“Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                     “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır .....                     1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR .....                     Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib .....                     Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                     USAID onlara görə bağlandı: .....                     Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək .....                     "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." .....                     Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb .....                     Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? .....                     "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." .....                     92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı .....                     Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? .....                 

Təhsil Tələbə Krediti Fondunda ŞÜBHƏLİ SATINALMA - Tenderdə qalib gələn MMC qurumun sədrinə məxsusdur?
Tarix: 16-01-2024, 16:09 | Çap et
Təhsil Tələbə Krediti Fondunda ŞÜBHƏLİ SATINALMA
Azərbaycanda hökumətin prioritet hesab etdiyi sahələr sırasında təhsil xüsusi yer tutur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün hər il dövlət büdcəsindən yüz milyonlarla manat vəsait ayrılması bunun bariz nümunəsidir.

Hökumətin bu istiqamətdə həyata keçirdiyi işlərdən biri də Təhsil Nazirliyi sistemində son illər aparılan struktur və kadr islahatları, keyfiyyət və əhatəliliyə əsaslanan strateji təşkilatların yaradılmasıdır. Belə təşkilatlardan biri də Prezident İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı 1367 saylı Fərman əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondudur.

Təhsil almaq istəyən vətəndaşlara bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədi ilə yaradılan bu fond hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməyinə baxmayaraq, müstəqil olaraq dövlət satınalmaları həyata keçirir. Ancaq yayğın iddialara əsasən, fondun hər il müəyyən lotlar üzrə gerçəkləşdirdiyi satınalmaların bəziləri qeyri-şəffaflığına görə dövlət büdcəsindən maliyyələşən müxtəlif qurumların satınalmalarına bənzəyir.

Yenicag.az Təhsil Tələbə Krediti Fondunun şəffaflığı şübhə doğuran satınalmaları barədə araşdırma aparıb. Bu araşdırmada fondun keçirdiyi tender qalib gələn təşkilatın Fondun rəhbərliyinə bağlılığını göstərən ciddi faktlar ortaya çıxır.

Qalib şirkət Fond sədrinə məxsusdur?

Araşdırmalarımız zamanı Təhsil Tələbə Krediti Fondunun 2023-cü ilin noyabr ayının 22-də keçirdiyi satınalma diqqətimizi çəkdi. Fondun “Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı ictimai sorğunun keçirilməsi xidmətinin satın alınması” lotu üzrə keçirdiyi 53 min 100 manatlıq satınalmada “PRİMA CONSALTİNG” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) qalib olub.

“PRİMA CONSALTİNG” MMC 2013-cü ildə təsis edilib. Qurum təsis edilərkən onun ilk qanuni təmsilçisi Əliyeva Nigar Namiq qızı olub. Sonradan qanuni təmsilçi statusu Əliyev Famil Möhübəli oğlu keçib. Lakin hazırda şirkətin qanuni təmsilçisi Mənsimova Cəmilə Eldar qızıdır. Burada diqqəti çəkən qaranlıq məqamlardan biri “PRİMA CONSALTİNG” MMC-nin Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı göstərilən xidmətlərə dair əhalinin məmnunluq səviyyəsinin qiymətləndirilməsi məqsədilə sosioloji sorğunu hansı məkanlarada və neçə respondentin iştirakı ilə keçirməsidir. Bu barədə məlumatın Fondla sözügedən MMC arasında bağlanan satınalma üzrə müqavilənin predmetini təşkil edib-etmədiyi məlum olamasa da, açıq mənbələrdə həmin informasiyaya rast gəlinmir.

Ancaq bu da şübhə doğuran məqamların sonuncu “bənd”i deyil. İddialara əsasən, haqqında danışılan tenderdə qalib gələn “PRİMA CONSALTİNG” MMC məhz Təhsil Tələbə Krediti Fondunun sədrinə məxsusdur. Bununla bağlı səslənən iddialarda Təhsil Tələbə Krediti Fondunun sədrinin vaxtilə özəl sektorda fəaliyyət göstərdiyi zaman bu təşkilatın dövlət satınalmalarında iştirakına və qalib gəlməsinə dəstək verdiyi bildirilir.

Qeyd edək ki, Fondun keçirdiyi tenderdə qalib olan bu MMC-nin sifarişçi təşkilatın rəhbərinə məxsus olmasına dair iddialar Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun əsas müddəalarının kobud şəkildə pozulması anlamına gəlir.

Təhsil Tələbə Krediti Fondunun keçirdiyi tenderlə bağlı yuxarıda qeyd olunan iddianın ciddiliyini nəzərə alaraq, həmin məqama aydınlıq gətirilməsi xahişi ilə fonda rəsmi sorğu ilə müraciət etdik. Ancaq təəssüf ki, göndərdiyimiz sorğuya verilən ümumi xarakterli cavabda vurğulanan iddiaya hər hansı formada münasibət bildirilməyib. Cavabda sadəcə olaraq, fondun keçirdiyi tenderlərin müvafiq qanunvericilik əsasında təşkil edildiyi və təsdiqləndiyi qeyd olunub:

“Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, Fondun hər il üçün təsdiq edilmiş xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər hesabına malların (işlərin, xidmətlərin) satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma planına əsasən elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə elan verilməklə həyata keçirilir. Satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə bərabər rəqabət mühiti yaradılması prinsipləri əsas götürülür. Həmçinin, elektron satınalma portalı vasitəsi ilə həyata keçirilən satınalma prosesləri müvafiq dövlət qurumu tərəfindən nəzarət olunmaqla tamamilə aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkil edilmişdir.

Satınalmaların yekununda Tender komissiyasının təsdiq etdiyi yekun protokollar münasibət bildirilməsi və rəy alınması məqsədi ilə dövlət satınalmalarına nəzarət edən müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilir, həmin qurumun müvafiq rəyindən və təsdiqindən sonra qalib təşkilatlarla müqavilələr rəsmiləşdirilir. Satınalmaların yekunu ilə bağlı məlumatlar müvafiq qaydada həm elektron satınalma portalında, həm də Fondun rəsmi saytında yerləşdirilir. Bir daha müraciətinizə görə təşəkkür edərək bildiririk ki, qeyd etdiyiniz iddialar həqiqəti əks etdirmir. Hər-hansı əlavə sualınız yaranarsa hər zaman suallarınızı cavablandırmağa və məsələlərə aydınlıq gətirməyə hazırıq”.

Göründüyü kimi, cavabda Təhsil Tələbə Krediti Fondunun keçirdiyi məlum tenderdə qalib elan olunan MMC-nin faktik sahibinin kimliyi və onun sifarişçi ilə əlaqələrinə dair şübhəli məqamların üzərindən sükutla keçilib, “arzuedilməz” nüanslara toxunulmayıb. Ancaq bu taktika faktların biurdəfəlik ortadan qalxması, yaxud da onların mahiyyətinin dəyişməsi üçün yetərli deyil.

Mövzunu davam etdirəcəyik..










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01
Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru