“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                     “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır .....                     1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR .....                     Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib .....                     Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                     USAID onlara görə bağlandı: .....                     Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək .....                 

“Xıllı Balıq” MMC-də satınalmalardan da, balıq biznesindən də kimlər daha çox faydalanır - İLGİNC FAKTLAR
Tarix: 4-12-2023, 10:44 | Çap et
“Xıllı Balıq” MMC-də satınalmalardan da, balıq biznesindən də kimlər daha çox faydalanır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan biri də “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətidi. MMC bilavastə ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə tabedir. MMC Neftçala rayonunun Xıllı qəsəbəsində 2003-cü ildən istismara verilib və nərə balıqlarının artırılması ilə məşğul olur. Zavodda nərə cinsli balıqların dörd növü – bölgə, nərə, kələmo və uzunburunların süni yolla artırılır. Burada balıq körpələrinin satışı da həyata keçirilir ki, bu da digər balıqçılıqla məşğul olan sahibkarların balıq körpəsi əldə edərək öz fərdi təsərrüfatlarını yaratmasına və nərə balığının satışını təşkil etməyə imkan yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarında Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən 2019 və 2020-ci illərdə müvafiq olaraq 342 və 549 min ədəd körpə nərə cinsli balıqları artırılaraq Kür çayının Xəzər dənizi ilə qovuşan mənsəbi hissəsində təbii mühitə buraxıldığı bildirilir. Bu rəqəm 2021-ci ildə isə 564 min ədəd civarında olub. Sonrakı illərdə Zavod tərəfindən nə qədər balığın artırılması və Xəzər dənizinə nə qədər balığın buraxılması barədə məlumat yoxdu. Qeyd edək ki, Zavod 2021-ci ildən özəlləşdirilib. Dövlət Vergi Xidmətinin məlumatlarında nizamnamə kapitalı 3102006.61 manat olan “Xıllı Balıq” MMC-nin qanuni təmsilçisi Elşad Kənan oğlu Əhmədovdur.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlanılmasına heç də az vəsait ayrılmır. “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü-ildə yalnız bir açıq tender keçirib.

MMC-nin balıq yemlərinin satın alınması üzrə 30.03.2023-cü ildə başladığı açıq tender müsbiqəsində “KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib olub və tərəflər arasında 201.050 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 10.07.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalına yerləşdirilib.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KƏHF” Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 saylı Ərazi Vergilər İdarəsində 20.11.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının NEFTÇALA RAYONU, NEFTÇALA ŞƏHƏRİ, KİMYAÇILAR, ev 23, m. 3, qanuni təmsilçisinin isə Əliyev Xalıq Qurban oğlu olduğu göstərilir.

Bəs “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətini “KƏHF” MMC ilə daha nələr birləşdirir?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “Xıllı Balıq” MMC-nin nərəkimilər dəstəsinə daxil olan balıqlar üçün süni və canlı yemlərin satın alınması üzrə keçirdiyi bütün açıq tenderlərin qalibi “KƏHF” MMC olub. MMC ilə 14.04.2022-ci il tarixdə 254.290,94 manat məbləğində bir satınalma müqaviləsi, 21.05.2021-ci il tarixdə isə 219.670,1 manat məbləğində daha bir satınalma müqaviləsi bağlanılıb.

Çox maraqlıdır ki, “Xıllı Balıq” MMC – nin inzibati binasında, sexlərində və həyətyanı ərazisində cari təmir işlərinin satın alınmasının qalibi “MASTER-OFİS” MMC olub. 09.12.2022-ci ildə tərəflər arasında 41.625,68 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Bu MMC-nin fəaliyyət sferası məlum olmasa da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli bir çox qurumların keçirdikləri elektrik avadanlıqların sazlanması, işçilər üçün geyimlər, avtomobillər üçün ehtiyyat hissələri, dəftərxana və təsərrüfat malları, küçələrin işıqlandırılması, yuyucu və yuyunma vasitələri kimi açıq tender və kotirovka sorğulaının da qalibi olub. Şübhələr də məhz buradan başlayır.

Bunlardan əlavə “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.10.2022-ci tarixində açıqladığı satınalma planlarında göstərilən digər kotirovka sorğularının, cari təmir işləri və yumşaq inventar, işçi geyimi dəsti üzrə satın alınması planlaşdırılan mal və xidmətlərin satınalmasının nəticələri barədə heç bir məlumat yoxdu. Bu da “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətin Tender Komissiyası tərəfindən illik satınalma planlarına daxil edilmiş, onlara uyğun keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyini, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsini, zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə qanunla müəyyən edilmiş qaydada tender və kotirovka sorğularının keçirilməsində saxtakarlıq hallarına yol verilməsini, habelə bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsini, satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsini deməyə ciddi əsaslar verir.

Göründüyü kimi “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətin Tender Komissiyası keçirilmiş açıq tender və kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara elektron dəvət elanı verməmiş, lakin bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirmişdir. Bu da keçirilmiş tender və kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, bütün bu göstərdiklərimiz açıq mənbələrdə olan məlumatlardı. “Xıllı Balıq” Məhdud Məsuliyyətli Cəmiyyətində baş verən və çoxlarımızın görmədiyi digər qanunsuzluqlar da var. Məsələn, il ərzində nə qədər nərə balığının artırılması sual altındadır. MMC Xəzər dənizinə nə qədər balığın buraxılmasını açıqlayır, amma qara bazara çıxarılan balıqların sayı bəlli deyil və buradan əldə olunan gəlirlərin hara getməsi də həmçinin, sual altındadır. Təbii ki, bunu MMC-nin direktoru Elşad Əhmədov daha yaxşı bilər. O, dövlət satınlmalarından qazandığı kimi bu yollarla da az gəlir əldə eləmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin də, burada payı olmamış deyil. ETSN-nin digər rəsmilərini, məsələn elə Muxtar Babayevi hələ demirik. Yəni, burada balıq biznesindən də, satınalmalardan da faydalanan az adam yoxdu.

Mənbə: Aktualinfo.org
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru