlət Universitetini bitirmişdir. 2000-2001-ci il tarixlərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Culfa rayon Prokurorluğunun stajor-müstəntiqi, Culfa rayon Prokurorluğunun müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin mühüm işlər üzrə müstəntiqi, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun böyük köməkçisi (Təşkilat-analtik məsələlər üzrə), Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun İstintaq Şöbəsinin rəisi və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun müavini vəzifələrində xidmət etmişdir. Bu kimi böyük vəzifələrin əksəriyyətini isə kollec məzunu vəsiqəsi ilə həyata keçirmişdir.

25.01.2021-ci il tarixdən daxili işlər orqanlarında xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25.01.2021-ci tarixli 83-06/S nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 07.02.2022-ci il tarixli 106-Vl FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02.02.2021-ci il tarixli Ə268ş/h-001-21 nömrəli əmri ilə polis polkovniki xüsusi rütbəsi verilmişdir. Ailəlidir, üç övladı var.

Ali Diplomatiya Kolleci 1992-ci il, aprelin 30-da fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən təsis edilmişdir. Həmin kollecin indiki adı Bakı Avrasiya Unversitetidir.

Deyəsən, xoruzun quyruğu məhz bu məqamda gizlidir. Söhbət hörmətli Rəşad müəllimin niyə Naxçıvan Orta İxtisas Polis Kollecinin məzunlarına xüsusi sevgi bəsləməsinin əsl səbəbindən gedir. Çünki nazirin özü də böyük hörmət bəslədiyi polis peşə texniki məktəbinin məzunları kimi kollec yetirməsidir.

O ki qaldı Rəşad İsmayılovun kolleci bitirdikdən hardasa 10 il sonra - 2012-ci ildə Naxçıvan Dövlət Universitetindən məzun olmasına, hər kəs bu universitetdə ikinci təhsilin necə əldə edilməsi haqqında məlumatlıdır. Ona görə də o barədə hələlik geniş yazmağı ehtiyac duymuruq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru