Bakı Aİ "mülki missiyası"nı sülh prosesinə buraxmayacaq - AÇIQLAMA
Tarix: 18-02-2025, 14:00 | Çap et
 Avropa İttifaqının "mülki missiyası" növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb. Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə AB-nin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bayrağının olduğu 3 ədəd avtomobil və Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “UAZ Patriot” markalı avtomobilin gəlməsi, 2-si hərbçi və 4-ü mülki şəxs olmaqla, ümumilikdə 6 nəfərin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək Azərbaycan mövqeləri istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb. Bundan öncə isə Avropa İttifaqının monitorinq “missiyası”nın nümayəndələri Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi ilə üzbəüz mövqelərdə müşahidə aparıb, foto və videogörüntülər çəkiblər. AB və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, Avropa İttifaqının "mülki müşahidə" missiyasının əsas hədəfləri hərbi xarakterlidir. Ekspertin sözlərinə görə, əks halda missiyanın tərkibi Avropa ölkələrinin hərbi kəşfiyyatçılarının hesabına formalaşdırılmazdı:
"Aİ-nin "mülki missiyası" hərbi məqsədlər məqsədilə fəaliyyət göstərir. Missiyanın əsas fəaliyyəti Azərbaycana qarşı yönəlib. Önəmli məqam odur ki, Avropa Birliyi bu missiyanın fəaliyyətindən həm də Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etməyə çalışır. Hesab edirlər ki, bu missiya ətrafında təktərəfli anlaşma Azərbaycan üçün müəyyən diskomfort situasiya yaradıb. Bundan istifadə edərək rəsmi Bakıya təzyiq göstərmək olar. Yaxın gələcəkdə Azərbaycanın bu missiyanı dəstəkləmək məcburiyyətində qalacağını da ehtimal edirlər. Bu da Avropa Birliyinə Cənubi Qafqazdakı proseslərin birbaşa iştirakçısına çevrilmək şansı yarada bilər. Ancaq Avropa Birliyi strateqləri Cənubi Qafqaz siyasətini tamamilə yanlış istiqamətlərdə planlaşdırırlar. Çünki rəsmi Bakı dəfələrlə sübut edib ki, Azərbaycanın maraqlarına zidd olan heç bir təşkilatı, yaxud dövləti Cənubi Qafqazdakı geopolitik proseslərə, xüsusilə Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə buraxmaq niyyətində deyil. Azərbaycan Avropa Birliyinə Cənubi Qafqazda öz maraqlarını ifadə etmək imkanı qazandırmaq niyyətində deyil. Sülh prosesi Avropa Birliyinin maraqları üçün istismar oluna bilməz".
Siyasi şərhçinin qənaətincə, Avropa Birliyi bu missiya üzərindən Azərbaycana hələ bir müddət təzyiq göstərəcək: "Yaxın gələcək üçün ehtimal etmək olar ki, missiyanın ömrünə çox qalmayıb. Avropa Birliyinin özü olduqca ciddi böhran yaşamağa başlayıb. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti də AB-ni daxili böhran yaratmaqda ittiham edib. Birliyin demokratiya dəyərlərindən uzaqlaşdığını, rəqiblərinin fikirlərini senzuraya məruz qoyduqlarını, həbsə atdıqlarını deyib. Bu, Avropa üçün ciddi ittihamlardır. Bununla yanaşı, ABŞ Avropa Birliyini Ukrayna böhranının nizamlanması prosesindən kənarda saxlayır və Birliyin nüfuzuna sarsıdıcı zərbə vurur. Tramp administrasiyası Avropa Birliyindən tələb edir ki, enerji resurslarının idxalının həcmini artırsın, əks halda rüsumlar tətbiq olunacaq. Bu da göstərir ki, yaxın dönəmdə Avropa Birliyinin başı öz gələcək taleyini xilas etməyə qarışacaq. Böyük ehtimalla Avropa Birliyinin Ermənistanda yerləşdirilmiş "mülki missiya" adlı kəşfiyyat şəbəkəsi tezliklə ləğv olunacaq. O baxımdan Avropa Birliyinin qondarma mexanizminin bölgəmizdəki proseslərə təsir imkanları inandırıcı görünmür".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Deməli, yaddan çıxmamışam"
Bu gün, 00:11 |
|
|
|
• ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? - Erməni lobbisi açıq şəkildə hücuma keçib...
Bu gün, 00:07 |
|
|
|
• Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada - NƏ BAŞ VERİR?
Bu gün, 00:04 |
|
|
|
• "ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Dünən, 23:26 |
|
|
|
• Uduzmuş liderdən “liderlik” dərsi
Dünən, 23:24 |
|
|
|
• Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Dünən, 23:22 |
|
|
|
• İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Dünən, 19:02 |
|
|
|
• Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Dünən, 19:00 |
|
|
|
• Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Dünən, 18:58 |
|
|
|
• “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Dünən, 18:03 |
|
|
|
• Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Dünən, 18:01 |
|
|
|
• Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Dünən, 18:00 |
|
|
|
• Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Dünən, 17:55 |
|
|
|
• Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Dünən, 17:54 |
|
|
|
• Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Dünən, 17:50 |
|
|
|
• “Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Dünən, 17:45 |
|
|
|
• Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Dünən, 17:40 |
|
|
|
• Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Dünən, 17:34 |
|
|
|
• "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Dünən, 17:32 |
|
|
|
• Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Dünən, 17:30 |
|
|
|
• Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Dünən, 17:28 |
|
|
|
• Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Dünən, 17:23 |
|
|
|
• İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Dünən, 17:22 |
|
|
|
• Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Dünən, 17:18 |
|
|
|
• Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Dünən, 17:17 |
|
|
|
• İrəvan NƏ ETSİN? - AKTUAL
Dünən, 17:15 |
|
|
|
• Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Dünən, 17:10 |
|
|
|
• XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Dünən, 17:07 |
|
|
|
• Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Dünən, 17:02 |
|
|
|
• Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:24 |
|
|
|
• Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 8 şirkət birləşir
Dünən, 16:18 |
|
|
|
• Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Dünən, 16:16 |
|
|
|
• Aİ liderləri Ukraynaya səfər edəcək
Dünən, 16:15 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Dünən, 16:12 |
|
|
|
• Nübar Ərbil AzTV-dən getdi - FOTO
Dünən, 16:09 |
|
|
|
• Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Dünən, 16:03 |
|
|
|
• Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Dünən, 15:52 |
|
|
|
• Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 15:43 |
|
|
|
• “Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Dünən, 15:36 |
|
|
|
• SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Dünən, 15:35 |
|
|
|
• Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Dünən, 15:21 |
|
|
|
• Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Dünən, 15:12 |
|
|
|
• Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Dünən, 15:07 |
|
|
|
• "Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
Dünən, 15:06 |
|
|
|
• Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır - FOTO
Dünən, 14:00 |
|
|
|
• Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı
Dünən, 13:58 |
|
|
|
• Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: - “Törətdikləri cinayətlərə görə...”
Dünən, 13:10 |
|
|
|
• Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir - “Bir neçə nəfər stress keçirib və ölüb”
Dünən, 13:06 |
|
|
|
|