“Atamın mahnılarının müəlliflik hüququ onun övladlarındadır. Məndə və bacılarımda.. Biz üç övladıq. Atam hansısa sənətkara mahnı həsr etsə belə onu təkcə həmin müğənni yox, hər kəs oxuya bilər. Oxumaq istəyənlər də bizə müraciət edir və oxuyur. Çünki mahnı oxunmaq üçündür”
Bunu Moderator.az-a açıqlamasında görkəmli bəstəkar Fikrət Əmirovun oğlu, xalq artisti, cazmen Cəmil Əmirov deyib.
O daha sonra müğənni Vəfa Şərifovanın “Sevil” operasından Dilbərin ariyasını oxuması haqda suala belə münasibət bildirib:
“Həmin mahnını eşitməmişəm. Çünki vaxtım yoxdur araşdırım, dinləyim. İşlərim çox olur. Bunun nə aidiyyatı var ki, kim necə oxuyub? Hər kəs özü kimi, öz səviyyəsində oxuyur da. Heç kimə oxuma deyə bilmərəm. Mən niyə ona deməliyəm ki, oxuma! Bu əsər vaxtilə oxunmaq üçün yazılıb. Kim necə istəyirsə istifadə edir. Bu da hər kəsin öz səviyyəsindən asılıdır ki, yaxşıdır, pisdir yoxsa biyabırçılıqdır? Problem ifaçıdadır. Hamı ilə dava etmək düzgün deyil” deyə Cəmil Əmirov deyib.