Göyçay sakini KİMLƏRDƏN GİLEY EDİR... - MÜRACİƏT
Tarix: 21-07-2022, 15:38 | Çap et
DİA.AZ: - Göyçay rayonu Qarabağlar kənd sakini Qaçayev Osman Zaməddin oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, qızım 1996-cı il təvəllüdlü Səfərəliyeva Səadət Osman qızı öz həmkəndlimiz 1995-ci il təvəllüdlü Səfərəliyev Rəşid Xalid oğlu ilə 27 noyabr 2020-ci il tarixdə bağlanılmış rəsmi nigah əsasında 09 iyul 2021-ci ildə ailə həyatı qurmuşdur. Doğrusu Rəşid və valideynləri qonşuluğumuzda yaşadıqları üçün övladımı göz bəbəyi kimi qoruyacaqlarını güman edərək bu evliliyə razılıq vermişdim. Ən böyük razılıq səbəbi isə onun fövqəladə hallar orqanlarında çalışması olmuşdur. Çünki ömürlərini insanların malını, mülkünü, həyatını xilas etməyə həsr edən bu insanlar olduqca şərəfli peşəyə sahiblənmiş şəxslərdir. "Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları" haqqında qanunvericilikdə İşçilərin xidmətdənkənar davranışı, maddə 5.1.-ə əsasən "İşçi şəxsi həyatında ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir". Lakin təəssüflər olsun ki, Rəşid ona olan etimadımı doğrutmadı. Belə ki, o evliliyin ilk vaxtlarından əsassız bəhanələrlə qızım Səadəti incitməyə başladı. Balamın şərəf və layəqətini alçaldan ən çirkin sözlər söyləyirdi. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən "Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz". Hər gün Rəşidin söyüş və təhqirlərinə məruz qalsa da, qızım bətnindəki körpəsinin gələcəyi naminə səbir edirdi. Qızımın sözlərinə görə, Allahın üzərimizdə vacib buyurduğu namazı və digər ibadətləri yerinə yetirərkən də Rəşid və valideynləri tərəfindən əziyyətlərlə qarşılaşırdı. Bildiyiniz kimi Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində "Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır". Hörmətli cənab Prezident! 08 sentyabr 2021-ci il tarixdə gecə saatlarında əri onu vəhşicəsinə döyməyə başlayır. Bundan sonra zorakılığın şiddətindən huşunu itirən qızımı bayılmış vəziyyətdə o, xəstəxanaya çatdırmağa məcbur olur. Səadət artıq özünə gələndə isə başının üzərində dayanaraq onu ölümlə hədələməyə başlayır. Övladıma "Əgər mənim səni döydüyümü və bətnindəki uşağın sağlamlığına zərər vurduğumu deyərsənsə, səni öldürərəm, evinizi yandıraram" deyir. Vicdanlı və haqsızlığa susmayan həkimlər isə qızımdan israrla doğru olanları yazmasını xahiş etsələr də, müsbət nəticə əldə edə bilmirlər. Çarəsiz və qorxu içərisində, ağrılardan qıvrıla-qıvrıla yatağa məhkum halda qalmış qızım isə Rəşidin tələbinə uyğun öz izahatında guya pilləkənlərdən yıxıldığını qeyd edir. Xəstəxanadan çıxandan sonra uşağın həyatda qalması üçün təxminən 1500 (min beş yüz) manat məbləğində stationar və ambulator müalicələr elətdirməyimə rəğmən uşaq tələf oldu. O, "Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları" haqqında qanunvericikdə nəzərdə tutulmuş "İşçi öz ailə üzvlərinin, habelə sosial və digər münasibətlərin onun xidməti fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir" tələblərini kobud şəkildə pozursa, ailəsinə zülm edirsə, həyat yoldaşını döyürsə, hətta öz körpəsinə belə qıyırsa, onun fövqəladə hallar işçisi kimi şərəfli vəzifə ilə vəzifələndirilməsi qətiyyən yolverilməzdir. Məhz ona görə də ailə münaqişəsi zəmnində daha şiddətli faciələrlə üzləşməmək məqsədilə Göyçay Rayon Məhkəməsinə müraciət olundu və məhkəmənin qərarı ilə nigahın pozulması haqqında qərar qəbul edildi. Hörmətli cənab Prezident! Məlumunuz olsun ki, Səfərəliyev Rəşid Xalid oğlu bizə tez-tez özünün Fövqəladə Hallar Nazirliyində işlədiyini və yaxın qohumlarının isə yüksək vəzifələrdə olması ilə qürurlanır, heç kimin ona gücü yetməyəcəyini bildirir. Hansı ki yuxarıda qeyd etdiyim qanunveriliyikdə "İşçi vəzifəsindən və qulluq mövqeyindən şəxsi məqsədlər üçün istifadə etməməli, xidməti zərurət olmadıqda fövqəladə hallar orqanları əməkdaşı olduğunu qabartmamalı, xidməti vəsiqəsini təqdim etməməlidir".(Maddə 5.4.) Həmçinin onun bu özünə arxayınlılığı Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində bildirilən "Bərabərlik hüququ"na tamamilə ziddir. Hörmətli cənab Prezident! Sizdən çox xahiş edirəm, yuxarıda qeyd etdiyim əsaslı və qərəzsiz ittahımın tərəfinizdən obyektiv araşdırılmasını və övlad qatili olan, Mirgəçevir şəhərində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşı Səfərəliyev Rəşid Xalid oğlunun öz tutduğu şərəfli vəzifəsindən azad edilməsini və törətdiyi cinayət əməlinin müqabilində cəzalandırılmasını təmin edəsiniz! Sizə öz minnətdarlığımı bildirirəm".
Yazıda adları çəkilən bütün tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40 |
|
|
|
• Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31 |
|
|
|
• USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
• Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24 |
|
|
|
• Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15 |
|
|
|
• `Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55 |
|
|
|
• Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47 |
|
|
|
• "Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46 |
|
|
|
• Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44 |
|
|
|
• Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41 |
|
|
|
• Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35 |
|
|
|
• ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24 |
|
|
|
• Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16 |
|
|
|
• Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14 |
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
|