Astaranın hərbi komissarının BAŞI DƏRDDƏ - HƏBS OLUNA BİLƏR...
Tarix: 28-05-2022, 08:12 | Çap et
Xatırladaq ki, hər gün hərbi səfərbərlik sistemində problemlər artmaqdadır. Alınan rüşvətlər, edilən qanunsuzluqlar hesabına məmurların, biznesmenlərin övladları haqqını verib hərbidən yayınırlar. Bu bəzi yaramaz məmurların belə əməlləri, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinə kölgə salır. Cənab Prezident İlham Əliyev hər zaman öz çıxışlarında məmurları qanunsuzluq etməməyə çağırır. Qudurğan məmur övladlarının tərbiyə edilməsini bildirir. Amma ki nafilə.... Dövlətdən taladıqları pulların hesabına məmur övladlarının çıxmadıqları hoqqa, etmədikləri yaramazlıqlar qalmır. Demək olar ki, məmur övladlarının 80 faizi hərbi xidmətdən yayınır. Buna səbəb isə rüşvətxorluq edən bəzi hərbi komissarlardır. Ümumiyyətlə uzun illərdir ki, hərbi səfərbərlik xidmətində böyük problemlər mövcuddur. Mətbuatda məhz elə ən çox qanunsuz işlər görməkdə adı hallanan hərbi komissar, Astaranın hərbi komissarı Valeh Nəcəfovdur. Bu məmur haqqında araşdırma edərkən ancaq neqativ xəbərlərə rast gəldik. Müsbət olan xəbərlər isə açıq-aydın görünür ki, zakazla yazılmış bəy tərifləridir. Valeh Nəcəfovdan bir soruşmaq lazımdır ki, niyə özünə bəy tərifi yazdırırsan? Valeh Nəcəfov haqqında yazılanlara bir bir nəzər salaq: Valeh Nəcəfov Arzu Rəhimovun yerinə hazırlaşır başlıqlı xəbəri sizə təqdim edirəm. Yerli KİV-lərdə yayılan məlumata görə yaxın günlərdə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyində dəyişiklik baş verəcək. Yayılan informasiyalarda hətta hazırki xidmət rəisini kimin əvəzləyəcəyi haqda da iddialar səslənib. Xəbərlərə görə, SHXÇDX-nin yeni rəisi heç də kənardan gətirilməyəcək. Mənbənin iddialarını təqdim edirik: "Son günlər barəsində yetərincə neqativ informasiyaların yayılmasına rəğmən özünün toxunulmazlığını qoruyan ŞHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov Arzu Rəhimovun yerinə hazırlanır". Adama bir deyən yoxdur ki,sən hələ Astaranın hərbi kommisarısan qabağını almaq olmur, qısa müddət ərzində milyonçuya çevrilmisən. Sən Arzu Rəhimovun kreslosuna otursan millət qan ağlayarki... Daha bir Milyonçu komissarın başçı olmaq arzusu başlıqlı xəbərə də nəzər salaq : "Komissar" olduğum bəsdir, İcra Başçısı olmağın vaxtıdır. Astaranın "KOMİSSARI" Astaranın icra başçısı olmaq istəyir? Etibarlı mənbələrdən aldığımız bilgiyə görə , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov Astaranın icra başçısı olmaq üçün qollarını çırmayıb. Bir müddətdir "KOMİSSAR" Valeh Bakıdakı iclası bəhanə edərək CİDDİ ADAMLARLA çox ciddi görüşlər keçirdiyini orda-burda fəxrlə danışır. "Komissar"ın pulunun çoxluğu və Bakıdakı dostları Valeh müəllimə ürək-dirək verən əsas amillərdən biridir. Valeh Nəcəfovun rayondan Bakıya nədən tez-tez getməsi, kimlərlə görüşməsi Astara camaatının dilindən düşmür. Bu qanunsuzluqlara bir son verilməlidir... Bu xəbərdən də aydın olur ki, Valeh Nəcəfovun iştahası böyük, gözü isə yuxarılardadır. Ona ümid verən dostlarını da səmimi olmağa çağırırıq. Adamın gərək dilədiyi vəzifəyə uyğunluğu olsun. Nə olsun ki, Valeh Nəcəfov milyonçudur? Hərbi komissar işlədiyinə görə yüksək imkanlara sahibdir. Atalarımızın gözəl bir kəlamı var. Yorğanı ayağına görə uzat..... Valeh Nəcəfovla bağlı daha bir maraqlı xəbərə baxaq. Arzu Rəhimov “Şantajçı polkovnik” Valeh Nəcəfovdan qorxur ? Son günlər Azərbaycan mətbuatında SHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov haqqında silsilə neqativ yazılar dərc olunmasına baxmayaraq, bu adam qətiyyən ondan Arzu Rəhimova olunan şikayətlərə reaksiya vermiyərək öz qanun pozuntularını daha da inkişaf etdirir. SHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov öz şəxsi mənafeyini güdərək gənclərin bir qismini saxta yollarla həqiqi hərbi xidmətdən yayındırır. Bu barədə daxil olan məlumatda daha sonra göstərilir ki, bir müddət öncə həmin şöbədə rüşvət faktı ilə bağlı araşdırma aparılmışdır. Lakin sonradan V. Nəcəfovun “hərəkəti” bütün hadisələrə don geyindirməyi bacardı. Təbii ki, söhbət səs yazısından getdiyi hər birinizə məlumdur. Baş verən hadisələrdən nəticə çıxartmaq əvəzinə şöbə rəisi öz çirkin əməllərini daha da genişləndirir. Cənub bölgəsinin dilbər güşələrindən olan Astara rayonu sözün həqiqi mənasında qəhrəmanlar ocağı kimi tarixə iz qoyub. Rayonun igid və qəhrəman oğulları torpaqlarımızın işğaldan azad olunması üçün könüllü olaraq hərbi xidmətə axınırdı. Necə ola bilər ki, müharibə şəraitində yaşayan ölkədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Valeh Nəcəfov rüşvət hesabına gəncləri “yararsız” edir. Bütün bunlar əlbətdə ki, aidiyyəti orqanlar tərəfindən yol verilən ciddi nöqsanlardır. Əks təqdirdə V. Nəcəfovun əməlləri araşdırılmalı və barəsində ciddi ölçü götürülməlidir. Mənbə bildirir ki, Valeh Nəcəfov haqqında hər gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Arzu Rəhimova yüzlərlə şikayət göndərilsə də heç bir nəticə yoxdur. Necə deyərlər Valeh Nəcəfov öz apulasında aldığı rüşvətlərlə Astaranın bir xeyli gənclərini yararsız edib, hərbi biletləri 3000-5000 arasında verir. SHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfova, əhalidən oğurladığı pullar hesabına “Ən çox qonaq qaralı” və Bakida yerləşən demək olar bütün restoran və kafelərdə rast gəlmək mümkündür. Bu da ondan xəbər verir ki, Valeh müəllim özünə arxayınlığı ilə başqa idarə rəislərindən seçilir. Biz də Valeh müəllimə Bakı şəhərinin Şamaxinka deyilən ərazisində yerləşən çayxanalarda vaxt aşırı rast gəlirik. Amma Valeh Nəcəfova demək istəyirik ki,siz dövlət məmurusunuz. Özünüzü dövlət məmuru kimi aparın. Valeh Nəcəfov əvvəllər 20 yanvarda “Alma” deyilən kafedə yeyib içmək məclisləri qurub öz ətrafına dostlarını yığmağının dəfələrlə şahidi olmuşuq. Hətta həmin restoranda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun əleyhinə fikir aparmış və müəyyən vaxtdan sonra onun yerinə gələcəyini açıq-aşkar söyləmişdir. Daxil olan məlumata görə, Arzu Rəhimovu media vasitəsi ilə şantaj edib, vəzifə alanlardan biri də Valeh Nəcəfovdur. Bir müddət əvvəl Arzu Rəhimov tərəfindən hərbi komissar vəzifəsindən işdən çıxarılan Valeh Nəcəfov media şantajları vasitəsi ilə Astara rayonunun hərbi komissarı vəzifəsini alıb. İddialara görə, Valeh Nəcəfov işsiz qaldığı müddətdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətində baş verən böyük korrupsiya əməliyyatlarının bir-neçəsini özünə yaxın olan saytlarda yayıb. Xüsusi ilə də Şəmkir rayonunda gənc cağırışçılarn ordudan yayındırılması faktları çılpaqlığı ilə mətbuata ötürən Valeh Nəcəfovun şantajları qarşısında duruş gətirə bilməyən Arzu Rəhimov onu Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətində işə bərpa etdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbs olunmasından sonra Valeh Nəcəfov onun yerinə təyinat aldı. Yoldaş Nəcəfov ! Bunu biz indi yazmırıq. Ölkə mətbuatı yazır. Yazıb nəticəsini görməyən mətbuat bar-bar bağırır. Görəsən, Arzu Rəhimov bu qədər qanunsuzluq edən Valeh Nəcəfov barəsində nə düşünür ? Niyə qanunsuzluq edən məmuru vəzifəsindən azad etmir ? Nə gözləyirlər ? Buna da Cənab Prezident müdaxilə etməlidir ? Bəlkə Valeh Nəcəfov Həsənağanın qohumudur ? Bəlkə Həsənağadan çıxışmırsan ? Astaranın hərbi komissarı Valeh Nəcəfovu HƏBS olunan sabiq komissar Kənan İsgəndərovun aqibəti gözləyir..... Valeh Nəcəfovdan əvvəlki hərbi komissar həbs olundu.Astara camaatı zənn etdi ki, ağ günə çıxdılar. Onlar bilmirdilər ki, Valeh Nəcəfov gələndən sonra qara günləri başlayacaq. Sabiq komissar Kənan İsgəndərovun HƏBS xəbərini təqdim edirəm : Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb. Xəbər verilir ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisi barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 340.2-ci (ictimai qaydanın mühafizəsi, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələri ilə ittiham irəli sürülüb. Valeh Nəcəfov sən bunların hansını etmirsən ? Səni həbsdən qoruyan sirrli qüvvələr kimlərdir ? Dövlətin qanunlarına meydan oxuyan qüvvələr kimlərdir. Heç olmasa gözü çıxmış qardaşından ibrət götürərdində.... Görmədin ki,səndən öncəki hərbi komissarın aqibəti necə oldu ? Heç tələsmə,səni də Kənan İsgəndərovun aqibəti gözləyir. Yazıda bəzi saytların materiallarından istifadə olunmuşdur. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
|