İran Güney Azərbaycan türklərini indi də Xameneinin sözləri ilə cilovlamağa çalışır – Biz millət deyilmişik...
Tarix: 25-02-2014, 12:42 | Çap et
DİA.AZ: - İranda Güney Azərbaycan türklərinin fəallığı fars-molla rejimini rəsmən çilədən çıxarıb. Belə ki, son günlər molla mətbuatının Azərbaycan türkcəsində yayınlanan orqanlarında, xəbər portallarında rəsmi Tehranın xüsusi sifarişi ilə bir kampaniya icra olunur. Kampaniyanın başlıca mahiyyəti ondan ibarətdir ki, guya Güney Azərbaycan türkləri bir millət olaraq yoxdurlar və ən yaxşı halda onlar dili farsca olan “iranlı” kimliyinin daşıyıcılarıdırlar.
Belə bir təbliğatın daha da intensiv mahiyyət alması rəsmi Tehranın Güney Azərbaycanda hər an baş qaldıra biləcək Azadlıq Hərəkatından ehtiyatlanması kimi xarakterizə olunur. Yəni fars-molla rejimi zor gücü ilə yanaşı, təbliğatla da gözlənilən hərəkətlənmənin önünə süni maneə çıxarmaqdadır.
DİA.AZ olaraq İran mediasında yer almış və Ayətullah əl-üzma Xameneiyə istinad edən həmin materiallardan birini olduğu kimi diqqətinizə təqdim edirik:
«AranNews - Redaksiyamızın məlumatına əsasən xəbərin tam mətni aşağıdakı kimidir: Adətən, müxtəlif ölkələrdə etnik xalqlar və onların sayı ölkənin nigərançılıqlarından biridir. Ona görə də İran İslam İnqilabının düşmənləri inqilabın qələbəsinin əvvəlindən məzhəb və etnik fərqlilikdən ixtilaf yaratmaq məqsədilə istifadə etməyə çalışırdılar. Amma İran İslam Respublikasının üç onillikdən yuxarı həyatı göstərir ki, İslam Respublikasının iranlı etnik xalqlara imkanlar yaratmaqla olan yanaşması tarixi, dini ortaqlıqlara diqqət etməklə, müxtəlif etnik xalqların ölkənin müdafiə edilməsində və yenidən qurulmasında iştirakına zəminə yaratmışdır.
Aşağıdakı qeydlər həzrət Ayətullah əl-üzma Xameneinin etnik xalqlar mövzusuna baxışlarına nəzər salır.
Biz bütün iranlıların kimliyi
İnqilabın Böyük Rəhbərinin baxışında öz kimliyini unutmaq mənasına olan "özünü unutmaq", çox təhlükəli bir məsələdir və onun bir ölkənin siyasi ədəbiyyatında varlığı həmin ölkənin xalqının zillət və xarlığına səbəb olar. "Bir xalq və millət öz dil, mədəniyyət, tarix və kimliyini unutsa, bunun nəticəsi həmin millətin bədbəxtlik və zillətinə səbəb olacaq".1
"İctimai kimliyin o qədər əhəmiyyəti vardır ki, ona yiyələnən hər bir ölkə inkişaf və mövqeiyyət üçün özünün bütün imkanlarından yararlana bilər. Bu ictimai kimlik hissi olmasa, o toplum üçün çoxlu problemlər yaranır və qazana biləcəkləri çoxlu mövqelərini itirirlər. Yəni ölkədə bir sıra mövqeiyyətlər yalnız ictimai kimlik hissi ilə qazanıla bilər".2
Amma ictimai kimliyi təşkil edən komponentləri tanımaq lazımdır. Çünki bir millətin ümumi oyanışı hərəkətinin cəhəti onun ictimai kimliyinin komponentləri əsasında tanınır.
İnqilabın Böyük Rəhbəri iranlıların millik kimlilyinin komponentlərini milliyyət çərçivəsindən yuxarı bilmiş ictimai kimliyi və İran xalqının milli kimliyini "islami quruluş" tanıtdırır.
Bu ictimai kimliyin əhəmiyyəti ondadır ki, həm İran miqyasında səmərəli və təsirlidir, həm İslam miqyasında, həm də dünya miqyasında, "Yəni digər millilyyətlər bunların heç birinə sahib deyil və bu trans-milli bir məsələdir".3
Bu mövzuda digər bir məsələ fərdin milli kimliyinin camiədəki etnik kimlik kimi digər kimliklərlə əlaqəsidir. Bəziləri millyyəti etnik mənsubiyyət və millətçilik kimi mənalandıraraq şəxs üçün məhdudiyyətlər yaratmaqdan əlavə, onun səviyyəsində olan kimlikləri də inkar edirlər. Halbuki, Ayətullah əl-üzma Xameneinin təfəkküründə milli kimlik insanın digər kimliklərindən üstündür və İranlı etnik xalqlar İslami İranın övladları olmaqları ilə fəxr edirlər. "İranın bütün etnik xalqları İranı və İslam Respubllikasını sevirlər, İranı öz vətənləri bilirlər... İranda yaşayan millətlər müsəlmandırlar, bu torpağa və suya ürək bağlayıblar. Öz izzət və asayişlərini şərəfli və azad İranda görürlər".4
İranlı etnik xalqların ortaq xüsusiyyətləri
İranda yaşayan etnik xalqların ən əsas xüsusiyyətlərini ortaq komponentlərdə axtarmaq lazımdır ki, onları xalq adında vahid kimlik çərçivəsində qəbul etmək mümkün olsun. İran etnik xalqları arasında tarix, coğrafiya, ənənə, mədəniyyət bu xalqlar arasındakı əsas və vəhdət yaradan mehvərlərdən sayılır.
Bir ölkə və hökumətlə yanaşı ortaq tarix və siyasi nigəranlıq səbəb olmuşdur ki, ölkələrinə hücumlar zamanı bu xalqlar öz ölkələrini müdafiə etsinlər. İnqilabın Böyük Rəhbəri Müqəddəs Müdafiə dövründə ölkəmizdə yaşayan müxtəif etnik xalqların ürəkdən müqavimətlərinə toxunaraq deyir: "Növbə Müqəddəs Müdafiə illərindəki müharibəya çatdıqda hər tərəfdən xalq bu müharibədə iştirak edir, hamı şəhid verir, hamı Allaha xatir bu meydana ayaq qoyur, hamı bir ortaq vəzifə hissinin ətrafında hərəkət edir".5
"Vadar edildiyimiz səkkiz illik müharibə dövründə bu ölkədə İslamın ərazi bütövlüyü və sərhədlərinin qorunması uğrunda müharibəyə gedənlərdən heç kim onların hansı tayfadan, hansı firqədən, hansı məzhəbdən, hansı dil və ləhcədən olmasını soruşmadı. Hamı getdi və hər yerdən getdilər. İranda qanlar bir-birinə qarışdı. İnqilab, sözün həqiqi mənasında müxtəlif millətlər, firqələr və dillər arasında bir ülfət yaratdı".6
Etiqadların və İslam hökumətinin müdafiəsində iranlı etnik xalqların vəhdətinin nümunəsi kimi 22 Bəhmən və Qüds Günü yürüşlərində kütləvi iştirakı və bu zəminədə vahid şüarlarını, habelə seçkilərdə kütləvi iştirakını göstərmək olar.
Din, həqiqi vəhdət səbəbi
Sosial elmlər ədəbiyyatında adətən, din, əsasən də İslam bir toplum üçün vəhdətin ziddi hesab edilir. Bu yanaşma onların dinə baxışından irəli gəlir. Bu baxışın qarşısında İnqilabın Böyük Rəhbəri İran camiəsində dini "vəhdətin həqiqi səbəbi" adlandırır və vəhdətin mədəniyyət, ənənələr, hətta fars dili kimi digər səbəblərini din amili ilə mənalandığını bildirir. O buyurur: "Bir dəstə İran xalqlarının ürəkləri arasındakı möhkəm bağlılıq amililni, yəni islami imanı əhəmiyyətini azaltmağa çalışır. Xeyr, ölkə və xalq birdir. Əlbəttə, bu birlik, ortaq tarix, coğrafiya, ənənə və mədəniyyətə görədir. Amma əsasən, din və rəhbərlik məsələsinə görədir. Bu məsələ xalqın fərdlərini bir-birinə birləşdirmişdir və hamısı birlik hissi duyurlar".7»
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
|