![Cəbhə bölgəsinin iki rayonunun rəhbəri dəyişdirilir - Hakimiyyətdən yeni islahat dalğası Cəbhə bölgəsinin iki rayonunun rəhbəri dəyişdirilir - Hakimiyyətdən yeni islahat dalğası](/uploads/posts/2014-03/thumbs/1395929055_0001.jpg)
DİA.AZ: - İcra başçılarından bəziləri bu günlərdə vəzifələrindən azad oluna bilər. Xatırladaq ki, neçə müddətdir rayon rəhbərlərinin ələmə prosesinin başlanacağı ilə bağlı məlumatlar yayılmaqdadır.
Hökumət içindəki mötəbər mənbədən DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, ilk olaraq gözləntilərini əksinə - cəbhə bölgəsinə aid rayonların icra başçıları vəzifələrindən alınacaq.
Mənbənin söylədikləri: «Ağdam və Xocavənd rayon icra hakimiyyəti başçıları yaxın günlərdə işdən çıxarılacaq. Bunun ardından isə digər rayonların da bəzilərinin icra başçıları ilə bağlı anoloji qərar veriləcək».
Xəbəri verən qaynaq diaaz.space-a bildirir ki, mətbuatda adları daha çox hallandırılan Xətai və Xaçmaz rayon icra hakimiyyətinin başçıları da «vurulanlar» sırasındadır.