Şərurda sahibkarlar Allahın ümidinə buraxılıb... - "Bizimlə maraqlanan yoxdur..."
Tarix: 24-11-2023, 11:02 | Çap et
Şərur şəhərindəki köhnə bazar kimi tanınan ticarət mərkəzində baş vermiş yanğınında malları yanan sahibkarlara kompensasiya ödənilmir. Bu barədə “Gündəlik Naxçıvan”a sahibkarların özləri məlumat verib. Onlar deyir ki, yanğından sonra onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı vəd verilsə də, sonradan maraqlanan olmayıb. Sahibkarlardan R. Kərimov deyir ki, yanan mallarını nisyə götürüb və mal sahibi pulunu geri tələb edir: “İllərdir bu bazarda ticarətlə məşğul oluram. Yanğında mənə də 15 min manat ziyan dəydi. Yanğından sonra ziyana düşənlərin siyahısını yazdılar. Bildirildi ki, hesablanacaq və hər kəsə dəymiş ziyan ödənəcək. Hələlik bizimlə maraqlanan yoxdur. Yanan malımın çox hissəsini nisyə götürmüşdüm. İndi nə edəcəyimi bilmirəm. Biz dövlətə illərdir vergi ödəyirik. Bazar sığortalandığı da bildirilir. Hazırda yanan bazarın qarşısında çətir qurub evdə qalan mallarımı sataraq həm ailəmin keçinməsini saxlamağa, həm də borclarımı hissə-hissə qaytarmağa çalışıram. Lakin alış-veriş də ürək açan deyil. Bütün ziyana düşmüş ticarətçilər çarəsiz vəziyyətdə qalıblar.” Naxçıvanda ilin əvvəlində baş verən siyasi dəyişiklikdən sonra bazarın nəzarəti Talıbovlardan alınıb və Hacı Qasım adlı iş adamına verildiyi bildirilir. Lakin, sahibkarlardan S. Musayev deyir ki, indiyə kimi onun üzünü görməyiblər: “Bazarın sahibi ortada yoxdur ki, ondan nə isə tələb edək. Bazara baxan digərləri də məsələnin onların səlahiyyətində olmadığını bildirirlər. 60-dan yuxarı adama ziyan dəyib. 5 min də ziyana düşən var, 25 min də. Çoxumuz malları fərqli yerlərdən nisyə götürüb satdıqca pulunu ödəyib, mal sifariş edirdik. İndi həm özümüz pis vəziyyətə düşmüşük, həm bizə mal verənlər. Hələlik bazarın qarşısında, müxtəlif yerlərdə malımızı açıb satırıq. Qış yaxınlaşır, havalar da soyuyur. Vəziyyətimiz daha da ağırlaşacaq. Yanğına görə, sahibkarlara dəymiş ziyana görə gələ də heç bir addım atılmayıb. Dəqiq bir söz deyən də yoxdur. Yola verməklə ötüşdürürlər”. Oktyabrın 21-də, gecə saatlarında Şərur şəhərindəki köhnə bazar kimi tanınan ticarət mərkəzində yanğın baş verib. Yanğının qəsdlə törədildiyi ehtimal edilir. Baş verən yanğın nəticəsində ərazisi 4.800 kvadratmetr olan bazarın təxminən 20 faizi yanıb. Bura xüsusilə bazarın rəflər olan ərazisi aiddir. 60 ədəd rəflə yanaşı 1 ofis və 2 mağaza da yanaraq, sıradan çıxıb. Bazarda çalışan ticarətçilərin „Gündəlik Naxçıvan“a verdiyi məlumata görə, yanğının qəsdlə törədilmə ehtimalı böyükdür. Onlar deyir ki, yanan bazarın qarşısında bir neçə ay öncə yeni ticarət mərkəzi tikilib. Bu mərkəzdə icarə haqları baha olduğundan, ticarətçilər ora yaxın durmurmuş. Ticarətçilər bildirir ki, maraqlı şəxslər bazarı yandırmaqla, onları həmin mərkəzə köçməyə məcbur etmək istəyirlər.
Mənbə: “Gündəlik Naxçıvan” Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
|